* AZƏRBAYCAN *
Əli qandallanmış kişi polis bölməsində, arxiv şəkli

Yasamalda səbəbsiz yerə adam öldürən barədə qərar verildi

8
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

BAKI, 7 may — Sputnik. 26 noyabr 2020-ci il tarixdə paytaxtın Yasamal rayonu ərazisində Əliyev Əli Calal oğlunun bıçaqlanaraq qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Yasamal rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Baş Prokurorluqdan Sputnik Azərbaycan-a verilən məlumata görə, istintaqla müəyyən edilib ki, qeyd edilən tarixdə Həsənağa Abdullayev dostu Elvin Şəmmədov ilə birlikdə daha əvvəl aralarında baş verən mübahisəni aydınlaşdırmaq məqsədilə Alı Nuriyev və dostları – Əli Əliyev, Elvin Kərimov, Babək Məşədiyev Eltac Rəsulov ilə Yasamal rayonu, 2-ci Alatava ərazisində görüşən zaman Həsənağa Abdullayev cüzi mübahisəni bəhanə edərək heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə bıçaqla Əli Əliyevə xəsarətlər yetirərək qəsdən öldürüb, Elvin Şəmmədov isə hadisə yerindən götürdüyü müxtəlif ölçülü daşlarla münaqişədə iştirak edən şəxslərin üzərinə doğru hücum edərək onlara fiziki zor tətbiq etməklə qərəzli xuliqanlıq hərəkətləri edib.

Həsənağa Abdullayev Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürmə), 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddələri ilə, Elvin Şəmmədov isə CM-nin 221.3-cü maddəsi təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

8
Teqlər:
ölüm, Yasamal, bıçaqlama, cinayət, həbs
Lənkəranda qətl yerində post-patrul xidmətinin avtomobili

Lənkəranda iki nəfərin qətlinin təfərrüatı

1040
(Yenilənib 15:55 24.06.2021)
Lənkəranda axşam saatlarında qohumlar hələlik bilinməyən səbəblərdən bir-birilərini qanlarına qəltan ediblər.

BAKI, 23 iyun - Sputnik. Lənkəranda qohumlar arasında qətl hadisəsi baş verib.

Sputnik Azərbaycan-ın bölgə müxbrinin məlumatına əsasən, hadisə Havzava kəndində olub. 

Gecə saatlarında Lənkəran rayonunun Havzava kəndi ərazisində kənd sakini, 1982-ci il təvəlüddlü Seymur Şiriyev 2 nəfəri: əmisi oğlu, 1987-ci il təvəllüdlü Elmar Şiriyevi və bibisi nəvəsi, 1992-ci il təvəllüdü Alim Mirzəyevi ov tüfəngi ilə qətlə yetirib. Mərhumların qohumlarının fikrincə, qatıl lüləsi kəsilmiş tüfənglə cinayəti törədib. Hazırda polis qətli törədən S.Şiriyevin axtarışlarını davam etdirir. 

Qətlə yetirilənlərin meyitləri müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırmalar aparılır.

"Evdə idim, bir də gördüm, camaat qışqırır, pencərədən çıxıb soruşdum ki, “Bala, nə olub?” Kimdən nə baş verdiyini soruşdumsa da heç kim bir şey demədi", - qətlə yetirilən Alim Mirzəyevin qaynatası Məmmədrza Hacırza oğlu Məmmədov Sputnik Azərbaycan-ın bölgə müxbirinə kürəkəni və yaxın qohumunun qətlə yetirilməsi haqqında danışarkən deyib.

“Elmarın atası da gəlib nə baş verdiyini soruşdu, “Bilmirəm” dedim.  Sonra mənə Alimin meşədə vurulduğunu dedilər.  “Sən nə danışırsan? Onu meşədə kim vura bilər? Alimin 2 metr boyu var, onun qolunun uzunluğu elə 1 metrdən çoxdur. Ona kim yaxın gələ bilər?” - deyə fəryad etdim. Dedilər, vurublar, ancaq salamatdır. Elə bu dəmdə Sərdar kişi oğlunun gəlini ilə bir yerdə malların dalıyca bağa getdiyini dedi. Amma bizim evin yanından kimsə keçib, bağa tərəf getməmişdi. Sonra isə başqa biriləri dedilər ki, Alim salamatdır, Elmarı tüfənglə Sərdarın qardaşı oğlu, elə mənim də qohumum olan Seymur vurub. Tez aşağıya düşdüm, Sərdara yaxınlaşıb vəziyyəti soruşdum. Mənə Alimin vurulduğunu dedi, mən isə “Mənə isə dedilər, Elmarı vurublar” söylədim. Mən tez Təcili Tibbi Yardım Stansiyasına zəng vurdum ki, gəlsinlər və iki nəfərin öldürüldüyünü polislərə xəbər etsinlər. 

