Zərdabda məktəbdə faciə: uşağı cərəyan öldürdü

18
2006-cı il təvəllüdlü Müzəffərli Selcan Elvin qızını ehtiyatsızlıqdan elektrik cərəyanı vuraraq öldürüb.

BAKI, 22 may - Sputnik. Zərdabda orta məktəb şagirdi bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə rayonun Dəkkəoba kəndində qeydə alınıb. 2006-cı il təvəllüdlü Müzəffərli Selcan Elvin qızını ehtiyatsızlıqdan elektrik cərəyanı vuraraq öldürüb.

Qeyd edək ki, S.Müzəffərli kənd orta məktəbinin 9-cı sinif şagirdi idi.

Eləcə də oxuyun:

* Azərbaycanda 18 yaşlı oğlanı ildırım öldürdü

* Bakıda sərnişin avtobusdan yıxılaraq ağır xəsarət alıb

18
Teqlər:
elektrik cərəyanı, ölüm, şagird, məktəb, Zərdab
Çingiz Rəsulzadə, arxiv şəkli

Azərbaycanlı rejissor bağ evində vəfat edib

946
(Yenilənib 14:57 22.06.2021)
İcraçı direktorun sözlərinə görə, mərhum bağ evlərində tək evində yaşayırmış. Onun hansı səbəbdən vəfat etdiyi hələlik məlum deyil. O, Ç.Rəsulzadənin bu gün Şağan qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn ediləcəyini deyib.

BAKI, 22 iyun — Sputnik. Kinorejissor, dramaturq Çingiz Rəsulzadə vəfat edib. Bu barədə Sputnik Azərbaycan-a "ButaFilm"in icraçı direktoru Vidadi Rüstəmov məlumat verib. İcraçı direktorun sözlərinə görə, mərhum bağ evlərində tək evində yaşayırmış. Onun hansı səbəbdən vəfat etdiyi hələlik məlum deyil.

O, Ç.Rəsulzadənin bu gün Şağan qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn ediləcəyini deyib.

Məlumat üçün bildirək ki, Ç.Rəsulzadə Bakıda anadan olub. Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda (1992), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin qrafik-rəssam ixtisasında, Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq ixtisasında (A.Eşpay, S.Miroşniçenko və V.Fençenkonun kursu) təhsil alıb.

Rusiya istehsalı olan "Həyat haqqında mimlər" (2002) qısametrajlı bədii filminin və "Jestlər.. Barışıq" (2005) sənədli filminin rejissoru və ssenari müəllifi, "İkinci" qısametrajlı bədii filminin ssenari müəllifi, o cümlədən "Kuklalar" (2009) filminin quruluşçu rejissorudur.

946
Bakıda tozlu hava, arxiv şəkli

Havada toz dumanı qədər vaxta qədər davam edəcək? Rəsmi

9
(Yenilənib 13:48 22.06.2021)
Artıq üçüncü gündür ki, havada toz dumanı müşahidə olunur. Bu havanın həftə sonuna qədər davam edəcəyi açıqlanıb.

BAKI, 22 iyun — Sputnik. Bakıda və Abşeron yarımadasında anomal isti, günün bəzi saatlarında durğun hava şəraiti, cənub-şərq istiqamətli küləklərin üstünlük təşkil etməsi ölkə ərazisinə transsərhəd daxil olmuş toz dumanının havada uzun müddət qalmasına səbəb olub. Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, toz dumanının meteoroloji şəraitdən asılı olaraq həftənin sonuna qədər davam edəcəyi proqnozlaşdırılır.

Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən, Bakı şəhərində dispers toz hissəciklərinin konsentrasiyası normadan 1.7, azot 4-oksid isə 3.3 dəfə yüksək qeydə alınıb.

Qeyd edək ki, iyunun 20-i səhər saatlarından başlayaraq, Bakı və Abşeron yarımadasında cənub-şərq istiqamətli hava kütlələri vasitəsilə ölkəmizə daxil olan toz-dumanı müşahidə olunur. Milli Hidrometeorologiya Xidməti belə tozlu havanın iki gün ərzində davam edəcəyinin gözlənildiyini açıqlamışdı.

9

Azərbaycanda toylara icazə verildi: nələri bilməliyik

0
Azərbaycan Nazirlər Kabineti uzunmüddətli qadağalardan sonra, nəhayət, toy mərasimlərinin keçirilməsinə icazə verdi. Ancaq pandemiya şəraitində keçiriləcək toylar əvvəlkilərdən xeyli fərqlənəcək.
İnfoqrafika: Azərbaycanda toyların keçirilməsinə icazə verildi
© Sputnik / Elnur Salayev

Toy – çoxlarının həyatında baş verən ən sevincli və romantik hadisələrdən biridir. Azərbaycanda gənclər artıq bir ildən çoxdur ki, hakimiyyət qurumlarının onlara toy çaldırıb vüsala çatmalarına icazə verəcəkləri günü gözləyirdilər.

Azərbaycan Nazirlər Kabineti uzunmüddətli qadağalardan sonra, nəhayət, toy mərasimlərinin keçirilməsinə icazə verdi. Ancaq pandemiya şəraitində keçiriləcək toylar əvvəlkilərdən xeyli fərqlənəcək. Belə ki, hökumət toyların keçirilməsinə dair tələb və qaydalarla bağlı bütöv bir siyahı açıqlayıb.

Sputnik Azərbaycan özünə toy çaldırmaq və ya bu mərasimdə iştirak etmək istəyənlər üçün ən vacib məqamları xüsusi infoqrafikada toplayıb. Toyun bütün təşkilatçıları, istər ailələr, istər ivent-şirkətlər, istərsə də şadlıq evləri olsun, əsas məsələni yaddan çıxartmamalıdırlar: personal, qonaqlar və bəylə gəlinin sağlamlığının mühafizəsi hər şeydən vacibdir. Əks halda, qayda pozuntuları hüquqi şəxslərə 5 min manatadək cərimə ilə nəticələnəcək. Əgər restoran və şadlıq evlərinin sahiblərinin bütün xərcləri müştərilərin boynuna qoyduqlarını nəzərə alsaq, cərimə bu və ya digər şəkildə toy sahiblərinə də öz təsirini göstərəcək.

0