Çətənə kolları, arxiv şəkli

Cinli kəndində "şeytan əməli": polis müdaxilə elədi

16
Polis əməkdaşları tərəfindən ümumi çəkisi 800 kiloqram olan 1200 ədəd çətənə kolunun kökündən çıxarılaraq, yandırılması təmin edilib.

BAKI, 19 may — Sputnik. Ağdamın işğaldan azad edilmiş Cinli kəndi ərazisində narkotik aşkar edilib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində əməliyyat-axtarış, nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

Keçirilən tədbirlərlə rayonun işğaldan azad edilən Cinli kəndi ərazisində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkarlanıb. Polis əməkdaşları tərəfindən ümumi çəkisi 800 kiloqram olan 1200 ədəd çətənə kolunun kökündən çıxarılaraq, yandırılması təmin edilib.

Eləcə də oxuyun: 

* Şəmkirli bu dəfə parnikdə pomidor yox, qadağan olunmuş bitki əkib

Narkoman ana və Abşeronda səfil vəziyyətdə tapılan dörd körpənin aqibəti

* Sərhəddə hərbçilərimizin qətli ilə bağlı saxlanılan var

16
Teqlər:
çətənə, polis, işğaldan azad edilmiş ərazilər, Ağdam, narkotik
Приморский парк в Баку

Bazar günü 40 dərəcəyədək isti olacaq

8
(Yenilənib 13:00 19.06.2021)
Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 60-70 faiz, gündüz 40-45 faiz olacaq.

BAKI, 19 iyun — Sputnik. Azərbaycanda iyunun 20-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin günəşli keçəcəyi gözlənilir.

Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-25 isti, gündüz 30-35 isti, Bakıda gecə 23-25 isti, gündüz 32-34 dərəcə isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 60-70 faiz, gündüz 40-45 faiz olacaq.

Abşeron çimərliklərində şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23° isti, cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 23-24° isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25 isti, gündüz 35-40 isti, dağlarda gecə 13-18 isti, gündüz 22-27 dərəcə isti olacaq.

8
İki mühərrikli təyyarə, arxiv şəkli

Rusiyada təyyarə sərt eniş edib, ölənlər var

141
(Yenilənib 10:26 19.06.2021)
Kemerovo vilayətində “L-410” tipli təyyarənin sərt eniş etməsi pilotların və daha iki nəfərin ölümü ilə nəticələnib.

BAKI, 19 iyun — Sputnik. Rusiyanın Kemerovo vilayətində “L-410” tipli təyyarə sərt eniş edib.

Hadisə nəticəsində 4 nəfər ölüb, 15 nəfər xəsarət alıb. Ölənlərdən ikisi pilotdur. Yaralılardan 4-nün vəziyyəti ağırdır.

Qəzaya təyyarənin mühərriklərindən birinin sıradan çıxması səbəb olub.

Nəticədə təyyarə eniş edən zaman meşə massivi ilə toqquşub.

Hadisə Promışlennı rayonunun Juravlyovo kəndi ərazisində baş verib.

141
Toyuq əti

Azərbaycana gətirilən 1,2 ton hind quşu dərisi yararsız çıxdı

0
Məhsulda patogen mikroorqanizm olan salmonella aşkar edilib. Aşkar olunmuş faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq qərar qəbul edilib və istehlak üçün yararsız 1.2 ton hind quşu dərisi məhsulunun satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb.

BAKI, 19 iyun — Sputnik. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) həyata keçirdiyi nəzarət tədbirləri zamanı Türkiyədə fəaliyyət göstərən "Briterra Gida İç Ve Dış Ticaret Anonim Şirketi" tərəfindən istehsal olunan və "Ladess Group" MMC tərəfindən ölkəmizə idxal edilən hind quşu dərisi məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirib.

AQTA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Müayinələr nəticəsində məhsul partiyasında patogen mikroorqanizm olan salmonella aşkar edilib. Aşkar olunmuş faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq qərar qəbul edilib və istehlak üçün yararsız 1,2 ton hind quşu dərisi məhsulunun satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq tədbirlər görüləcək.

0