CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Lənkəranda qəza olub, ölən var - FOTO

© Sputnik / Rahim MuradovLənkəranda yol-nəqliyyat hadisəsi
Lənkəranda yol-nəqliyyat hadisəsi - Sputnik Azərbaycan, 1920, 28.05.2021
Abunə olmaq
Lənkəranda "Subaru-Outback" markalı minik avtomobili yol kənarında dayanan "Mercedes" markalı minik avtomobilinə çırpılıb.

BAKI, 28 may — Sputnik, Rahim Muradov. Lənkəranda günorta saatlarında ölümlə nəticələnən avtomobil qəzası baş verib.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi xəbərə əsasən, qəza Ələt-Astara magistral yolunun Lənkəran rayonu, Şirinsu kəndi ərazisindən keçən hissəsində baş verib.

© Sputnik / Rahim Muradov
Lənkəranda yol-nəqliyyat hadisəsi - Sputnik Azərbaycan
1/2
© Sputnik / Rahim Muradov
Lənkəranda yol-nəqliyyat hadisəsi - Sputnik Azərbaycan
2/2
1/2
2/2

Hadisə nəticəsində 1964-cü il təvəllüdlü Surəddin Həmzəyevin idarə etdiyi  99-MC-209 dövlət qeydiyyat nömrə nişanlı "Subaru-Outback" markalı minik avtomobili yol kənarında dayanan "Mercedes" markalı minik avtomobilinə çırpılıb.

Daha sonra "Subaru" yol kənarındakı hasara çırpılaraq aşıb. Nəticədə "Subaru-Outback"in sürücüsü S.Həmzəyev yerindəcə dünyasıni dəyişib. Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib.

Bildirək ki, "Mercedes"in sürücüsü hadisə zamanı avtomobilində olmayib. Qəza hadisəsi ilə bağlı araşdırmalar davam etdirilir.

Eləcə də oxuyun:

Xəbər lenti
0