Hadruta soxulan ermənilərin məhkəməsi təxirə düşdü

21
DTX tərəfindən 13 dekabr 2020-ci ildə keçirilmiş antiterror əməliyyatı nəticəsində tərksilah edilmiş Ermənistan Respublikasının vətəndaşları olan silahlı dəstələrin üzvləri barəsində DTX-nin İstintaq Baş idarəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

BAKI, 12 iyul — Sputnik. Ermənilərdən ibarət terrorçu silahlı birləşmənin üzvlərinin barəsindəki cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə bildirilib ki, təqsirləndirilən şəxslərdən birinin vəkili prosesdə iştirak etmir.

Bu səbəbdən proses iyulun 26-na qədər təxirə salınıb.

---------

10:17

Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin daha bir qrupunun - Karapetyan Rafik, Qolayan Qurgen, Tadevosyan Hrayr, Maloyan Vaqarşak, Yerğiazaryan Sasun, Vardanyan Arsen, Bahrekyan Vahagen, Soğomanyan Setrak, Dilanyan Arman, Martoyan Manuk, Anbardanyan Vels, Mikaelyan Andranik, Qriqoryan Feliks barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək.

Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçiriləcək prosesdə məhkəmə istintaqının başa çatdırılacağı və prokurorun çıxış edəcəyi gözlənilir.

Məlumata görə, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 13 dekabr 2020-ci il tarixdə keçirilmiş antiterror əməliyyatı nəticəsində tərksilah edilmiş Ermənistan Respublikasının vətəndaşları olan silahlı dəstələrin üzvləri barəsində DTX-nin İstintaq Baş idarəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

İstintaq nəticəsində müəyyən edilib ki, cinayətkar silahlı birləşmələrin üzvləri 2020-ci ilin 26-27 noyabr tarixlərində Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutaraq 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar etmiş, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər.

Məlumat verildiyi kimi, silahlı dəstənin əvvəlcə 14, sonra isə daha 13 nəfər üzvü barəsində cinayət işinin istintaqı yekunlaşdırılaraq təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib.

Sadalanan faktlarla bağlı qanunsuz silahlı birləşmənin digər üzvlərinin – Mikaelyan Andranik, Soğomonyan Setrak, Karapetyan Rafik və qeyriləri də daxil olmaqla, ümumilikdə daha 26 təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunmalarına dair cinayət işinin istintaqı yekunlaşdırılaraq Azərbaycan Respublikasının Baş prokurorunun müavini tərəfindən təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib.

Eləcə də oxuyun:

21
Teqlər:
erməni terrorçuları, məhkəmə, Hadrut, Qarabağ, DTX
Türkiyənin Antalya əyalətində meşə yanğınları

Türkiyədə ailə dramı: Ər arvad yanğından uçan evin altında həyata əlvida ediblər

663
(Yenilənib 20:40 01.08.2021)
Türkiyə vətəndaşı Fahri Yiğitokur və Almaniya vətəndaşı olan həyat yoldaşı Andrea Hartmann Yiğitokur yanğından uçan evin altında qalaraq həyatlarını itiriblər.

BAKI, 1 avqust - Sputnik. Türkiyənin Antalya əyalətinin Manavqat rayonunda baş verən meşə yanğını zamanı ziyan çəkən evdə iki nəfərin meyiti aşkarlanıb.

Sputnik Türkiyə xəbər verir ki, yanğın zamanı ölənlər Türkiyə vətəndaşı Fahri Yiğitokur və onun almaniyalı həyat yoldaşı Andrea Hartmann Yiğitokurdır.

Ölkənin səhiyyə naziri Fahrettin Koca öz Twitter hesabında Manavqatda həlak olanlar da daxil olmaqla, meşə yanğınlarında ölənlərin ümumi sayının 7 nəfərə çatdığını bildirib.

O, qeyd edib ki, hadisə zamanı ümumilikdə 507 nəfər zərər çəkib, onlardan 497 nəfərinin müalicəsi başa çatıb. Hazırda 10 nəfərin müalicəsi davam edir.

Qeyd edək ki, Fahri Yiğitokur və Almaniya vətəndaşı olan həyat yoldaşı Andrea Hartmann Yiğitokur yanğından uçan evin altında qalıb. Yaxınları onlardan xəbər almadıqları üçün axtarışlar başlayıb, uçqun altında qalan cütlüyün cəsədləri aşkarlanıb.

 

663

FHN-in yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu Gürcüstandan Türkiyəyə doğru gedir

697
(Yenilənib 20:42 01.08.2021)
Yanğın-xilasetmə qrupuna 1 ədəd helikopter, 53 ədəd yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikaları, 220 nəfər yanğınsöndürən və xilasedici daxildir.

BAKI, 1 avqust - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu dünən axşam saatlarında qardaş Türkiyə Respublikasına yola düşüb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hazırda qrup qonşu Gürcüstan ərazisində Türkiyəyə doğru hərəkət edir.

31.07.2021

FHN-in yanğın-xilasetmə qüvvələrindən ibarət növbəti qrup Türkiyəyə yola düşür

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu yaxın saatlarda qardaş Türkiyə Respublikasına yola düşəcək.

Yanğın-xilasetmə qrupuna 1 ədəd helikopter, 53 ədəd yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikaları, 220 nəfər yanğınsöndürən və xilasedici daxildir.

Daha öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyə Respublikasında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarına başlayıb.

Hazırda FHN-in yanğınsöndürmə qüvvələri Türkiyənin Marmaris bölgəsində meşə yanğınları ilə mübarizə aparır.

Qeyd edək ki, son 3 gündə Türkiyədə 85 yerdə meşə yanğını qeydə alınıb. Bu yanğınlardan 75-i artıq nəzarət altına alınıb. Yanğın nəticəində 6 nəfər dünyaını dəyişib. Türkiyəyə yardım məqsədi ilə müxtəlif ölkələr təyyarələr göndəriblər.

Həmçinin oxuyun:

Azərbaycan yanğınsöndürənləri qardaş ölkənin harayına getdilər

Ərdoğan meşə yanğınlarının baş verdiyi bölgələrə gedəcək

Türkiyə alovlar içində: Yanğınlar lokallaşdırılsa da, mübarizə davam edir

FHN-in yanğınsöndürmə qüvvələri Türkiyəyə gedir

697
Kişi Tokio-2020 Olimpiya Oyunlarının installyasiyasının qarşısından keçir

Koreya ilə Belarus liderlərini birləşdirən dəyər ermənilərin təbiətin məhvinə sevinməsi