* AZƏRBAYCAN *
Bakı şəhərinə mənzərə, arxiv şəkli

Bu ay havanın temperaturu normadan bir qədər yüksək olacaq

13
İyun ayında ən sərin hava 1996-cı ilin iyunun 2-də Bakıda qeydə alınıb. Həmin gün havanın temperaturu 8,1 dərəcə olub

BAKI, 1 iyun — Sputnik. "Son onillikdə may ayında havanın orta aylıq temperaturu iqlim normasından 0.5-3.2 dərəcəyədək yüksək olub. Bu ilin may ayında Bakıda havanın orta aylıq temperaturu 21,2 dərəcəyə yaxın, yəni normadan 3,2 dərəcə yüksək olub".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

İyun ayının rekord göstəriciləri

Onun sözlərinə görə, Bakıda ən yüksək temperatur 2007-ci ilin mayın 29-da 35,5 dərəcə qeydə alınıb: "2021-ci ilin may ayında Mərkəzi-Aran rayonlarında havanın temperaturu 32-37, dağlarda 22-26, Naxçıvan MR-da 32-37, Bakıda 34,1 dərəcə isti olub. Ay ərzində düşən yağıntının miqdarı ölkə üzrə qeyri-bərabər paylanaraq bəzi rayonlarda aylıq normadan bir qədər çox olub. Məsələn, Tərtərdə aylıq normanın 183, Qəbələdə 144, Cəfərxanda 133, Balakəndə və Hacıqabulda 123, Bakıda və Abşeron yarımadasında 119, Şəkidə 118, Gəncədə 108, Kiçik Qafqazda 76, Lənkəran-Astara zonasında 53-93 faizini təşkil edib".

Xidmət rəsmisi bildirib ki, yayın birinci ayı olan iyun ayı ilin ən uzun günləri ilə fərqlənir: "İyun ayı ərzində temperaturun tədricən yüksəlməsi müşahidə olunur. Son 30 illik məlumatların təhlili göstərir ki, birinci ongünlüyün ikinci yarısında temperatur qeyri-bərabər paylansa da, ayın 10-dan sonra mütləq maksimum temperatur xeyli artır. Ən isti iyun ayı 1998 və 2010-cu illərdə olub. Ən isti hava isə 2020-cı ilin iyunun 3-də Bakıda qeydə alınıb. Həmin gün havanın temperaturu 40,4 dərəcə təşkil edib. İyun ayında ən sərin hava isə 1996-cı ilin iyunun 2-də Bakıda qeydə alınıb. Həmin gün havanın temperaturu 8,1 dərəcə olub".

U.Tağıyeva bildirib ki, bu il iyun ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir: "Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur. Birinci ongünlüyün ilk günlərində ölkə ərazisində hava şəraitinin nisbətən sabit keçəcəyi, lakin bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək".

13
Lənkəranda qətl yerində post-patrul xidmətinin avtomobili

Lənkəranda iki nəfərin qətlinin təfərrüatı

1038
(Yenilənib 15:55 24.06.2021)
Lənkəranda axşam saatlarında qohumlar hələlik bilinməyən səbəblərdən bir-birilərini qanlarına qəltan ediblər.

BAKI, 23 iyun - Sputnik. Lənkəranda qohumlar arasında qətl hadisəsi baş verib.

Sputnik Azərbaycan-ın bölgə müxbrinin məlumatına əsasən, hadisə Havzava kəndində olub. 

Gecə saatlarında Lənkəran rayonunun Havzava kəndi ərazisində kənd sakini, 1982-ci il təvəlüddlü Seymur Şiriyev 2 nəfəri: əmisi oğlu, 1987-ci il təvəllüdlü Elmar Şiriyevi və bibisi nəvəsi, 1992-ci il təvəllüdü Alim Mirzəyevi ov tüfəngi ilə qətlə yetirib. Mərhumların qohumlarının fikrincə, qatıl lüləsi kəsilmiş tüfənglə cinayəti törədib. Hazırda polis qətli törədən S.Şiriyevin axtarışlarını davam etdirir. 

Qətlə yetirilənlərin meyitləri müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırmalar aparılır.

"Evdə idim, bir də gördüm, camaat qışqırır, pencərədən çıxıb soruşdum ki, “Bala, nə olub?” Kimdən nə baş verdiyini soruşdumsa da heç kim bir şey demədi", - qətlə yetirilən Alim Mirzəyevin qaynatası Məmmədrza Hacırza oğlu Məmmədov Sputnik Azərbaycan-ın bölgə müxbirinə kürəkəni və yaxın qohumunun qətlə yetirilməsi haqqında danışarkən deyib.

“Elmarın atası da gəlib nə baş verdiyini soruşdu, “Bilmirəm” dedim.  Sonra mənə Alimin meşədə vurulduğunu dedilər.  “Sən nə danışırsan? Onu meşədə kim vura bilər? Alimin 2 metr boyu var, onun qolunun uzunluğu elə 1 metrdən çoxdur. Ona kim yaxın gələ bilər?” - deyə fəryad etdim. Dedilər, vurublar, ancaq salamatdır. Elə bu dəmdə Sərdar kişi oğlunun gəlini ilə bir yerdə malların dalıyca bağa getdiyini dedi. Amma bizim evin yanından kimsə keçib, bağa tərəf getməmişdi. Sonra isə başqa biriləri dedilər ki, Alim salamatdır, Elmarı tüfənglə Sərdarın qardaşı oğlu, elə mənim də qohumum olan Seymur vurub. Tez aşağıya düşdüm, Sərdara yaxınlaşıb vəziyyəti soruşdum. Mənə Alimin vurulduğunu dedi, mən isə “Mənə isə dedilər, Elmarı vurublar” söylədim. Mən tez Təcili Tibbi Yardım Stansiyasına zəng vurdum ki, gəlsinlər və iki nəfərin öldürüldüyünü polislərə xəbər etsinlər. 

