Şirvanda bir ailənin 3 üzvü yol qəzasında xəsarət alıb

12
(Yenilənib 23:42 05.06.2021)
1979-cu il təvəllüdlü Abdullayev Natiq Arif oğlu, onun həyat yoldaşı, 1979-cu il təvəllüdlü Abdullayeva Məlahət Ənvər qızı, habelə N.Abdullayevin oğlu, 2010-cu il təvəllüdlü Abdullayev Nihat Natiq oğlu müxtəlif xəsarətlər alıblar.

BAKI, 5 iyun - Sputnik. Şirvanda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

“Report”un məlumatına görə, hadisə şəhərin H.Əliyev prospektində qeydə alınıb. Belə ki, iki minik maşınının toqquşması nəticəsində bir ailənin üç üzvü - Şirvan şəhər sakinləri; 1979-cu il təvəllüdlü Abdullayev Natiq Arif oğlu, onun həyat yoldaşı, 1979-cu il təvəllüdlü Abdullayeva Məlahət Ənvər qızı, habelə N.Abdullayevin oğlu, 2010-cu il təvəllüdlü Abdullayev Nihat Natiq oğlu müxtəlif xəsarətlər alıblar. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

12
Приморский парк в Баку

Bazar günü 40 dərəcəyədək isti olacaq

70
(Yenilənib 13:00 19.06.2021)
Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 60-70 faiz, gündüz 40-45 faiz olacaq.

BAKI, 19 iyun — Sputnik. Azərbaycanda iyunun 20-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin günəşli keçəcəyi gözlənilir.

Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-25 isti, gündüz 30-35 isti, Bakıda gecə 23-25 isti, gündüz 32-34 dərəcə isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 60-70 faiz, gündüz 40-45 faiz olacaq.

Abşeron çimərliklərində şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23° isti, cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 23-24° isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25 isti, gündüz 35-40 isti, dağlarda gecə 13-18 isti, gündüz 22-27 dərəcə isti olacaq.

70
İki mühərrikli təyyarə, arxiv şəkli

Rusiyada təyyarə sərt eniş edib, ölənlər var

149
(Yenilənib 10:26 19.06.2021)
Kemerovo vilayətində “L-410” tipli təyyarənin sərt eniş etməsi pilotların və daha iki nəfərin ölümü ilə nəticələnib.

BAKI, 19 iyun — Sputnik. Rusiyanın Kemerovo vilayətində “L-410” tipli təyyarə sərt eniş edib.

Hadisə nəticəsində 4 nəfər ölüb, 15 nəfər xəsarət alıb. Ölənlərdən ikisi pilotdur. Yaralılardan 4-nün vəziyyəti ağırdır.

Qəzaya təyyarənin mühərriklərindən birinin sıradan çıxması səbəb olub.

Nəticədə təyyarə eniş edən zaman meşə massivi ilə toqquşub.

Hadisə Promışlennı rayonunun Juravlyovo kəndi ərazisində baş verib.

149
Toyuq əti

Azərbaycana gətirilən 1,2 ton hind quşu dərisi yararsız çıxdı

0
Məhsulda patogen mikroorqanizm olan salmonella aşkar edilib. Aşkar olunmuş faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq qərar qəbul edilib və istehlak üçün yararsız 1.2 ton hind quşu dərisi məhsulunun satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb.

BAKI, 19 iyun — Sputnik. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) həyata keçirdiyi nəzarət tədbirləri zamanı Türkiyədə fəaliyyət göstərən "Briterra Gida İç Ve Dış Ticaret Anonim Şirketi" tərəfindən istehsal olunan və "Ladess Group" MMC tərəfindən ölkəmizə idxal edilən hind quşu dərisi məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirib.

AQTA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Müayinələr nəticəsində məhsul partiyasında patogen mikroorqanizm olan salmonella aşkar edilib. Aşkar olunmuş faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq qərar qəbul edilib və istehlak üçün yararsız 1,2 ton hind quşu dərisi məhsulunun satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq tədbirlər görüləcək.

0