Bakıda təcili yardım avtomobili

Xuliqan qadının gözü qarşısında övladını öldürdü - Azərbaycanda

34
Cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

BAKI, 17 may — Sputnik. 2 iyul 2020-ci il tarixdə Tərtər rayon sakini Lamiyə Əliyevanın öldürülməsinə cəhd edilməsi, azyaşlı oğlu Ömər Ağazadənin öldürülməsi faktları üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb. Tərtər rayon prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumata görə, istintaqla müəyyən edilib ki, rayon sakini Elmir Hüseynov heç bir səbəb olmadan, xuliqanlıq niyyəti ilə əvvəlcədən tanımadığı Lamiyə Əliyevaya küt alətlə xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd edib, sonra isə onun gözləri qarşısında azyaşlı oğlu Ömər Ağazadəyə xəsarətlər yetirərək qəsdən öldürüb.

Elmir Hüseynov Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürmə) 120.2.4 (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) 29, 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) və digər maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Eləcə də oxuyun:

* İki bacıdan mənfur əməl: tanınmamaq üçün hicab taxdılar - FOTO

* Sərhəddə hərbçilərimizin qətli ilə bağlı saxlanılan var

* Şirvanda adam oğurlayan şəxslər saxlanılıb

 

34
Teqlər:
qətl, xuliqan, qadın, azyaşlı, ölüm, cinayət işi, Gəncə, Tərtər
Çaykənd kəndində duman, arxiv şəkli

Dağlarda duman, yağış - Sabahın havası

4
(Yenilənib 14:28 20.09.2021)
Havanın temperaturu gecə 16-21, gündüz isə 28-33, dağlarda gecə 9-14, gündüz isə 17-22 dərəcə olacaq.

BAKI, 20 sentyabr — Sputnik. Sentyabrın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-22, gündüz 26-29, Bakıda gecə 20-22, gündüz 26-28 dərəcə olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70%, gündüz 40-45% olacaq.

Azərbaycanın rayonlarında isə havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir qısamüddətli yağış yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21, gündüz 28-33, dağlarda gecə 9-14, gündüz 17-22 dərəcə olacaq.

Həmçinin oxuyun:

Qarşıdakı həftənin ilk gününün hava proqnozu

Hava kütlələri idarə olunur - azərbaycanlı ekoloq

4

Türkiyədə azərbaycanlı qadın qətlə yetirildi

12
Axtarışlar zamanı məlum olub ki, qətli törədən Duran Yaşar Kayseriyə gedib və orada özünü qatarın altına ataraq intihar edib.

BAKI, 19 sentyabr — Sputnik. Türkiyədə azərbaycanlı qadın qətlə yetirilib. Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Nevşehirdə baş verib. Belə ki, azərbaycanlı qadın Tərhanə Yaman evinə getdiyi tanışı tərəfindən öldürülüb. İki uşaq anası olan 53 yaşlı T.Yaman Avanos bölgəsində yaşayan Duran Aşar adlı tanışının evinə gedib. Tərəflər arasında bilinməyən səbəbdən baş vermiş mübahisə qanla bitib.

Ev sahibi Duran Aşar ov tüfəngi ilə qadına atəş açıb və öldürüb. O, daha sonra evi tərk edib.

Yamandan xəbər ala bilməyən yaxınları Duran Aşarın evinə yollanıb və qapısı açıq evdə Tərhanənin meyiti ilə qarşılaşıblar. Hadisə yerinə polis çağırılıb.

Axtarışlar zamanı məlum olub ki, qətli törədən Duran Yaşar Kayseriyə gedib və orada özünü qatarın altına ataraq intihar edib. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

12
Teqlər:
qətl, Türkiyə, qadın

Ərdoğan Rusiyaya səfər edəcək

0
(Yenilənib 15:19 20.09.2021)
Peskov bildirib ki, doğrudan da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya Federasiyasına işgüzar səfəri hazırlanır.

BAKI, 20 sentyabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya paytaxtı Moskvaya işgüzar səfər edəcək. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, həmçinin bildirib ki, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan ikitərəfli münasibətləri və Suriya problemini müzakirə edəcəklər: "Doğrudan da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya Federasiyasına işgüzar səfəri hazırlanır. Gündəlik – çox genişdir, ikitərəfli münasibətlərdən başlayır", - deyə Peskov qeyd edib.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2020-ci ilin martın 6-da Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Təxminən 6 saat davam edən görüşün sonunda tərəflər 2018-ci il Soçi Razılaşmasına 3 maddəlik əlavə protokol mətnini ictimaiyyətə açıqlayıb və gözlənilən atəşkəsi də elan ediblər.

Hərbi əməliyyatların getdiyi vaxt rəsmi Ankara tələb edirdi ki, Əsəd qüvvələri 2018-ci ilin sentyabrında imzalanmış Soçi anlaşmasındakı sərhədlərə geri çəkilsin. Ərdoğan AKP-li millət vəkilləri ilə görüşündə deyib ki, Əsədə bağlı qüvvələr Soçi anlaşmasından sonrakı il yarım ərzində ələ keçirdiyi əraziləri tərk etməsə, Türkiyə bu işi özü yerinə yetirəcək. Bu, birbaşa ultimatum hesab olunurdu.

0