Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Zibilliyə atılmış körpə ağlayaraq Sumqayıt sakinlərinə salamat olduğunu xəbər verib

CC0 / Antonia Rusev / BabyНоворожденный
Новорожденный - Sputnik Azərbaycan, 1920, 07.07.2021
Abunə olmaq
Yeni doğulmuş körpə Sumqayıt Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən Perinatal mərkəzə yerləşdirilib. Onun vəziyyəti hazırda kafidir.

BAKI, 6 iyul - Sputnik. Sumqayıtda zibil qabından yeni doğulmuş qız uşağı tapılıb. Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin “Yaşıldərə” yaşayış massivində qeydə alınıb.

Belə ki, sakinlərdən biri zibil atarkən səs eşidib və orada yeni doğulmuş qız uşağının olduğunu görüb. O, polisə müraciət edilib və yeni doğulmuş körpə Sumqayıt Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən Perinatal mərkəzə yerləşdirilib. Körpənin vəziyyəti hazırda kafidir.

Faktla bağlı araşdırma aparılır.

Ötən ilin fevralında Sumqayıt şəhərinin 2-ci mikrorayonunda sakinlər zibil qutusunda yeni doğulmuş körpə meyiti aşkarlamışdılar.

Analoji hadisə 2018-ci ildə Binəqədi rayon Polis İdarəsinin ərazisində qeydə alınmışdı. Belə ki, Bakıda yeni doğulmuş qızının cəsədini zibil qabına atan qadın saxlanılmışdı. Ana öz uşağından belə qəddar üsulla məhz iyunun 1-də — Uşaqların Beynəlxalq Müdafiəsi Günü canını qurtarıb.

Qeyd edək ki, bu dəhşətli addımı Xocahəsən qəsəbəsinin sakini atıb. Məişət tullantılarının atıldığı zibillikdən içində yeni doğulmuş qız uşağının cəsədi olan qutu tapılıb. Müəyyən edilib ki, uşaq 7 aylıq və yarımçıq doğulub. O, doğulanda sağ olub. Ölüm hadisəsi sonradan baş verib.

Paytaxtın hüquq-mühafizə orqanları qatil ananı saxlamağa müvəffəq olublar. Sən demə, o, 1986-cı il təvəllüdlü Bakı sakini Quliyeva Gülnar Yunis qızı imiş. Binəqədi prokurorluğundan bildiriblər ki, Quliyevaya qarşı AR Cinayət Məcəlləsinin 121-ci maddəsi (ananın yeni doğulmuş körpəsini qəsdən öldürməsi) ilə cinayət işi açılıb.

Xəbər lenti
0