Polis əməkdaşı, arxiv şəkli

Polis əməkdaşı qısqanclıq zəminində atəş açıb, özü isə...

21
(Yenilənib 15:30 20.05.2021)
Hazırda H.Osmanovun sağlamlıq durumu ağır qiymətləndirilir. Faktla bağlı cinayət işi qaldırılıb, zəruri istintaq və əməliyyat tədbirləri həyata keçirilir.

BAKI, 20 may — Sputnik. Bu gün – mayın 20-də günorta saatlarında Yasamal rayonu ərazisində rayon polis idarəsinin əməkdaşı, 1995-ci il təvəllüdlü Həsən Osmanov qısqanclıq zəminində tabel silahından atəş açaraq, tanışı 1996-cı il təvəllüdlü Fatimə Hüseynovanı qətlə yetirib. Bu barədə Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Məlumata görə, qadını öldürə şəxs özü isə intihara cəhd edib.

Hazırda H.Osmanovun sağlamlıq durumu ağır qiymətləndirilir.

Faktla bağlı cinayət işi qaldırılıb, zəruri istintaq və əməliyyat tədbirləri həyata keçirilir.

21
 Təcili yardım avtomobili, arxiv şəkli

İki azyaşlını elektrik cərəyanı vurdu - Ölən var

40
(Yenilənib 16:55 14.06.2021)
On iki yaşlı Polad Fərhad oğlu Poladov və on üç yaşlı Uğur Xəyyam oğlu Bayramov kəndin kənarında yerləşən yüksək gərginlikli xəttin üzərindəki açarın qutusuna əlləri ilə toxunublar.

BAKI, 14 iyun — Sputnik. İyunun 13-də Quba rayonunda 2 azyaşlını elektrik cərəyanı vurması nəticəsində birinin ölməsi, digərinin isə xəsarət alması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. 

Quba rayon prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

İlkin araşdırmalarla müəyyən edilib ki, elektrik xəttinin naqilinə toxunmaları nəticəsində 2008-ci il təvəllüdlü Polad Fərhadov aldığı xəsarətlərdən ölüb, həmyaşıdı Uğur Bayramov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə təqsirli şəxsin (şəxslərin) müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

Xatırladaq ki, qəsəbə sakinləri, 12 yaşlı Polad Fərhad oğlu Poladov və 13 yaşlı Uğur Xəyyam oğlu Bayramov kəndin kənarında yerləşən yüksək gərginlikli xəttin üzərindəki açarın qutusuna əlləri ilə toxunublar. Polad Fərhadov dünyasını dəyişib, digərinin isə vəziyyətinin stabil olduğu deyilir.

Qeyd edək ki, daha öncəki illərdə də bənzər hadisələr baş verib. 2019-cu ildə Tərtər rayonunda 2 yaşlı uşağı elektrik cərəyanı vurmuşdu. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmamışdı.

40

Paytaxtda sərxoş sürücü 4 nəfərin ölümünə səbəb olub

1636
Sərxoş vəziyyətdə avtomobilini idarə edən Elşad Kərbalayev qəza törətdikdən sonra hadisə yerindən qaçmaq istəyib.

BAKI, 14 iyun - Sputnik. Novxanı-Sumqayıt yolunda “Range-Rover” qəza törədib.

APA xəbər verir ki, “Spring” otelin qarşısında Kərbalayev Elşad Məhərrəm oğlu idarə etdiyi 10-CO-002 dövlət nömrə nişanlı “Range-Rover” markalı nəqliyyat vasitəsilə piyadanı vuraraq öldürüb. Hadisə yerindən qaçmağa çalışan sürücü daha sonra “Damas” markalı nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin gücündən “Damas”da olan 3 nəfər ölüb.

Sürücü Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, sərxoşdur.

Qeyd edək ki, E.Kərbalayev “Qurtuluş-93” MMC-nin rəhbəri Məhərrəm Novruzovun kürəkənidir.

1636

Lənkərana böyük futbolun qayıtması

0
(Yenilənib 16:11 14.06.2021)
Lənkəranlı azarkeşlər Sputnik Azərbaycan-ın “Lənkərana böyük futbolun qayıdışı və ya "Xəzər Lənkəran"ın bərpası” ilə bağlı sualını cavablandırıblar. Ətraflı videomuzda

 

Lənkəran hər zaman futbolu ilə tanınan şəhərlərdən olub. Lakin artıq 5 ildir ki, Lənkəranda böyük futbol dayanıb. Öz çılğın azarkeşləri ilə məşhur olan "Xəzər Lənkəran" Mərkəzi Stadionu isə böyük oyunların qayıdışını gözləyir.

Azarkeşlər müsahibələrində bildiriblər ki, əsas məsələ bu gün lənkəranlı gənclərin asudə vaxtının səmərəli təşkili üçün Lənkərana böyük futbolun qayıtmasıdır.

"Xəzər Lənkəran" Futbol Klubunun əsas komandası fəaliyyətini dayandırdıqdan sonra “Fırtınalar Meydanı” və ya “Xəzər Lənkəran" Mərkəzi Stadionu tam 5 ildir ki, azarkeşsiz və böyük oyunlarsız qalıb. Onlar futbolun dirçəlməsini istəyirlər və buna ümid edirlər.

 

0