Biz qaça bilmədik, amma kəndin cavanları meşəyə qaçdılar. Bunların ikisi də meşədə vurub. Gəlib evdən tüfəngi götürüb sonra dirəyib Alimə, onu meşəyə aparıb. Bu rəhmətlik də qəti səsini çıxarmayıb. Mənim qızımın baldızı onları görüb, amma nə olduğunu anlamayıb. Uşağın ağlına gəlməyib ki, bunların biri-biriləri ilə araları yoxdur və onlar bir yerdə haraya gedirlər? Həmin Seymurun ailəsi qonşuluqda heç kimlə yola getmir. Alimin bir xəstə uşağı da var”.

Mərhum Elmarın atası Sərdar Şiriyev bir uşağın gəlib ona oğlunun vəziyyətnin pis olduğunu dediyini bildirdi: “Elmarın meyitini gətirmək üçün gəlib evdən nərdivan apardılar, amma onun öldüyünü mənə demədilər. Soruşdum, nə olub? Dedilər, Sərrafın oğlu Elmarı vurub, səbəb? Səbəbi bilinmir nədir. Gedib meşəyə odun doğrayan yerdə Elmarı vurub.  O, həm mənim qonşum, həm də qardaşım oğludur. Heç əmioğlu da əmioğlunu vurar? Elmarın 3 uşağı, Alimin isə bir körpə balası atasız qaldı".

Eləcə də oxuyun:

  • Ağdaşda hər kəs şokdadır: Kənd sakini qardaşını qətlə yetirib, həmkəndlisini isə yaralayıb

  • Məhkəmə iclasından sonra qan düşdü: bir qadın da belə öldürüldü

  • Adil Suleymanov: “Qardaşıma bəraət verilərsə, Avropa məhkəməsinə müraciət etmərik”

1038
Bakubus avtobusu, arxiv şəkli

"BakuBus"ın avtobusu qəzaya düşdü - FOTO

212
(Yenilənib 15:58 24.06.2021)
Hadisə zamanı ölən olmasa da, bir neçə nəfər xəsarət alıb. Qəza Neftçilər prospektində "Dəniz Mall"ın yanında baş verib.

BAKI, 24 iyun — Sputnik. Bakıda sərnişin avtobusu qəzaya uğrayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, qəza Əl Oyunları İdman Sarayının qarşısında baş verib. Əldə etdiyimiz məlumata görə, hadisə zamanı iki avtobus toqquşub. 5 saylı avtobus yararsız vəziyyətə düşüb.

Hadisə zamanı ölən olmasa da, bir neçə nəfər xəsarət alıb. Qəza Neftçilər prospektində "Dəniz Mall"ın yanında baş verib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Sputnik Azərbaycan-a verilən məlumata görə, bu gün saat 13:30 radələrində M.Useynov prospektində 5 və 125 nömrəli müntəzəm marşrut xətti üzrə iki sərnişin avtobusunun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.
Hadisə Bakı Nəqliyyat Agentliyi tərəfindən dərhal nəzarətə götürülüb və hazırda müvafiq araşdırma aparılır. Hər iki marşrut xətti üzrə daşıyıcı şirkət "BakuBus" MMC-dən izahat tələb olunub.
Xoşbəxtlikdən, qəza nəticəsində ölüm halı qeydə alınmayıb. Sərnişinlərdən 7 nəfər xəsarət alıb ki, onlara da ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Qeyd edək ki, iyunun 17-də daha bir Bakubus-a aid 3 nömrəli xətt üzrə dövlət qeydiyyat nişanı 99 JU 864 olan avtobusun iştirakı İnşaatçılar prospektində yol nəqliyyat hadisəsi baş vermişdi. Hadisə zamanı xəsarət alan və ölüm halı qeydə alınmamışdı.

Eləcə də oxuyun:

  • Yeni çəkilmiş bu yolda qəzaları dəqiqələr ayırır

  •  "Mercedes" markalı yük avtomobili bir bölgənin qaz xəttini sıradan çıxardı

212
Bakıda avtobus, arxiv şəkli

Bakıətrafı marşrutlar üzrə avtobuslar nağdsız ödənişə keçir

0
(Yenilənib 16:05 24.06.2021)
Marşrut xətlərinin də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiyası davam edir. Sabahdan daha bir avtobusda gediş haqqı kartla ödəniləcək.

BAKI, 24 iyun — Sputnik. Sabahdan Bakıda 108B nömrəli marşrut xətti ("Azadlıq prospekti" metrostansiyası – Mehdiabad qəsəbəsi) üzrə hərəkət edən avtobuslarda da gediş haqqı "BakıKart" vasitəsilə ödəniləcək. Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Xəbərdə bildirilir ki, iş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.

Xatırladaq ki, dünəndən 204 nömrəli marşrut xətti üzrə ("Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzindən Bakının Sabunçu rayonunun Ramana qəsəbəsinin "Sovxoz" adlanan ərazisinə qədər) hərəkət edən avtobuslarda gediş haqqı "BakıKart" vasitəsilə ödənilməsinə başlanılıb. Məlumat üçün bildirək ki, indiyədək paytaxtın marşrut şəbəkəsində istismarda olan avtobusların 58%-i nağdsız ödəniş sisteminə inteqrasiya edilib. Hazırda gündəlik olaraq 780 min nəfərə yaxın sərnişin (ümumi sərnişinlərin 42%) nağdsız ödəmə sisteminin xidmətlərindən istifadə edir.

0