Zəkifə Fərziyevanın qətlə yetirildiyi ev

Öldürdüyü qadının ruhuna dualar oxuyub, qatili söyüb, qarğış edən adam - FOTO

97
(Yenilənib 12:37 04.05.2021)
"Heç nə, onu da öldürəcəkdim və hər ikisinin əlinə bıçaq qoyacaqdım ki, sanki bunlar özləri biri-birilərini vurublar" - qatil mollanın etirafı.

Rahim Muradov, Sputnik Azərbaycan

BAKI, 4 may — Sputnik. Bir neçə gün öncə Lerik rayonunun ucqar Barzavu kəndində 40 yaşlı kənd sakini Zəkifə Feyruz qızı Fərziyeva yaşadığı evində kənddə mollalıq edən Murad Əsgərov adlı şəxs tərəfindən qətlə yetirilib.

Hadisənin bəzi məqamlarını mərhumun doğmaları Sputnik Azərbaycan-ın bölgə müxbirilə bölüşüblər. Mərhumun atası Feyruz Fərziyev xəbəri eşidib hadisə yerinə gedəndə kəndin mollasının özünü şübhəli apardığını və çox həyəcanlı olduğunu görüb: “Gördüm ki, bu Murad həyətdə qalıb, mənim ona baxdığımı görüb özünü itirdi və ərazidən uzaqlaşdı. Qətli onun törətdiyini düşündüm, çünki bir müddət əvvəl rəhmətlik qızım bu “molla”nın nalayiq davranışından bizə şikayət etmişdi. Murad bir dəfə qızımgilin həyətinə gedib, uzanıb cavan uşaqlarla bir yerdə siqaret çəkməyə başlayıb. Zəkifə də: “Sən molla adamsan, burada sənin tay-tuşun yoxdur. Gəlib burada niyə uzanmısan?” - deyə irad bildirib. Sonra isə bu hadisəni gəlib öz anasına danışıb. Yoldaşım da gedib Muradın həyat yoldaşına deyib və mollanı biabır edib.

© Sputnik / Rahim Murad
Feyruz Fərziyev

Hadisəni törədən gün isə molla evə girib, qızıma: “Ya mənim olacaqsan, ya da səni öldürərəm”, - deyib. Həmin an Zəkifəgilin qonşuluğunda yaşayan bir gəlin onların həyətinə gəlib. Qızım haray salıb kömək çağırmaq istəyəndə molla onun ağzını əli ilə tutub, əlindəki bıçaqla boğazını kəsib.

Sonradan kənddə istintaq gedəndə Muraddan: “O gəlin də içəri girsəydi, nə edəcəkdin?” - soruşublar. “Heç nə, onu da öldürəcəkdim və hər ikisinin əlinə bıçaq qoyacaqdım ki, sanki bunlar özləri biri-birilərini vurublar", - cavabını verib. Bu da kəndin "molla"sının gördüyü iş". 

Qətlə yetirilən Z.Fərziyevanın qardaşı İsmayıl Fərziyev qatilin əlcək geyərək mərhum bacısının evinə gəldiyini vurğulayır: “Gözləyib, evdə heç kim olmayandan sonra evə girib. Bacıma əxlaqsız təklif edib, o, təklifi rədd edəndən sonra boğazını kəsərək onu qətlə yetirib. Sonra isə bu M.Əsgərov evdə törətdiyi cinayətin izini itirməyə başlayıb. Həyətdə olan araq butulkalarını, enerji içkisinin dəmir bankasını silib və gətirib evdə qoyub ki, sanki bacım oğlu araq içib sərxoş olandan sonra anasını öldürüb. Bacım oğlunun paltarını gətirib mərhumun əlinə verib, evdə olan bıçaqlardan birini gətirib qana bulayıb, qoyub orada. Yəni o, həmin evə tam hazırlıqlı gəlib. Bacımın dəfn mərasimində də iştirak edib. Üzünü təraş edib gəlmişdi. Hətta rəhmətlik bacımın ruhuna da dualar oxuyub, sonra isə bu qətli törədəni söyüb, qarğış edərək məclisi tərk edib”.

© Sputnik / Rahim Murad
İsmayıl Fərziyev

Zəkifə Fərziyeva kənddə böyük oğlu İgid Fərziyevlə yaşayırmış. Mərhumun meyitini də elə ilk İ.Fərziyev aşkar edib: “Həmin gün səhər oyandım, gördüm, anam artıq oyaqdır. Mənə atası evinə gedəcəyini və sonra da elektrik enerjisinin pulunu ödəyəcəyini dedi. Təxminən 20 dəqiqə sonra qayıtdı və mənim üçün yemək qoydu, mən də anama meşəyə gedəcəyimi dedim. Yeməyimi yeyəndən sonra təxminən səhər 11-ə işləmiş olardı, evdən çıxdım, bir də günorta 4-ə işləmiş gəldim evə. Həmişə oturduğumuz otağa girdim və anamın orada olmadığını gördüm.

