İnsanın kölgəsi, arxiv şəkli

Bakıda 660 minlik prezervativ oğurlandı

36
(Yenilənib 12:23 06.07.2021)
Bakıda anbar sahibi ilə icarədar arasında anlaşılmazlıq yaşanıb. Xarici ölkə vətəndaşının icarəyə götürdüyü anbardan külli miqdarda prezervativ yoxa çıxıb.

BAKI, 6 iyul — Sputnik. Bakıda külli miqdarda dəyəri olan prezervativlərin oğurlanması ilə bağlı polisə şikayət daxil olub.

Sputnik Azərbaycan "Qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə iyulun 4-də İran vətəndaşı, 1971-ci il təvəllüdlü Moeinifard Seyidmohammad Mirvəliyullah Nərimanov RPİ-yə ərizə ilə müraciət edərək məlumat verib.

O bildirib ki, AFEN Plazada yerləşən və icarəyə götürdüyü anbardan 663600 manat dəyərində rezin qoruyucu oğurlanıb.

Araşdırma zamanı məlum olub ki, malları həmin anbarın sahibi, 1962-ci il təvəllüdlü Əbülfət Əliyev və şəriki – İran vətəndaşı, 1977-ci il təvəllüdlü Bayat Hassan Alı ona məlumat vermədən Novxanı qəsəbəsində yerləşən başqa bir anbara yığıblar.

Araşdırma davam etdirilir.

Eləcə də oxuyun:

36
Teqlər:
anbar, vətəndaş, İran, prezervativ, Bakı, oğurluq
Yeni sərnişin avtobusları

Bakıda patı çəkən marşrut avtobusu sürücüsünə görün cəza verdilər

23
Bakıda xətt avtobusunun sürücüsü narkotikdən istifadə edərkən tutulub və Abşeron rayon Məhkəməsinəö çıxarılıb.

BAKI, 24 iyul - Sputnik. Bakıda 142 saylı xətt avtobusunu idarə edərkən narkotik vasitədən istifadə edən Allahverdi Bədəlov həbs edilib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev məlumat verib.

DYP rəsmisi bildirib ki, Abşeron rayon Məhkəməsinin qərarı ilə A. Bədəlov 10 sutka müddəti inzibati həbs edilib, həmçinin 1 illik sürücülük hüququndan məhrum edilib.

Eləcə də oxuyun:

  • Günün cinayət xronikası: "Patı" əməliyyatı, qətllər, pandemiya qaydalarını pozan toylar

  • Azərbaycanda narkotik biznesi: Həbs edilən narkotacirlər arasında xeyli qadın var

  • Narkotiklərin tüğyanı: Lənkəranda "patı" əməliyyatı keçirildi, saxlanılanlar var

  • Narkotiklərə maraq yaratmaq üçün bu metoddan istifadə edilir - Leyla Yolçuyeva danışır

  • "Patı" dəhşəti: Azərbaycanda qadınlar arıqlamaq üçün "ağ ölüm"ün girbadına düşür

23
Teqlər:
sürücü, marşrut, avtobus, narkotik
Toy süfrəsi, arxiv şəkli

Qaydalara məhəl qoymayan şadlıq evinin sahibinə cinayət işi açıldı

11
(Yenilənib 15:42 24.07.2021)
Şənlik mərasimlərinin müəyyən edilmiş qayda və tələblərə uyğun təşkilinə nəzarət məqsədilə aidiyyəti qurumlar tərəfindən gündəlik monitorinqlər davam etdirilir.

 

BAKI, 24 iyul — Sputnik. Beyləqan Rayon Polis Şöbəsinin və aidiyyəti qurumların əməkdaşlarının karantin rejimi qaydalarına riayət olunması məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində pandemiya tələblərinin pozulduğu toylar müəyyənləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Sputnik Azərbaycan-a bildiriblər ki, yoxlamalar zamanı Baharabad qəsəbəsində, Bünyadlı və Yuxarı Kəbirli kəndlərində üç fərdi evdə keçirilən toy məclislərində qonaqların sayının normadan artıq olduğu aşkarlanıb.

Qayda pozuntularına yol vermiş şəxslərlə profilaktiki söhbətlər aparılıb. Üç nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.

Ağcabədi rayonunda isə şadlıq sarayında keçirilən toyda pandemiya tələblərinin pozulduğu müəyyən edilib. Avşar kəndi ərazisində yerləşən “Kral” şadlıq sarayında keçirilən toy mərasimində qonaqların sayının normadan artıq olduğu aşkarlanıb.

