CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Göldə boğulan hərbçimizin meyiti tapıldı

© Sputnik / Irade JELILÇevik Xilasetmə İdarəsinə press-tur
Çevik Xilasetmə İdarəsinə press-tur - Sputnik Azərbaycan, 1920, 18.06.2021
Abunə olmaq
Kapitan İlham Fərzəliyevin axtarışına FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunmuşdu.

BAKI, 18 iyun — Sputnik. Kəlbəcərdə göldə batan hərbçimizin meyiti tapılıb. Sputnik Azərbaycan bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat verib.

"1981-ci il təvəllüdlü Fərzəliyev İlham Allahverdi oğlunun meyiti Kəlbəcər rayonu ərazisində Böyük Alagöl gölündən tapılıb. FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılan meyit aidiyyəti üzrə təhvil verilib", - məlumatda deyilir.

-------

10:31

Fövqəladə Hallar Nazirliyi (FHN) Kəlbəcərdə göldə boğulan hərbçinin axtarışına başlayıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, nazirliyin "112" qaynar telefon xəttinə Kəlbəcər rayonu ərazisində Böyük Alagöl gölündə 1981-ci il təvəllüdlü Fərzəliyev İlham Allahverdi oğlunun batması barədə məlumat daxil olub. FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Qeyd edək ki, dünən Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərbaycan Ordusunun hərbi qulluqçusu, kapitan Fərzəliyev İlham Allahverdi oğlunun göldə çimərkən boğularaq həlak olması ilə bağlı məlumatı təsdiq ediblər. Bildirilib ki, kapitan İlham Fərzəliyev dünən Kəlbəcər rayonu ərazisində yerləşən Alagöldə çimərkən boğularaq ölüb. Faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.

Xatırladaq ki, martın 30-da da buna bənzər daha bir faciə baş vermişdi. Azərbaycan ordusunun hərbi qulluqçusu gizir Əliyev Heydər Rövşən oğlu Xocavənd rayonu ərazisində xidmətdən kənar vaxtda göldə çimməyə cəhd göstərən boğularaq ölmüşdü.

Eləcə də oxuyun:

  • Laçında yol qəzasında ölən hərbçilərlə bağlı yeni xəbər var - FOTOLAR

  • Sərhəddə iki hərbçimiz həlak olub

Xəbər lenti
0