CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hamilə qadının ölümü ilə bağlı araşdırma başlanıb

© AFP 2023 / STRЗараженная коронавирусом беременная женщина в операционной
Зараженная коронавирусом беременная женщина в операционной - Sputnik Azərbaycan, 1920, 04.05.2021
Abunə olmaq
Lənkəran rayon Mərkəzi Xəstəxananın Perinatal mərkəzində qeysəriyyə əməliyyatı nəticəsində uşaq dünyaya gətirən qadın dünyasını dəyişib.

BAKI, 4 may — Sputnik. Mayın 3-də saat 21 radələrində Lənkəran rayonunun Soru kənd sakini Xangəldiyeva Rəqsanə Səmid qızının ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Lənkəran rayon prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumata görə, aparılan araşdırmalarla Rəqsanə Xangəldiyevanın mayın 2-də “39 həftəlik hamiləlik, dölün köndələn gəlişi, I cərrahi doğuş” diaqnozu ilə daxil olduğu Lənkəran rayon Mərkəzi Xəstəxananın Perinatal mərkəzində qeysəriyyə əməliyyatı nəticəsində uşağın doğulması, ertəsi gün ananın vəziyyətinin pisləşməsi və saat 21 radələrində ölməsi müəyyən edilib.

Hazırda fakt üzrə Lənkəran rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti
0