* AZƏRBAYCAN *
Pakistan bayrağı, arxiv şəkli

Rəsmi Bakı Pakistana başsağlığı verdi

16
Pakistanın Sind əyalətində, Qotki rayonunda dəmiryol stansiyasında sərnişin qatarları toqquşub. Hadisə nəticəsində 40-dək insan həyatını itirib.

BAKI, 7 iyun — Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanın Qotki bölgəsində baş vermiş qatar qəzası ilə bağlı başsağlığı verib. Sputnik Azərbaycan xəbər verir ki, bu məlumat nazirliyin rəsmi "Twitter" səhifəsində yerləşdirilib.

"Biz Pakistanın Qotki bölgəsində ölümlə nəticələnən qatar qəzası ilə bağlı xəbərdən dərin kədərləndik. Biz həlak olan 30 sərnişinin ailəsinə dərin hüznlə başsağlığı veririk. Yaralılara tezliklə şəfa diləyirik. Hazırda bizim düşüncə və dualarımız qardaş Pakistanladır ", - deyə məlumatda bildirilir.

16
Охотничье ружье, фото из архива

Lənkəranda qətl hadisəsi: İki nəfər öldürüldü

178
Lənkəranda axşam saatlarında qohumlar hələlik bilinməyən səbəblərdən bir-birilərini qanlarına qəltan ediblər.

BAKI, 23 iyun - Sputnik. Lənkəranda qohumlar arasında qətl hadisəsi baş verib.

Sputnik Azərbaycan-ın bölgə müxbriinin məlumatına əsasən, hadisə Havzava kəndində olub. 

Yerli sakin Seymur Sərraf oğlu Şirinov ov tüfəngi ilə öncə əmisi oğlu Elmar Sərdar oğlu Fərəcovu, sonra isə bibisi nəvəsi Alim Müqabil oğlu Mirzəyevi qətlə yetirib.

Ölənlərin meyitləri Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

Hadisənin səbəbləri məlum deyil. Hazırda qətl hadisəsi araşdırılır.

 

178
Bakıda çimərlikdə uşaq, arxiv şəkli

Havada toz dumanı davam edir

142
(Yenilənib 18:18 23.06.2021)
Toz dumanı yenə də Abşeron yarımadasını əhatəyə alıb. Nazirliyin açıqladığı sabahın hava proqnozunda tozun nə vaxt paytaxtı tərk edəcəyi deyilmir.

BAKI, 23 iyun — Sputnik. Bu gün Bakı və Abşeron yarımadasında toz dumanı davam edir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, avtomatik stansiyalardan 23 iyun saat 17:00-a daxil olan məlumata əsasən Bakı şəhərində havada dispers toz hissəciklərinin konsentrasiyası sanitar normadan 5.1 dəfə yüksək qeydə alınıb.

Sabahın hava proqnozu

İyunun 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 22-26, gündüz 34-39, bəzi yerlərdə 41, Bakıda gecə 23-25, gündüz 38-40 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət gecə 55-65, gündüz 35-40 faiz təşkil edəcək.

Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda 25-26 dərəcə isti olacaq.

İyunun 24-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə lokal qısamüddətli yağış yağacağı gözlənilir. Səhər bəzi dağlıq ərazilərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 15-20, gündüz 27-32 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, həftə ərzində Bakıda və Abşeron yarımadasında anomal isti, günün bəzi saatlarında durğun hava şəraiti, zəif küləklərin üstünlüyü, gündüz güclü temperatur diskomfortu gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.

142