Aşmış ağac

Güclü külək Bakıda qatarı yolundan etdi

17
(Yenilənib 11:55 30.06.2021)
"Azərbaycan Dəmir Yolları" QSC bu gün Sumqayıt-Pirşağı-Bakı sürət qatarının gecikməsinin səbəbi barədə ictimaiyyətə açıqlama verib.

BAKI, 30 iyun — Sputnik. Sumqayıt-Pirşağı-Bakı sürət qatarının gecikməsinin səbəbi açıqlanıb. Güclü külək Bakı Sərnişin Stansiyasının yaxınlığında iri gövdəli ağacı aşıraraq həm kontakt şəbəkəni qırıb, həm də dəmir yolunu bağlayıb.

Bu barədə Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib. Məlumatda qeyd olunub ki, hazırda bir xətdən istifadə olunduğu üçün Sumqayıt istiqamətindən Bakıya gələn qatarlarda gecikmə müşahidə edilir. Fəsadların aradan qaldırılması istiqamətində iş aparılır.

Qeyd edək ki, bu gün səhər saatlarında Sumqayıt-Pirşağı-Bakı sürət qatarının hərəkətində problem yaranıb. Bu barədə sərnişinlər məlumat yayıblar. Belə ki, Sumqayıt stansiyasından 07:45-də çıxan Sumqayıt-Pirşağı-Bakı istiqamətində hərəkət edən 6608 nömrəli sürət qatarı 08:35-də Bakıya çatmalı olsa da, yarım saatdan çox gecikib.

Qeyri-sabit hava şəraiti

Azərbaycan ərazisində bir neçə gündür qeyri-sabit hava şəraiti hökm sürür. Bakı və Abşeron yarımadasında, aran rayonlarında günlərdir havanın temperaturu 40-43 dərəcə Selsi arasında dəyişir, ölkənin qərb, şimal-qərb rayonlarında, dağlıq ərazilərdə isə külək və yağış müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətinin iyunun 30-na olan məlumatına görə isə, bu gündən Bakıda və Abşeron yarımadasında

şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 21-25, gündüz 29-34, Bakıda gecə 22-24, gündüz 30-32 dərəcə isti olacaq.

Eləcə də oxuyun:

17
Teqlər:
Bakı, külək, sürət qatarı, ağac
Mövzu:
Bakının son xəbərləri (59)
Türkiyənin Antalya əyalətində meşə yanğınları

Türkiyədə ailə dramı: Ər arvad yanğından uçan evin altında həyata əlvida ediblər

719
(Yenilənib 20:40 01.08.2021)
Türkiyə vətəndaşı Fahri Yiğitokur və Almaniya vətəndaşı olan həyat yoldaşı Andrea Hartmann Yiğitokur yanğından uçan evin altında qalaraq həyatlarını itiriblər.

BAKI, 1 avqust - Sputnik. Türkiyənin Antalya əyalətinin Manavqat rayonunda baş verən meşə yanğını zamanı ziyan çəkən evdə iki nəfərin meyiti aşkarlanıb.

Sputnik Türkiyə xəbər verir ki, yanğın zamanı ölənlər Türkiyə vətəndaşı Fahri Yiğitokur və onun almaniyalı həyat yoldaşı Andrea Hartmann Yiğitokurdır.

Ölkənin səhiyyə naziri Fahrettin Koca öz Twitter hesabında Manavqatda həlak olanlar da daxil olmaqla, meşə yanğınlarında ölənlərin ümumi sayının 7 nəfərə çatdığını bildirib.

O, qeyd edib ki, hadisə zamanı ümumilikdə 507 nəfər zərər çəkib, onlardan 497 nəfərinin müalicəsi başa çatıb. Hazırda 10 nəfərin müalicəsi davam edir.

Qeyd edək ki, Fahri Yiğitokur və Almaniya vətəndaşı olan həyat yoldaşı Andrea Hartmann Yiğitokur yanğından uçan evin altında qalıb. Yaxınları onlardan xəbər almadıqları üçün axtarışlar başlayıb, uçqun altında qalan cütlüyün cəsədləri aşkarlanıb.

 

719

FHN-in yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu Gürcüstandan Türkiyəyə doğru gedir

697
(Yenilənib 20:42 01.08.2021)
Yanğın-xilasetmə qrupuna 1 ədəd helikopter, 53 ədəd yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikaları, 220 nəfər yanğınsöndürən və xilasedici daxildir.

BAKI, 1 avqust - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu dünən axşam saatlarında qardaş Türkiyə Respublikasına yola düşüb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hazırda qrup qonşu Gürcüstan ərazisində Türkiyəyə doğru hərəkət edir.

31.07.2021

FHN-in yanğın-xilasetmə qüvvələrindən ibarət növbəti qrup Türkiyəyə yola düşür

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu yaxın saatlarda qardaş Türkiyə Respublikasına yola düşəcək.

Yanğın-xilasetmə qrupuna 1 ədəd helikopter, 53 ədəd yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikaları, 220 nəfər yanğınsöndürən və xilasedici daxildir.

Daha öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyə Respublikasında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarına başlayıb.

Hazırda FHN-in yanğınsöndürmə qüvvələri Türkiyənin Marmaris bölgəsində meşə yanğınları ilə mübarizə aparır.

Qeyd edək ki, son 3 gündə Türkiyədə 85 yerdə meşə yanğını qeydə alınıb. Bu yanğınlardan 75-i artıq nəzarət altına alınıb. Yanğın nəticəində 6 nəfər dünyaını dəyişib. Türkiyəyə yardım məqsədi ilə müxtəlif ölkələr təyyarələr göndəriblər.

Həmçinin oxuyun:

Azərbaycan yanğınsöndürənləri qardaş ölkənin harayına getdilər

Ərdoğan meşə yanğınlarının baş verdiyi bölgələrə gedəcək

Türkiyə alovlar içində: Yanğınlar lokallaşdırılsa da, mübarizə davam edir

FHN-in yanğınsöndürmə qüvvələri Türkiyəyə gedir

697
Kişi Tokio-2020 Olimpiya Oyunlarının installyasiyasının qarşısından keçir

Koreya ilə Belarus liderlərini birləşdirən dəyər ermənilərin təbiətin məhvinə sevinməsi