Gəncədə yağışın fəsadları

Güclü yağış Gəncənin qəsəbələrini "Venesiya"ya çevirir - FOTOLAR

1893
Gecədən aramsız yağan yağış İlham Hüseynov küçəsində yaşayanlar üçün daha ciddi problem yaradıb. Belə ki, küçədən axan sel nisbətən aşağıda yerləşən həyətlərə dolub.

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 5 may — Sputnik. Ötən gün axşamdan başlayaraq qərb bölgəsində mülayim hava şəraiti yağmurlu, küləkli hava ilə əvəzlənib. Gecədən güclənən yağış Gəncə şəhərində fəsadlara yol açıb. Sputnik Azərbaycan xəbər verir ki, şəhərin Məhsəti qəsəbəsində sel suları 10-a yaxın sakinin həyətinə dolub.

  • Gəncədə yağışın fəsadları
    © Sputnik / Rahim Mammadov
  • Gəncədə yağışın fəsadları
    © Sputnik / Rahim Mammadov
  • Gəncədə yağışın fəsadları
    © Sputnik / Rahim Mammadov
  • Gəncədə yağışın fəsadları
    © Sputnik / Rahim Mammadov
1 / 4
© Sputnik / Rahim Mammadov
Gəncədə yağışın fəsadları

Gecədən aramsız yağan yağış İlham Hüseynov küçəsində yaşayanlar üçün daha ciddi problem yaradıb. Belə ki, küçədən axan sel nisbətən aşağıda yerləşən həyətlərə dolub. Sakinlər bildrib ki, küçə ilə gediş-gəliş qeyri-mümkün olub. Həmçinin bir neçə evin həyətləri sel suları altında qalıb. Həmin ərazidə yaşayan sakinlər bildirib ki, güclü yağışlar zamanı İ.Hüseynov küçəsində belə vəziyyət yaranır. Sakinlər yaranmış vəziyyətlə bağlı adiyyatı qurumlara məlumat veriblər.

Qeyd edək ki, hazırda bölgədə yağışlı hava davam edir.

1893
Qız, arxiv şəkli

Göyçayda 18 yaşlı qızın dayısı tərəfindən öldürüldüyü məlum olub

17
(Yenilənib 16:34 09.05.2021)
Qızın anası, 1980-ci il təvəllüdlü Gülnarə Məmmədovanın övladının meyitini görərək komaya düşdüyü və bu səbəbdən xəstəxananın reanimasiya şöbəsinə yerləşdirildiyi bildirilir.

Rəşad Kərəmoğlu, Sputnik Azərbaycan

BAKI, 9 may — Sputnik. Göyçayda dayı 18 yaşlı bacısı qızını öldürüb.

İlkin məlumata görə, Göyçay rayon Bığır kənd sakini, 2003-cü il təvəllüdlü Məmmədova Fatimə Murtuz qızı gecə saatlarında 32 yaşlı dayısı Bədəlov Vüqar Məhəmməd oğlu tərəfindən öldürülüb. Hadisədən sonra qızın dayısı Vüqar Bədəlov bacısı qızının dəm qazından zəhərləndiyini barədə təcili tibbi yardıma məlumat verib. Məhkəmə tibbi ekspertiza və istintaq araşdırması zamanı qızın boğularaq öldürüldüyü məlum olub. Məhz bu səbəbdən Bığır kənd sakini Vüqar Bədəlov hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.

Hadisədən sonra qızın anası, 1980-ci il təvəllüdlü Gülnarə Məmmədova komaya düşüb və hazırda Göyçay rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsində müalicə alır.

Faktla bağlı araşdırma aparılır.

17

Sabah Bakıda güclü külək əsəcək, yağış yağacaq

5
Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

BAKI, 9 may - Sputnik. Bakıda və Abşeron yarımadasında mayın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.

Havanın temperaturu gecə 11-13 dərəcə isti, gündüz 13-15 dərəcə isti olacaq. Bakıda gecə 11-13 dərəcə isti, gündüz 13-15 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 , gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə güclü olacaq.

