Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Gədəbəydə 87 yaşlı qadını tövlədə bağlayan şəxs barəsində cinayət işi başlanıb

© Sputnik / Murad OrujovБаку за день до ужесточения карантинного режима
Баку за день до ужесточения карантинного режима - Sputnik Azərbaycan, 1920, 03.06.2021
Abunə olmaq
1947-ci il təvəllüdlü Qəzənfər Hacıyev barəsində Cinayət Məcəlləsinin 145-ci (Qanunsuz azadlıqdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanılaraq rayon prokurorluğuna göndərilib.

BAKI, 3 iyun — Sputnik. Xəbər verdiyimiz kimi, bir neçə gündür ki, sosial şəbəkələrdə Gədəbəy kənd sakini, 1934-cü il təvəllüdlü Səkinə Həsənovanın tövlədə bağlanılaraq saxlanılması barədə görüntülər yayılıb. Bu görüntülərin yayılmasından sonra Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşları kəndə gedərək qadının yerini aşkarlayıblar. Ahıl qadının əqli və fiziki sağlamlığının yerində olmamasını müəyyən etdikdən, aidiyyəti qurumlara bu barədə məlumat verildikdən sonra 84 yaşlı ahıl şəxs Göygöl rayon 3 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsinə yerləşdirilib.

Gədəbəy Rayon Polis Şöbəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, qadının tövlədə bağlanılması və zaman-zaman döyülməsi ilə bağlı RPŞ-də cinayət işi başlanılaraq istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

Nəticədə Səkinə Həsənovanı tövləyə bağlamaqda şübhəli bilinən qohumu, 1947-ci il təvəllüdlü Qəzənfər Hacıyev barəsində Cinayət Məcəlləsinin 145-ci (Qanunsuz azadlıqdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanılaraq rayon prokurorluğuna göndərilib.

Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

Eləcə də oxuyun:

Xəbər lenti
0