Azərbaycanda eyni rayonda bir neçə saat ara ilə zəlzələlər olub

22
(Yenilənib 09:32 04.05.2021)
İkinci yeraltı təkan isə səhər çağı, saat 06:26-da olub, maqnitudası 3,2 bal, dərinliyi 11 km təşkil edib.

BAKI, 4 may - Sputnik. Ağstafada gün ərzində iki dəfə zəlzələ olub.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin saytında məlumat yer alıb.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 1:21-də Qazax stansiyasından 27 km şimal-şərqdə, Ağstafa rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ 3,5 bal gücündə olub. İkinci yeraltı təkan isə səhər çağı, saat 06:26-da olub, maqnitudası 3,2 bal təşkil edib. Zəlzələ ocağı 11 kilometr dərinlikdə yerləşib.

Zəlzələ hiss olunmayıb.

 

22
Teqlər:
Ağstafa, zəlzələ, Azərbaycan
Hamilə qadın, arxiv şəkli

Ana olmaq ümidilə Bakıya gəlib əkizlərini itirdi

21
Babanın sözlərinə görə, körpələr səhər saatlarında ana bətnində sağ olublar. Həkimlər tərəfindən qeysəriyyə əməliyyatı gecikdirdiyindən körpələr ana bətnində boğularaq ölüblər.

BAKI, 5 may - Sputnik. Bakıda doğuş zamanı əkizlər boğularaq ölüb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə “Report”a körpələrin babası, Salyan rayonunun Ərəbqardaşbəyli kənd sakini İmanov Əlisahib Balaş oğlu məlumat verib.

Ə.Balaşoğlunun sözlərinə görə, o, gəlini, 2000-ci il təvəllüdlü Nəcəfova Pərvanə Məhəmməd qızını doğuş vaxtına az müddət qaldığından Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasına aparıb. Bir neçə gün həkim nəzarətində qalan P.Nəcəfova bu gün səhər saat 09 radələrində qeysəriyyə əməliyyatına hazırlanıb. Lakin qeysəriyyə əməliyyatı saat 14:30 radələrində aparılıb. Cinsi oğlan olan əkizlər ana bətnində boğularaq ölüblər.

Ə.İmanovun sözlərinə görə, körpələr səhər saatlarında ana bətnində sağ olublar. Həkimlər tərəfindən qeysəriyyə əməliyyatı gecikdirdiyindən körpələr ana bətnində boğularaq ölüblər. O, körpələrin ölümündə həkimləri günahlandırıb.

Faktla bağlı araşdırma aparılır.

21
Teqlər:
ölüm, əkiz, doğuş, hamilə

Şabranda ağır qəza - yaralıları daşımağa başlayıblar

59
(Yenilənib 01:17 06.05.2021)
DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin əməkdaşları və yol polisləri hadisə yerindədirlər. Yaralıların Quba və Şabran xəstəxanalarına çatdırılmasına başlanılıb.

Leyla Abdullayeva,  Sputnik Azərbaycan 

BAKI, 5 may - Sputnik. Şabranda ağır yol qəzası baş verib. Hadisə gecə  saatlarında olub. Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, yol nəqliyyat hadisəsi Bakı-Quba yolunun Şabranın Gəndab kəndindən keçən hissəsində qeydə alınıb.

Yerli sakinlərin sözlərinə görə, yüksək sürətlə gələn, Emin Sədrəddin oğlu İsmayılovun idarə etdiyi BMW markalı avtomobil "Pajero"ya çırpılıb. "Pajero"nun sürücüsü həlak olub, beş nəfərin xəsarət aldığı bildirilir. DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin əməkdaşları və yol polisləri hadisə yerindədirlər. Yaralıların Quba və Şabran xəstəxanalarına çatdırılmasına başlanılıb.

59
Teqlər:
yaralılar, Şabran, qəza
Xəzər dənizinin sahilində ölü suiti, arxiv şəkli

Xəzər sahilində 150-dən çox suiti cəsədi aşkar olunub

0
(Yenilənib 16:19 06.05.2021)
Son illər Xəzərin Dağıstan sahillərində suiti cəsədləri bir neçə ildən bir dövriliklə aşkar olunur. Belə ki, bu cür hallar 2012 və 2016-cı illərdə təkrar olunub.

BAKI, 6 may — Sputnik. İki gün ərzində alimlər Xəzər dənizi sahilində 150-dən çox suiti cəsədi aşkar ediblər. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, hələ ki, Xəzər suitilərinin kütləvi qırılmasının səbəbləri məlum deyil.

"Birinci gün təqribən 30 ölü suiti aşkar edilib. Onlar əsasən cavan fərdlər idi və onların da əksəriyyəti dərisiz idi. İkinci gün isə biz başqa mənzərənin şahidi olduq, daha 125 suiti cəsədi aşkar etdik. Onların arasında yaşlı heyvanlar da var. Dəhşətli mənzərədir, hər 50-100 metrdən bir heyvan cəsədi var", - deyə "Dəniz məməliləri" elmi-ekspedisiya mərkəzinin təbiəti mühafizə layihələrinin əlaqələndiricisi Viktor Nikiforov bildirib.

Onun sözlərinə görə, hazırda heyvanların ölümünün dəqiq səbəbini müəyyən etmək mümkün deyil.

"Balıqçılıq, iqlimin çirklənməsi və başqa səbəblər ola bilər. Hazırda ən vacib məsələ suiti populyasiyasının ilboyu monitorinqinin təşkilidir və biz də, tərəfdaşlarımız da buna çalışırıq", - deyə Nikiforov vurğulayıb.

Əlaqələndirici onu da deyib ki, vəziyyət elə miqyas alıb ki, ölən heyvanların sayı arta da bilər, lakin bunu dəqiq demək olmaz.

2020-ci ilin dekabr ayında Xəzər dənizinin Dağıstan sahillərində 300-dən çox ölü suitinin aşkar olunduğu barədə xəbər yayılıb. Alimlərin qənaətinə görə, heyvanların qırılmasının əsas səbəbi təbii təbiət amilləri olub.

Qeyd edək ki, son illər Xəzərin Dağıstan sahillərində suiti cəsədləri bir neçə ildən bir dövriliklə aşkar olunur. Belə ki, bu cür hallar 2012 və 2016-cı illərdə təkrar olunub. 2016-cı ilin noyabrında Xəzər dənizində baş verən uzun sürən davamlı fırtınalardan sonra Dağıstan sahillərində suiti cəsədləri aşkar olunub. Həmin hadisə zamanı müxtəlif yaşlı 300 suiti cəsədi aşkar olunub. Heyvanların kütləvi şəkildə tələf olmasının dəqiq səbəbi o zaman da müəyyən olunmayıb.

Xəzər suitisi (Pusa caspica Gmelin) Xəzər dənizində yaşayan yeganə məməlidir və dünyada ən kiçik qulaqsız suiti növlərindən biridir. O, yem zəncirinin başında dayanaraq həm də hövzənin ekoloji vəziyyətinin önəmli göstəricisi rolunu oynayır. XIX əsrin sonlarında Xəzərdə suitilərin sayı 1 milyondan çox olub. Növbəti yüz il ərzində tənzimlənməyən ov, çirklənmə və digər səbəblərdən rəqəm xeyli azalaraq 1996-cı ildə "IUCN" adı altında tanınan Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin "Qırmızı siyahı"sına vəziyyəti "zəif" statusu ilə daxil olub.

 

0