Havanın temperaturu gecə 9-13 dərəcə isti, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 3-7 dərəcə isti, gündüz 7-12 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

5
Əfqanıstanda ABŞ hərbçiləri, arxiv şəkli

WSJ: Avropa ABŞ-dan Əfqanıstandan qoşunların çıxarılmasını ləngitməyi xahiş edir

0
Hazırda ABŞ və radikal "Taliban" hərəkatı arasında Əfqanıstandan amerikalı hərbçilərin çıxarılmasının iyulun əvvəlinə qədər sona çatdırılması imkanlarını müzakirə edirlər.

BAKI, 9 may — Sputnik. ABŞ-ın NATO üzrə müttəfiqləri Əfqanıstandan qoşunların çıxarılmasını ləngitməyi və alyansın digər üzvlərinə bu ölkədən çıxmaq üçün daha çox vaxt verilməsini israrla xahiş edirlər. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, bəzi ölkələr Əfqanıstandan qüvvələrini vaxtında çıxara bilməyəcəklərini və buna görə də, amerikalı hərbçiləri iyulun 4-dən sonra da Əfqanıstanda saxlamağı xahiş edirlər.

"Wall Street Journal"-da dərc olunmuş yazıda bildirilir ki, bir sıra ölkələr, konkret olaraq Almaniya, qoşunların tam çıxarılmasını iyulun 18-nə qədər təxirə salmağı xahiş ediblər. ABŞ hakim dairələri isə bildiriblər ki, müttəfiqlərin xahişini yerinə yetirmək üçün qoşunların çıxarılması iki həftə və ya daha çox müddətə təxirə salına bilər.

Bir müddət əvvəl "Tolo New" telekanalı adı çəkilməyən mənbəyə istinadən məlumat verib ki, hazırda ABŞ və radikal "Taliban" hərəkatı arasında Əfqanıstandan amerikalı hərbçilərin çıxarılmasının iyulun əvvəlinə qədər sona çatdırılması imkanlarını müzakirə edirlər.

Mənbənin bildirdiyinə görə, vəziyyətin qəlizliyi ondadır ki, uzun illər ərzində Kabul hava limanına təhlükəsizliyi təmin edən Türkiyə də ABŞ və NATO-ya öz qoşunlarını çıxara biləcəyini bildirib. Məlumata görə, türk qoşunlarının çıxarılması mümkünlüyü bir sıra Qərb ölkələrini Əfqanıstanda hətta ixtisar olunmuş tərkibdə diplomatik kontingentin saxlanması planlarına yenidən baxmağa sövq edə bilər. Hava limanında təhlükəsizliyin təmin olunması üçün alternativlərdən biri beynəlxalq muzdluların bu işə cəlb olunmasıdır, lakin onlar çətin ki, nizami qoşunlarsız orada qala bilsinlər.

Xatırladaq ki, ABŞ və NATO üzrə müttəfiqlərinin Əfqanıstanda əməliyyatları 2001-ci ildə başlanıb. Bu əməliyyatlar 11 sentyabr 2001-ci il terror aktına cavab olaraq təşkil olunmuş "Yenilməz azadlıq" kampaniyası çərçivəsində həyata keçirilib.

2014-cü ildə Əfqanıstan, ABŞ və NATO təhlükəsizlik barədə, müttəfiqlərə ölkə ərazisində məhdud sayda hərbçiləri saxlamağa imkan verən razılaşma imzalayıblar.

2020-ci ildə isə son 18 ildən çox müddət ərzində ABŞ və "Taliban" arasında artıq cari ilin may ayında zorakılığa son qoyulması şərti ilə əcnəbi qoşunların ölkədən çıxarılmasını nəzərdə tutan ilk saziş imzalanıb. Hazırda Əfqanıstanda on min nəfərdən bir qədər az sayda NATO və alyansın tərəfdaşı olan ölkələrin hərbçiləri, o cümlədən 2,5 min nəfər ABŞ hərbçisi var. Onların əsas vəzifəsi Əfqanıstan təhlükəsizlik qüvvələrinin öyrədilməsi və hazırlaşdırılmasıdır.

0