İnsanların kölgəsi, arxiv şəkli

Gəlinini amansızlıqla öldürüb zibilliyə atan şəxsin istintaqı yekunlaşır

11
(Yenilənib 11:31 01.06.2021)
İstintaqla İdris Məhərrəmovun onunla eyni ünvanda yaşayan gəlini Banı Məhərrəmovanı küt alətlə baş nahiyəsindən vurmaqla, daha sonra kəsici-deşici alətlə bədəninin müxtəlif nahiyələrindən xəsarətlər yetirməklə xüsusi amansızlıqla qəsdən öldürməsinə,

BAKI, 1 iyun — Sputnik. 2021-ci il yanvarın 27-də Nəsimi rayonu 4-cü mikrorayon ərazisində yerləşən məişət tullantılarının atılması üçün nəzərdə tutulmuş zibil qutularında doğranmış vəziyyətdə naməlum qadın meyitinin hissələrinin aşkar edilməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun rəhbərliyinin göstərişinə əsasən Baş Prokurorluğun İstintaq idarəsində tapşırılıb.

Sputnik Azərbaycan xəbər verir ki, istintaqla İdris Məhərrəmovun onunla eyni ünvanda yaşayan gəlini Banı Məhərrəmovanı küt alətlə baş nahiyəsindən vurmaqla, daha sonra kəsici-deşici alətlə bədəninin müxtəlif nahiyələrindən xəsarətlər yetirməklə xüsusi amansızlıqla qəsdən öldürməsinə, daha sonra meyiti hissələrə ayırmaqla meyit üzərində təhqiredici hərəkətlər etməsinə əsaslı şübhələr müəyyən edilib.

İdris Məhərrəmov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 245-ci (meyit üzərində təhqiredici hərəkətlər etmə) maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

11
 Təcili yardım avtomobili, arxiv şəkli

İki azyaşlını elektrik cərəyanı vurdu - Ölən var

40
(Yenilənib 16:55 14.06.2021)
On iki yaşlı Polad Fərhad oğlu Poladov və on üç yaşlı Uğur Xəyyam oğlu Bayramov kəndin kənarında yerləşən yüksək gərginlikli xəttin üzərindəki açarın qutusuna əlləri ilə toxunublar.

BAKI, 14 iyun — Sputnik. İyunun 13-də Quba rayonunda 2 azyaşlını elektrik cərəyanı vurması nəticəsində birinin ölməsi, digərinin isə xəsarət alması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. 

Quba rayon prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

İlkin araşdırmalarla müəyyən edilib ki, elektrik xəttinin naqilinə toxunmaları nəticəsində 2008-ci il təvəllüdlü Polad Fərhadov aldığı xəsarətlərdən ölüb, həmyaşıdı Uğur Bayramov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə təqsirli şəxsin (şəxslərin) müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

Xatırladaq ki, qəsəbə sakinləri, 12 yaşlı Polad Fərhad oğlu Poladov və 13 yaşlı Uğur Xəyyam oğlu Bayramov kəndin kənarında yerləşən yüksək gərginlikli xəttin üzərindəki açarın qutusuna əlləri ilə toxunublar. Polad Fərhadov dünyasını dəyişib, digərinin isə vəziyyətinin stabil olduğu deyilir.

Qeyd edək ki, daha öncəki illərdə də bənzər hadisələr baş verib. 2019-cu ildə Tərtər rayonunda 2 yaşlı uşağı elektrik cərəyanı vurmuşdu. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmamışdı.

40

Paytaxtda sərxoş sürücü 4 nəfərin ölümünə səbəb olub

1634
Sərxoş vəziyyətdə avtomobilini idarə edən Elşad Kərbalayev qəza törətdikdən sonra hadisə yerindən qaçmaq istəyib.

BAKI, 14 iyun - Sputnik. Novxanı-Sumqayıt yolunda “Range-Rover” qəza törədib.

APA xəbər verir ki, “Spring” otelin qarşısında Kərbalayev Elşad Məhərrəm oğlu idarə etdiyi 10-CO-002 dövlət nömrə nişanlı “Range-Rover” markalı nəqliyyat vasitəsilə piyadanı vuraraq öldürüb. Hadisə yerindən qaçmağa çalışan sürücü daha sonra “Damas” markalı nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin gücündən “Damas”da olan 3 nəfər ölüb.

Sürücü Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, sərxoşdur.

Qeyd edək ki, E.Kərbalayev “Qurtuluş-93” MMC-nin rəhbəri Məhərrəm Novruzovun kürəkənidir.

1634
Kinoteatrda tamaşaçı, arxiv şəkli

Avropa filmləri festivalı fərqli formatda başlayıb

0
(Yenilənib 23:27 14.06.2021)
Festivala çıxarılan filmlərin əksəriyyəti Kann (Oleg", "Fire Will Come", "The Fight"), Toronto, San Sebastian ("Listening"), "Sundance 2020", Sarayevo 2020 ("Acasa, My Home"), Edinburq ("Aurora") beynəlxalq festivallarının qalibidir.

BAKI, 14 iyun — Sputnik. Avropa İttifaqının Azərbaycandakı nümayəndə heyətinin Aİ üzv ölkələri səfirliklərilə birgə təşkil etdiyi Avropa filmlərinin ilk onlayn festivalı iyunun 14-dən 29-dək keçiriləcək.

Sputnik Azərbaycan xəbər verir ki, tədbir çərçivəsində Aİ üzvü 13 ölkənin istehsalı olan 10 film nümayiş etdiriləcək. Bunlar Almaniya, Belçika, Çex Respublikası, Finlandiya, Fransa, İspaniya, Latviya, Litva, Lüksemburq, Macarıstan, Polşa, Rumıniya, Yunanıstandır. Filmlərin çoxu bir neçə ölkənin birgə istehsalıdır.

Festivalın açılış mərasimi onlayn formatda keçirilərək Aİ-nin Azərbaycandakı səfiri Kestutis Yankauskasın nitqilə başlayıb. 2010-cu ildən bu yana hər il keçirdikləri festival çərçivəsində Azərbaycanda artıq 148 film nümayiş etdirildiyini deyən diplomat daha sonra bildirib:

"Bu il festivalımızın ilk dəfə onlayn formatda keçirilməsi Avropa filmlərini həm Bakıda, həm də bütün ölkə boyu azərbaycanlı tamaşaçılara daha da yaxınlaşdıracaq. Film hekayə nəql etmək, hissləri çatdırmaq, fikirlər doğurmaq iqtidarındadır. Biz də bu festival vasitəsilə Avropa mədəniyyətini daha yaxşı tanıtdırmaq, Azərbaycan və Avropa İttifaqı xalqları arasında mədəni anlaşmaya təkan vermək ümidindəyik".

Qeyd edək ki, festivala çıxarılan filmlərin əksəriyyəti Kann (Oleg", "Fire Will Come", "The Fight"), Toronto, San Sebastian ("Listening"), "Sundance 2020", Sarayevo 2020 ("Acasa, My Home"), Edinburq ("Aurora") beynəlxalq festivallarının qalibidir.

0