Təcili yardım avtomobili, arxiv şəkli

Bakıda restoranda partlayış olub, dörd nəfər xəsarət alıb

18
(Yenilənib 10:01 18.05.2021)
Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.

Bakı şəhərinin Səbail rayonunda restorana aid həyətyanı ərazidə hər birinin tutumu 40 litr olan 3 ədəd məişət qaz balonundan biri partlayıb, digər iki balonun başlıq hissəsi, həmçinin taxta tullantıları 30 m² sahədə yanıb.

Sputnik Azərbaycan-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində dördnəfər (restoran işçisi) yanıq xəsarətləri alıb. Xəsarət alanlar yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunaraq təcili tibbi yardım briqadasına təhvil veriliblər.

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

18
Şəkidə yağış fəsad törətd

Yağış yüz yaşı olan ziyarətgahı dağıtdı

1187
(Yenilənib 21:25 28.07.2021)
Şəkidə sakinlərin ziyarətgah kimi qəbul etdiyi irigövdəli ağac yağış səbəbindən aşaraq xeyli ziyan vurub.

 

BAKI, 28 iyul — Sputnik. Aramsız yağışlar Şəkidə fəsadlara yol açıb. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, şəhərin “Dağ Dibi” məhəlləsində, Koroğlu 24 ünvanında, Rəşad Cəfərova məxsus fərdi yaşayış evinin həyətində olan irigövdəli ağac aşıb. Yarımçıq tikilinin üzərinə aşan ağac onu uçurub. Həmçinin, həyətlərarası və yol kənarındakı divarlar dağılıb.

Sakinlərin sözlərinə görə, gövdəsinin diametri bir, çətirinin diametri isə 10 metrdən böyük olan bu ağacın yüzdən artıq yaşı var. Yerli əhali bu ağacı ziyarətgah kimi qəbul edərək ona dualarının qəbul olması niyyəti ilə müxtəlif parçalar da bağlayırmış.

  • Şəkidə yağış fəsad törətd
    © Sputnik / Ibrahim Hashimov
  • Şəkidə yağış fəsad törətd
    © Sputnik / Ibrahim Hashimov
  • Şəkidə yağış fəsad törətd
    © Sputnik / Ibrahim Hashimov
1 / 3
© Sputnik / Ibrahim Hashimov
Şəkidə yağış fəsad törətd

Sakinlər bildiriblər ki, hər gün bu ağacın kölgəsində bir neçə avtomobil olurdu. Bu gün hava yağışlı olduğundan heç kəs ağacın altında maşın saxlamayıb. Xoşbəxtlikdən, hadisə zamanı xəsarət alan da olmayıb.

Eləcə də oxuyun:

1187
Teqlər:
tikili, yol, ziyarətgah, ağac, fəsad, Şəki, yağış

Fasadlarda "sürprizlər", uçan dam şüşəsiz qalan restoran: küləkli Bakıdan görüntülər

797
(Yenilənib 19:56 28.07.2021)
Bakıda güclü külək bir sıra fəsadlara yol açıb: bir evin damı uçaraq adamı əzib, evlərin fasadlarından üzlüklər, kondisiner və dəmir lövhə sallanıb.

BAKI, 28 iyul - Sputnik. İyulun 28-i gecədən başlayaraq Bakı şəhərində güclü küləyin əsməsi bir sıra fəsadlara yol açıb. Sputnik Azərbaycan bildirir ki, bununla əlaqədar paytaxtda insan həyatı və sağlamlığı üçün yaranmış təhlükəli hallarla bağlı Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumatlar əsasında Nazirliyin müvafiq qəza-xilasetmə qüvvələri tərəfindən zəruri təhlükəsizlik tədbirləri görülüb.

Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Nadir Quliyev küçəsində fərdi yaşayış evinin dam örtüyünün uçması nəticəsində dağıntılar altında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə daxil olmuş məlumat əsasında FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) xilasedici qrupu dərhal hadisə yerinə cəlb olunub və zərərçəkmişi xilas edərək aidiyyəti üzrə təhvil veriblər.