Restorana cavabdeh şəxs olan M.Cəfərov bir neçə dəfə bu cür qayda pozuntusuna yol verdiyindən onun barəsində Ağcabədi RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılaraq araşdırma aparılır.

Şənlik mərasimlərini qaydalara uyğun keçirmək vacibdir

Qeyd edək ki, şənlik mərasimlərinin müəyyən edilmiş qayda və tələblərə uyğun təşkilinə nəzarət məqsədilə aidiyyəti qurumların nümayəndələri tərəfindən gündəlik monitorinqlər davam etdirilir. Monitorinqlər zamanı şənlik mərasimlərinin keçirildiyi bəzi məkanlarda sıxlığın normadan artıq olması, tədbirə qatılanların COVID-19 pasportunun olmaması, icaze.gov.az portalına məlumatların düzgün daxil edilməməsi, işçi heyətin fərdi qoruyucu vasitələrlə təmin olunmaması kimi pozuntular qeydə alınıb.

İyulun 22-dək aparılan monitorinqlər zamanı bəzi obyektlərdə keçirilən şənlik mərasimlərində 112 minə yaxın qonağın müvafiq sənədləri araşdırılıb, onların bir hissəsində nöqsanlar aşkar edilib. Nəzarət tədbirlərində toy və məkan sahibləri ilə profilaktik söhbətlər aparıb və Operativ Qərargahın müəyyən etdiyi qayda və tələblərə ciddi riayət olunmasının vacibliyi izah edilib. Nöqsanların aşkar olunduğu məkanlarda pozuntular aradan qaldırılıb, toy mərasiminin qaydalara uyğun keçirilməsi təmin olunub və yeni ailə quranlara hədiyyələr təqdim olunub. Qeyd edək ki, indiyədək 900-dən çox obyektdə şənlik mərasimlərinə nəzarət həyata keçirilib.

Şənlik mərasimləri təşkil edən obyekt sahiblərinin və vətəndaşların nəzərinə bir daha çatdırılır ki, obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə məlumat müvafiq portala (icaze.e-gov.az) düzgün daxil edilməldir. Şənlik və məkan sahibləri müəyyən edilmiş qaydalara və şərtlərə tam əməl etməli, işçi heyətin vaksinləşməsinə və zəruri vasitələrlə (tibbi maska, əlcək və digər fərdi qoruyucu vasitələr) təmin edilməsinə xüsusi diqqət yetirməlidirlər. 

Eləcə də oxuyun:

11
Teqlər:
Ağcabədi, Beyləqan, qayda pozuntusu, karantin, toy
Mövzu:
Azərbaycanda toylar
İvan Tixonov

On nəfərə bir qələbə: Azərbaycanlı idmançıların Tokioda ilk günü

12
Tokio Olimpiadasında ilk yarış gününün nəticələrinə görə, medal sıralamasında üç qızıl və bir bürünc medal qazanan Çin birincidir.

BAKI, 24 iyul - Sputnik. Tokio Yay Olimpiya Oyunlarının ilk yarış günü azərbaycanlı idmançılar üçün uğursuz keçdi. Sputnik Azərbaycan bildirir ki, onlardan yalnız biri uğurlu start götürə bilib.

Cüdo

İlk məyusedici xəbərlər cüdodan gəldi. Kəramət Hüseynov (60 kq) və Aişə Qurbanlı (48 kq) ilk pillələrdən yarışdan ayrıldılar. Hüseynov öncə britaniyalı Eşli Makkenzini udub, gürcü Luxumi Çxvmianiyə uduzdusa, Qurbanova elə ilk görüşündəcə Katarina Koştaya (Portuqaliya) məğlub oldu.

Veloyürüş

Vaxtından əvvəl yarışı dayandıranlardan biri də velosipedçi Elçin Əsədov oldu. 234 km-lik şosse yürüşünün, demək olar ki, yarısını keçəndən sonra yıxıldı. 

Güllə atıcılığı

Snayperimizi Ruslan Lunyov da uğursuzluğa düçar oldu. 10 metrlik məsafəyə pnevmatik tapançadan atəşdə 20-ci yerə düşərək finala çıxa bilmədi. Ancaq birinci gün çıxış edən idmançılarımızın çoxundan fərqli olaraq, Lunyov hələ Oyunlarda iştirakını yekunlaşdırmayıb - 25 m-lik məsafəyə xırda kaliberli tapançadan atəş yarışında da qüvvısini sınayacaq. 