Biz qaça bilmədik, amma kəndin cavanları meşəyə qaçdılar. Bunların ikisi də meşədə vurub. Gəlib evdən tüfəngi götürüb sonra dirəyib Alimə, onu meşəyə aparıb. Bu rəhmətlik də qəti səsini çıxarmayıb. Mənim qızımın baldızı onları görüb, amma nə olduğunu anlamayıb. Uşağın ağlına gəlməyib ki, bunların biri-biriləri ilə araları yoxdur və onlar bir yerdə haraya gedirlər? Həmin Seymurun ailəsi qonşuluqda heç kimlə yola getmir. Alimin bir xəstə uşağı da var”.

Mərhum Elmarın atası Sərdar Şiriyev bir uşağın gəlib ona oğlunun vəziyyətnin pis olduğunu dediyini bildirdi: “Elmarın meyitini gətirmək üçün gəlib evdən nərdivan apardılar, amma onun öldüyünü mənə demədilər. Soruşdum, nə olub? Dedilər, Sərrafın oğlu Elmarı vurub, səbəb? Səbəbi bilinmir nədir. Gedib meşəyə odun doğrayan yerdə Elmarı vurub.  O, həm mənim qonşum, həm də qardaşım oğludur. Heç əmioğlu da əmioğlunu vurar? Elmarın 3 uşağı, Alimin isə bir körpə balası atasız qaldı".

Eləcə də oxuyun:

  • Ağdaşda hər kəs şokdadır: Kənd sakini qardaşını qətlə yetirib, həmkəndlisini isə yaralayıb

  • Məhkəmə iclasından sonra qan düşdü: bir qadın da belə öldürüldü

  • Adil Suleymanov: “Qardaşıma bəraət verilərsə, Avropa məhkəməsinə müraciət etmərik”

1040
Bakubus avtobusu, arxiv şəkli

"BakuBus"ın avtobusu qəzaya düşdü - FOTO

344
(Yenilənib 15:58 24.06.2021)
Hadisə zamanı ölən olmasa da, bir neçə nəfər xəsarət alıb. Qəza Neftçilər prospektində "Dəniz Mall"ın yanında baş verib.

BAKI, 24 iyun — Sputnik. Bakıda sərnişin avtobusu qəzaya uğrayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, qəza Əl Oyunları İdman Sarayının qarşısında baş verib. Əldə etdiyimiz məlumata görə, hadisə zamanı iki avtobus toqquşub. 5 saylı avtobus yararsız vəziyyətə düşüb.

Hadisə zamanı ölən olmasa da, bir neçə nəfər xəsarət alıb. Qəza Neftçilər prospektində "Dəniz Mall"ın yanında baş verib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Sputnik Azərbaycan-a verilən məlumata görə, bu gün saat 13:30 radələrində M.Useynov prospektində 5 və 125 nömrəli müntəzəm marşrut xətti üzrə iki sərnişin avtobusunun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.
Hadisə Bakı Nəqliyyat Agentliyi tərəfindən dərhal nəzarətə götürülüb və hazırda müvafiq araşdırma aparılır. Hər iki marşrut xətti üzrə daşıyıcı şirkət "BakuBus" MMC-dən izahat tələb olunub.
Xoşbəxtlikdən, qəza nəticəsində ölüm halı qeydə alınmayıb. Sərnişinlərdən 7 nəfər xəsarət alıb ki, onlara da ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Qeyd edək ki, iyunun 17-də daha bir Bakubus-a aid 3 nömrəli xətt üzrə dövlət qeydiyyat nişanı 99 JU 864 olan avtobusun iştirakı İnşaatçılar prospektində yol nəqliyyat hadisəsi baş vermişdi. Hadisə zamanı xəsarət alan və ölüm halı qeydə alınmamışdı.

Eləcə də oxuyun:

  • Yeni çəkilmiş bu yolda qəzaları dəqiqələr ayırır

  •  "Mercedes" markalı yük avtomobili bir bölgənin qaz xəttini sıradan çıxardı

344
Azərbaycanın T-55 tankları Ağdamda

Ağdamı azad edən igidlərimizə medal verilir - SİYAHI

6523
Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş hərbçilərimiz xüsusi medalla təltif olunurlar

BAKI, 24 iyun - Sputnik. Azərbaycan Respublikasının Ağdam rayonunun işğaldan azad edilməsi
uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif ediliblər.

Bu barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Təltif olunmuş hərbçilərimizin siyahısı ilə buradan tanış olmaq mümkündür.

---------------

29.12.2021

16:11

Azərbaycan Respublikasının Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir sıra hərbi qulluqçuları “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edilirlər.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Təltif olunmuş hərbçilərimizin siyahısı ilə bu linkdən tanış ola bilərsiniz.

6523
Teqlər:
Sərəncam, Prezident İlham Əliyev, Azərbaycan Ordusu, medal, döyüş, Qarabağ, Ağdam