© Sputnik / Rahim Murad
İgid Fərziyev

Sonra çölə çıxıb çağırdım, hay vermədi. Həmin gün yağış yağırdı, dəsmalı götürüb başımı qurulayanda digər otağa girdim, anamın yerdə uzandığını gördüm. Amma elə uzanmışdı, üzünü görmürdüm. Dedim, bəlkə, huşunu itirib, özümə tərəf çəkdim. Gördüm ki, ağzı açıq qalıb, gözləri bərəlib və boğazı kəsilib. Qorxdum və çölə qaçıb qohum-qonşunu çağırdım. Cinayəti törədən də elə etmişdi ki, bu cinayət mənim boynuma qalsın. Molla hətta evin damına çıxıb evi yandırmaq istəyib, amma alınmayıb”.

97
Teqlər:
təfərrüat, Lerik, molla, qatil
Əli qandallanmış kişi polis bölməsində, arxiv şəkli

Bakı Baş Gömrük İdarəsində əməliyyat - saxlanılanlar var

15
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində İdarənin bir neçə əməkdaşı saxlanılıb.

BAKI, 17 may - Sputnik. Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirilib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı "Report" yayıb.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində İdarənin bir neçə əməkdaşı saxlanılıb.

Əməliyyat zamanı İdarənin yüksək vəzifəli şəxslərinin rüşvət alarkən tutulduğu qeyd edilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirib ki, bununla bağlı ictimaiyyətə daha sonra ətraflı məlumat veriləcək.

Eləcə də oxuyun:

* Yardımla bağlı saxtakarlıq edən vəzifəli şəxslər məhkəməyə çıxarılacaqlar

* Dörd məktəb direktoru işdən çıxarıldı

* Baş prokurordan "Tərtər işi" ilə bağlı yayılan məlumatlara münasibət

 

15
Teqlər:
Baş Prokurorluq, rüşvət, saxlanılma, əməliyyat, Bakı Baş Gömrük İdarəsi
Çay, arxiv şəkli

Qubada faciə: çaya düşən iki qardaşdan biri boğuldu

9
1991-ci il təvəllüdlü İsayev İsa Elman oğlu və 1989-cu il təvəllüdlü İsayev Ruslan Elman oğlu çətin keçilən qayalıq ərazidə təqribən 60-70 m hündürlükdən Qudyalçay çayına düşüblər.

BAKI, 17 may - Sputnik. Qubanın Qəçrəş kəndində faciəli hadisə baş verib.

Sputnik Azərbaycan bildirir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Quba rayonu, Qəçrəş kəndində 2 nəfərin çaya düşməsi barədə məlumat daxil olub. FHN-in Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisənin baş verdiyi əraziyə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1991-ci il təvəllüdlü İsayev İsa Elman oğlu və 1989-cu il təvəllüdlü İsayev Ruslan Elman oğlu çətin keçilən qayalıq ərazidə təqribən 60-70 m hündürlükdən Qudyalçay çayına düşüblər. Hadisə nəticəsində İ.İsayev müxtəlif xəsarətlər alıb və vətəndaşların köməkliyi ilə çaydan çıxarılıb, qardaşı R.İsayevi tapmaq mümkün olmayıb.

Mürəkkəb relyef şəraitində həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində hadisə yerinin yaxınlığında çay kənarında tapılan Ruslan İsayevin meyiti xilasedicilər tərəfindən müvafiq qaydada götürülərək aidiyyəti üzrə təhvil verilib.

Eləcə də oxuyun: 

* Göyçayda 18 yaşlı qızın dayısı tərəfindən öldürüldüyü məlum olub

* İsmayıllıda yeni ailə quran gənc oğlan bədbəxt hadisə nəticəsində ölüb

* Oğuzda balıq ovu ölümlə bitdi

 

9
Teqlər:
FHN, həlak, qardaşlar, çay, Quba
Flora Kərimova, arxiv şəkli

Flora Kərimova illər sonra Şuşadakı məhəllələrində - VİDEO

0
Müğənni Şuşanın bəzi küçələrini, eyni zamanda Bülbülün, Xurşudbanu Natəvanın, Üzeyir Hacıbəyovun güllələnmiş heykəllərini ziyarət edib.

BAKI, 17 may — Sputnik. Xalq artisti Flora Kərimova illər sonra işğaldan azad olunan Şuşa şəhərindəki məhəllələrində olub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə o, özünün "Instagram" hesabında paylaşım edib. Müğənni Şuşanın bəzi küçələrini, eyni zamanda Bülbülün, Xurşudbanu Natəvanın, Üzeyir Hacıbəyovun güllələnmiş heykəllərini ziyarət edib. Kərimova Şuşadakı uşaqlıq xatirlələri haqqında da izləyicilərinə məlumat verib.

Посмотреть эту публикацию в Instagram

Публикация от Flora Kərimova (@flora_kerimova_official)

"Havasından doymadığım, suyuna susadığım ocağım – Şuşam", - deyə Flora Kərimova paylaşıma şərh bildirib.

Eləcə də oxuyun:

Şuşanı ərəblərin vasitəsilə dünyaya göstərdilər - FOTO

* Həsrəti sovuran unudulmaz iki gün: Şuşada "Xarı-bülbül" festivalı - VİDEO

* Şuşada bu ifa hamını təsirləndirdi - Prezident kövrəldi, Nazir ağladı - Video

0
Teqlər:
video, Flora Kərimova, Şuşa