Paytaxtın Binəqədi rayonu, Xutor qəsəbəsində yerləşən şadlıq sarayının fasad şüşələrinin bir hissəsinin sınması, Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən doqquzmərtəbəli binanın daş üzlüklərinin asılı vəziyyətdə qalması nəticəsində vətəndaşlar üçün yaranmış təhlükəli vəziyyətlərlə əlaqədar həmin ünvanlara cəlb olunmuş FHN XRXX-nın xilasediciləri tərəfindən müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Bundan başqa, Yasamal rayonu, Əlibəy Hüseynzadə küçəsində yerləşən iyirmimərtəbəli yaşayış binasının 8-ci mərtəbəsinin fasad hissəsində kondisionerin asılı vəziyyətdə qalaraq vətəndaşlar üçün təhlükəli vəziyyət yaratması barədə daxil olmuş məlumat əsasında XRXX-nın müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub, xüsusi alət və avadanlıqlar vasitəsilə kondisioner götürülərək sakinlərin təhlükəsizliyi təmin edilib.

Həmçinin, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən beşmərtəbəli binada dəmir lövhənin asılı vəziyyətdə qalaraq vətəndaşlar üçün yaratdığı təhlükəli vəziyyətlə əlaqədar hadisə yerinə cəlb olunmuş XRXX-nın xilasetmə qüvvələri müvafiq tədbirlər görərək, təhlükəni aradan qaldırıblar.

Eləcə də oxuyun:

797
Teqlər:
xilasetmə, fəsad, külək, video, FHN
Şəhriyar Məmmədyarov

Şəhriyar Məmmədyarov Levon Aronyan yenidən eyni turnirdə oynayacaqlar

0
Yüz min ABŞ dolları mükafat fondu olan “Chessable Masters” turniri iyulun 31-də start götürəcək.

BAKI, 29 iyul — Sputnik. Azərbaycanın aparıcı şahmatçısı planetin ən gənc qrossmeysterinin də yarışacağı, mükafat fondu yüz min dollar olan onlayn turnirdə iştirak edəcək.

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov yenidən Ermənistan şahmatçısı Levon Aronyanla bir lövhə arxasına əyləşəcək. Sputnik Azərbaycan xəbər verir ki, adı çəkilən şahmatçılar hazırkı dünya çempionu Maqnus Karlsenin təşəbbüsü ilə təşkil olunmuş "Champions Chess Tour"-un növbəti turniri çərçivəsində qarşılaşacaqlar.

Yüz min dollar mükafat fondu olan “Chessable Masters” turniri iyulun 31-də başlayacaq.

Son dəfə Azərbaycan və Ermənistanlı şahmatçılar Zaqrebdə (Xorvatiya) Grand Chess Tour yarışmasında klassik şahmat üzrə əyani turnir çərçivəsində qarşılaşıblar. Həmin turnirdə Məmmədyarov nəinki Aronyanı məbluğ edib, həmçinin turnirin qalibi olub.

“Chessable Masters”-in iştirakçıları

Məmmədyarov və Aronyandan başqa, turnirin digər iştirakçıları arasında Xikaru Nakamura və Uesli So, rusiyalı Vladislava Artyomyeva, tarixin ən gənc qrossmeysteri 12 yaşlı Abximanyu Mişra (ondan əvvəl dünyanın ən gənc qrossmeyster adını rusiyalı Sergey Karyakin daşıyırdı), qadınlar arasında dünya çempionu Yuy Venyun və planetin digər ən güclü şahmatçılarını da qeyd etmək olar. Ümumilikdə turnirdə 16 şahmatçı iştirak edəcək.

Azərbaycan şahmatçıları çempionlar turunda

Çempionlar turunda Şəhriyar Məmmədyarov 21 xalla 11-ci yerdədir. Öz növbəsində “Chessable Masters”-də oynamayan digər azərbaycanlı qrossmeyster Teymur Rəcəbli 133 xal toplayaraq üçüncü yeri qazanıb və seriyanın final turnirinə vəsiqə alıb.

291 xalla dünya çempionu Maqnus Karlsen liderdir, ikinci yeri isə 207 xal toplayan Uesli So tutur.

0