Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Sumqayıtda zibillikdən tapılan uşaqla bağlı yeni xəbər

© AFP 2023 / DELIL SOULEIMANНоги ребенка, фото из архива
Ноги ребенка, фото из архива - Sputnik Azərbaycan, 1920, 07.07.2021
Abunə olmaq
Sumqayıt Perinetal Mərkəzi dünən Sumqayıtın "Yaşıldərə" yaşayış massivində zibillikdən tapılan uşağın vəziyyətini açıqlayıb.

BAKI, 7 iyul — Sputnik. Sumqayıtda zibil qabından tapılan uşağın səhhəti açıqlanıb. Sputnik Azərbaycan-a bu barədə Sumqayıt Perinetal Mərkəzindən məlumat verilib. Xəstəxanadan bildirilib ki, dünən zibil qabından tapılan qız uşağı 34-35 həftə hestasiya yaşında doğulub. Onun çəkisi 1 kiloqram 660 qram, boyu isə 40 sm-dir: "Uşağın vəziyyəti orta-ağır qiymətləndirilir. Uşağın yenidoğulmuşlar və yarımçıqdoğulmuşlar şöbəsində müalicəsi davam etdirilir. Körpə enteral qidalandırılır", - deyə tibb müəssisəsindən bildirilib.

Qeyd edək ki, dünən Sumqayıtda zibil qabından yeni doğulmuş qız uşağı tapılıb. Hadisə şəhərin "Yaşıldərə" yaşayış massivində qeydə alınıb.

Belə ki, sakinlərdən biri zibil atarkən səs eşidib və orada yeni doğulmuş qız uşağının olduğunu görüb. O, polisə müraciət edib və yeni doğulmuş körpə Sumqayıt Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən Perinatal mərkəzə yerləşdirilib. Körpənin vəziyyəti hazırda kafidir.

Faktla bağlı araşdırma aparılır.

Ötən ilin fevralında Sumqayıt şəhərinin 2-ci mikrorayonunda sakinlər zibil qutusunda yeni doğulmuş körpə meyiti aşkarlamışdılar.

Analoji hadisə 2018-ci ildə Binəqədi rayon Polis İdarəsinin ərazisində qeydə alınmışdı. Belə ki, Bakıda yeni doğulmuş qızının cəsədini zibil qabına atan qadın saxlanılmışdı. Ana öz uşağından belə qəddar üsulla məhz iyunun 1-də — Uşaqların Beynəlxalq Müdafiəsi Günü canını qurtarıb.

Qeyd edək ki, bu dəhşətli addımı Xocahəsən qəsəbəsinin sakini də atıb. Məişət tullantılarının atıldığı zibillikdən içində yeni doğulmuş qız uşağının cəsədi olan qutu tapılıb. Müəyyən edilib ki, uşaq 7 aylıq və yarımçıq doğulub. O, doğulanda sağ olub. Ölüm hadisəsi sonradan baş verib.

Paytaxtın hüquq-mühafizə orqanları qatil ananı saxlamağa müvəffəq olublar. Sən demə, o, 1986-cı il təvəllüdlü Bakı sakini Quliyeva Gülnar Yunis qızı imiş. Binəqədi prokurorluğundan bildiriblər ki, Quliyevaya qarşı AR Cinayət Məcəlləsinin 121-ci maddəsi (ananın yeni doğulmuş körpəsini qəsdən öldürməsi) ilə cinayət işi açılıb.

Həmçinin oxuyun:

Zibilliyə atılmış körpə ağlayaraq Sumqayıt sakinlərinə salamat olduğunu xəbər verib

Xəbər lenti
0