Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ağır qəzanın qurbanlarının sayı artdı

© Sputnik / Rahim MammadovUcarda yol-nəqliyyat hadisəsi
Ucarda yol-nəqliyyat hadisəsi - Sputnik Azərbaycan, 1920, 28.06.2021
Abunə olmaq
Öncə qəzanın qurbanı bir nəfər - minik maşınının sürücüsü olsa da, xəsarət almış azyaşlı da xəstəxanada ölüb.

BAKI, 28 iyun - Sputnik. Bakı-Qazax yolunda avtomobil qəzası zamanı sürücü və iki yaşlı oğlu ölüb. 

Hadisə gecə saatlarında Bakı-Qazax magistral yolunun Ucar rayonundan keçən hissəsində baş verib.

İlkin məlumatlara görə, 49 yaşlı Qəbələ sakini Hikmət Ağayevin idarə etdiyi "KamAZ" markalı yük avtomobilinin arxa hissəsinə Elçin Cəlilovun idarə etdiyi "Opel" markalı minik maşını çırpılıb.

© Sputnik / Rahim MammadovUcarda yol-nəqliyyat hadisəsi
Ağır qəzanın qurbanlarının sayı artdı - Sputnik Azərbaycan, 1920, 28.06.2021
Ucarda yol-nəqliyyat hadisəsi

Qəza nəticəsində minik avtomobilinin sürücüsü Elçin Cəlilov hadisə yerində ölüb. Avtomobildə olan digər 3 sərnişin - 2 yaşlı İlyas Elçin oğlu Cəlilov, 45 yaşlı Zaur Xəlilov və 31 yaşlı Aysel Balay qızı Cəlilova aldıqları çoxsaylı xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Həkimlərin tibbi yardımına baxmayaraq müxtəlif dərəcəli bədən xəsarətləri alan iki yaşlı İlyas Elçin oğlu Cəlilovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0