Снежные каникулы в солнечном Азербайджане

Şahdağda qar yağıb - Faktiki hava

10
Qar örtüyü əmələ gəlib, hündürlüyü Şahdağda 1 sm olub. Mayın 1-i saat 16:20 radələrində Naxçıvana diametri 6 mm olan dolu yağıb.

BAKI, 2 may — Sputnik. Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, mayın 2-si saat 12:00-a olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, əsasən şimal və qərb rayonlarında intensiv olub, Şahdağda qar yağıb.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 2-4, Naxçıvan MR-da 6-13, Naxçıvanda 42 (aylıq normanın 106 faizi), Şərurda 20 (aylıq normanın 44 faizi), Kiçik Qafqazda 3-16, Göygöldə 42 (aylıq normanın 39 faizi), Böyük Qafqazda 1-14, Zaqatalada 26 (aylıq normanın 21 faizi), Qusarda 23 (aylıq normanın 42 faizi), Qazax-Gəncədə 7-9; Mərkəzi-Aranda 1-9, Lənkəran-Astarada:1-6 mm təşkil edib.

Qar örtüyü əmələ gəlib, hündürlüyü Şahdağda 1 sm olub. Mayın 1-i saat 16:20 radələrində Naxçıvana diametri 6 mm olan dolu yağıb.

Respublikanın daxili çaylarında yağan leysan yağışlarla əlaqədar çaylarda sululuq artıb, mayın 2-də Kiçik Qafqazın ərazisindən axan Qoşqarçayda suyun səviyyəsində 47, Kürəkçayda 25, Əsrikçayda 23, Zəyəmçayda 17, Gəncəçayda 13, Axınçaçayda 12 sm artım, Böyük Qafqazın ərazisindən axan Vəlvələçayda, Gilgilçayda, Harmidorçayda 2, Qudiyalçayda isə 1 sm artım müşahidə olunub.

Tranzit çaylarda mayın 2-də Araz çayının Qıvraq məntəqəsində (Naxçıvan MR) suyun səviyyəsində 40, Kür-Qıraqkəsəməndə 18, Qanıx-Cəlayirdə isə 17 sm artım müşahidə olunub. Mayın 2-də Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 3, Şirvanda 2 sm artıb, Bankə məntəqəsində isə səviyyə dəyişməyib.

10
Qız, arxiv şəkli

Göyçayda 18 yaşlı qızın dayısı tərəfindən öldürüldüyü məlum olub

16
(Yenilənib 16:34 09.05.2021)
Qızın anası, 1980-ci il təvəllüdlü Gülnarə Məmmədovanın övladının meyitini görərək komaya düşdüyü və bu səbəbdən xəstəxananın reanimasiya şöbəsinə yerləşdirildiyi bildirilir.

Rəşad Kərəmoğlu, Sputnik Azərbaycan

BAKI, 9 may — Sputnik. Göyçayda dayı 18 yaşlı bacısı qızını öldürüb.

İlkin məlumata görə, Göyçay rayon Bığır kənd sakini, 2003-cü il təvəllüdlü Məmmədova Fatimə Murtuz qızı gecə saatlarında 32 yaşlı dayısı Bədəlov Vüqar Məhəmməd oğlu tərəfindən öldürülüb. Hadisədən sonra qızın dayısı Vüqar Bədəlov bacısı qızının dəm qazından zəhərləndiyini barədə təcili tibbi yardıma məlumat verib. Məhkəmə tibbi ekspertiza və istintaq araşdırması zamanı qızın boğularaq öldürüldüyü məlum olub. Məhz bu səbəbdən Bığır kənd sakini Vüqar Bədəlov hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.

Hadisədən sonra qızın anası, 1980-ci il təvəllüdlü Gülnarə Məmmədova komaya düşüb və hazırda Göyçay rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsində müalicə alır.

Faktla bağlı araşdırma aparılır.

16

Sabah Bakıda güclü külək əsəcək, yağış yağacaq

5
Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

BAKI, 9 may - Sputnik. Bakıda və Abşeron yarımadasında mayın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.

Havanın temperaturu gecə 11-13 dərəcə isti, gündüz 13-15 dərəcə isti olacaq. Bakıda gecə 11-13 dərəcə isti, gündüz 13-15 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 , gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə güclü olacaq.

Havanın temperaturu gecə 9-13 dərəcə isti, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 3-7 dərəcə isti, gündüz 7-12 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

5
Cilberto Malvestuto, arxiv şəkli

İtaliyalı veteran alman əsgərlərinin yalançı dəfn mərasimindən danışıb

0
(Yenilənib 18:22 09.05.2021)
Malvestuto İtaliya Müqavimətinin hərbi bölməsi olan məşhur Mayella briqadasının sağ qalan son zabitidir.

BAKI, 9 may — Sputnik. İtaliya Müqavimət hərəkatının iştirakçısı Cilberto Malvestuto İkinci Dünya müharibəsi ilə bağlı xatirələrini bölüşüb. Sputnik Azərbaycan "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, veteranın yaddaşına möhkəm həkk olmuş epizodlardan biri alman əsgərlərinin yalançı dəfn mərasimi ilə bağlıdır.

Həmin vaxt alman hərbçiləri müəyyən vaxt ərzində əllərində xaç tutaraq guya döyüş yoldaşlarının dəfni səhnəsini oynayıblar.

"Səhəri gün isə həmin ərazidən bizə artilleriyadan atəş açıldı. Biz başa düşdük ki. Bunların hamısı aldadıcı oyun imiş. Almanlar həmin fəndi bir daha işlətmək istədikdə mən atəş açmaq əmrini verdim, onlar hərəsi bir tərəfə qaçdı. Onların atıb qaçdığı arabada mərmilər var idi. Ölənlər oldu, mən müharibənin nə olduğunu elə həmin vaxt başa düşdüm", — deyə Malvestuto bildirib.

Bundan əlavə, italiyalı veteran özünü vətəni qarşısında borcunu yerinə yetirmiş hesab etdiyini və gənclərin "bir-birinə qardaş kimi münasibət bəsləməsini" istədiyini deyib.

Qeyd edək ki, aprel ayında Malvestutonun 100 yaşı tamam olub. Veteran doğulduğu Sulmona şəhərindəki ahıl insanlara qulluq müəssisəsində yaşayır. Malvestuto İtaliya Müqavimətinin hərbi bölməsi olan məşhur Mayella briqadasının sağ qalan son zabitidir.

0