Üzgüçülük

 

Üzgüçülərimiz Maksim Şemberev və Məryəm Şeyxəlizadəxangah Tokiodakı Olimpiadada uğursuz çıxış ediblər.

400 m məsafədə kompleks üzgüçülükdə çıxış edən Şemberev 4:19.40 dəqiqə nəticə ilə çıxışını yekunlaşdırıb. O, öz yarımqrupunda sonuncu - səkkizinci yer tutub. Ümumi sıralamada isə 29 iştirakçı arasında 26-cı ola bilib. Yarımfinala çıxa bilməyən Şemberev Olimpiadadakı işini yekunlaşdırıb.

Şemberev üçün bu, ikinci Olimpiadadır. 2012-ci ildə Londonda o, Ukrayna bayrağı altında çıxış edirdi.

100 m məsafədə batterflyay üsulu ilə yarışda Məryəm Şeyxəlizadəxangah finişə 1:01,37 dəqiqə nəticə ilə çataraq, üç nəfərdən ibarət yarımqrupda birinci olub. Yekun hesabda isə 33 yarışçı arasında 30-cu olub və o da Tokiodakı çıxışını bitirib.

 

Məryəmdən kimsə nəticə gözləmirdi, o, Beynəlxalq Federasiyanın kvotası ilə Olimpiadaya gəlib, Şemberev isə lisenziya normativini yerinə yetirmişdi və ən azı, onun yarımfinala çıxacağına ümid edirdik.

Boks

İdman həvəskarlarına ən böyük məyusluğu isə boks yarışları yaşatdı. Titullu idmançı, Riodakı 2016-cı il Olimpiadasının gümüş mükafatçısı Lorenso Sotomayordan (69 kq), heç olmasa, medallar uğrunda mübarizə gözlənilirdi, birinci dövrədən kənarda qalmaq yox. O isə 1/16 finalda Gürcüstan təmsilçisi Əsgərxan Madiyevə uduzdu. Görüşü üçüncü raundda Sotomayorun zədəsi səbəbindən (qanaxma) saxladılar, ancaq Azərbaycan yığmasının kubalı legioneri üçün qələbə ümidi heç yox idi də: ilk iki raundu o uduzmuşdu.

57 kq çəki dərəcəsində çıxış edən boksçumuz - Tayfur Əliyev növbəti mərhələyə adlamağa layiq idi. Çünki 1/16 mərhələdə Vyetnam təmsilçisi Duaonq Van Nquenə qarşı yaxşı döyüşürdü. Ancaq hakimlər mübahisəli qərar verərək qələbəni vyetnamlının adına yazdılar (2:3).

 

Boksçumuz Məhəmməd Abdullayev (91 kq çəki dərəcəsi) isə Azərbaycan təmsilçiləri arasında Tokiodakı Olimpiadada qələbə qazanan yeganə idmançı oldu. 1/16 finalda o, Bəhreyn təmsilçisi Denis Latipovla görüşündən 3:1 hesabı ilə qalib ayrıldı. Düzdür, püşkatmada onun heç bəxti gətirməyib: növbəti mərhələdə o, dünya çempionu, Özbəkistan təmsilçisi Bahodir Calolovla görüşəcək. Bu görüş iyulun 29-da olacaq.

İdman gimnastikası 

Təmsilçilərimizdən Tokiodakı ilk yarış günündə sonuncu çıxış edən isə idman gimnastı İvan Tixonov oldu. O, təsnifatda 45-ci yer tutaraq, adını finala yazdıran 24 nəfərin arasına düşə bilmədi.

Medal hesabı

Tokio Olimpiadasında ilk yarış gününün nəticələrinə görə, medal sıralamasında üç qızıl və bir bürünc medal qazanan Çin birincidir. İkinci yerdə Yaponiya ilə İtaliya qərarlaşıblar: hərəyə bir qızıl və bir gümüş medal. İlk onluğa həmçinin 4. Koreya (1, 0, 2), 5. Macarıstan, Kosovo, Tailand, Ekvador, İran (1, 0, 0), 10. Serbiya, Rusiya (0, 1, 1) daxildir.

12
Teqlər:
atıcılıq, gimnastika, cüdo, şosse velosipedi, üzgüçülük, boks, idmançılar, azərbaycanlı, Tokio Yay Olimpiya Oyunları