Gömrük işçisi

"Xüsusi təyinatlı sənət əsəri": Azərbaycan Çexiyaya göndərilən yükü buraxmadı - VİDEO

21
(Yenilənib 15:06 01.05.2021)
Sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük orqanına bəyan edilməli hər hansı predmetin, o cümlədən narkotik və psixotrop maddələrin olmadığını bildirsə də kinoloji xidmət iti xüsusi işarələrlə avtomobilin qoşqusuna reaksiya verib.

BAKI, 1 may — Sputnik. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində gömrükçülər daha bir uğurlu əməliyyat həyata keçiriblər.

Bu barədə Sputnik Azərbaycan-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Bildirilir ki, nəticədə 107 kiloqramdan artıq narkotik vasitə - heroinin ölkənin gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinə cəhdin qarşısı alınıb.

Belə ki, Komitənin Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin keçirdiyi əməliyyat tədbiri nəticəsində Astara gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Çexiya Respublikasına "mozaikalı və inkrustasiya ilə bəzənmiş ağac məmulatlar, ağac heykəlciklər və digər dekorativ məmulatlar" yükü aparan Ukrayna Respublikası vətəndaşının idarə etdiyi "Volvo" markalı yük avtomobili saxlanılıb və gömrük yoxlaması tətbiq edilib.

Sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük orqanına bəyan edilməli hər hansı predmetin, o cümlədən narkotik və psixotrop maddələrin olmadığını bildirsə də kinoloji xidmət iti xüsusi işarələrlə avtomobilin qoşqusuna reaksiya verdiyindən yük boşaldılıb və 101 ədəd düzbucaqlı formalı üzəri mozaikalı panellər əsaslı yoxlanılıb.

Baxış zamanı panellərin hər birinin daxilində - çərçivə hissələri boyunca yerləşdirilən silindr formalı rezin borular aşkarlanıb. Həmin boruların içərisində isə gömrük nəzarətindən gizlədilən, çəkisi 107 kq 232 qram açıq-qəhvəyi rəngli narkotik vasitə - heroinin olduğu məlum olub.

21
Teqlər:
video, tranzit, Çexiya, İran, narkotik, gömrük
Qız, arxiv şəkli

Göyçayda 18 yaşlı qızın dayısı tərəfindən öldürüldüyü məlum olub

16
(Yenilənib 16:34 09.05.2021)
Qızın anası, 1980-ci il təvəllüdlü Gülnarə Məmmədovanın övladının meyitini görərək komaya düşdüyü və bu səbəbdən xəstəxananın reanimasiya şöbəsinə yerləşdirildiyi bildirilir.

Rəşad Kərəmoğlu, Sputnik Azərbaycan

BAKI, 9 may — Sputnik. Göyçayda dayı 18 yaşlı bacısı qızını öldürüb.

İlkin məlumata görə, Göyçay rayon Bığır kənd sakini, 2003-cü il təvəllüdlü Məmmədova Fatimə Murtuz qızı gecə saatlarında 32 yaşlı dayısı Bədəlov Vüqar Məhəmməd oğlu tərəfindən öldürülüb. Hadisədən sonra qızın dayısı Vüqar Bədəlov bacısı qızının dəm qazından zəhərləndiyini barədə təcili tibbi yardıma məlumat verib. Məhkəmə tibbi ekspertiza və istintaq araşdırması zamanı qızın boğularaq öldürüldüyü məlum olub. Məhz bu səbəbdən Bığır kənd sakini Vüqar Bədəlov hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.

Hadisədən sonra qızın anası, 1980-ci il təvəllüdlü Gülnarə Məmmədova komaya düşüb və hazırda Göyçay rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsində müalicə alır.

Faktla bağlı araşdırma aparılır.

16

Sabah Bakıda güclü külək əsəcək, yağış yağacaq

5
Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

BAKI, 9 may - Sputnik. Bakıda və Abşeron yarımadasında mayın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.

Havanın temperaturu gecə 11-13 dərəcə isti, gündüz 13-15 dərəcə isti olacaq. Bakıda gecə 11-13 dərəcə isti, gündüz 13-15 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 , gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə güclü olacaq.

Havanın temperaturu gecə 9-13 dərəcə isti, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 3-7 dərəcə isti, gündüz 7-12 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

5
Cilberto Malvestuto, arxiv şəkli

İtaliyalı veteran alman əsgərlərinin yalançı dəfn mərasimindən danışıb

0
(Yenilənib 18:22 09.05.2021)
Malvestuto İtaliya Müqavimətinin hərbi bölməsi olan məşhur Mayella briqadasının sağ qalan son zabitidir.

BAKI, 9 may — Sputnik. İtaliya Müqavimət hərəkatının iştirakçısı Cilberto Malvestuto İkinci Dünya müharibəsi ilə bağlı xatirələrini bölüşüb. Sputnik Azərbaycan "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, veteranın yaddaşına möhkəm həkk olmuş epizodlardan biri alman əsgərlərinin yalançı dəfn mərasimi ilə bağlıdır.

Həmin vaxt alman hərbçiləri müəyyən vaxt ərzində əllərində xaç tutaraq guya döyüş yoldaşlarının dəfni səhnəsini oynayıblar.

"Səhəri gün isə həmin ərazidən bizə artilleriyadan atəş açıldı. Biz başa düşdük ki. Bunların hamısı aldadıcı oyun imiş. Almanlar həmin fəndi bir daha işlətmək istədikdə mən atəş açmaq əmrini verdim, onlar hərəsi bir tərəfə qaçdı. Onların atıb qaçdığı arabada mərmilər var idi. Ölənlər oldu, mən müharibənin nə olduğunu elə həmin vaxt başa düşdüm", — deyə Malvestuto bildirib.

Bundan əlavə, italiyalı veteran özünü vətəni qarşısında borcunu yerinə yetirmiş hesab etdiyini və gənclərin "bir-birinə qardaş kimi münasibət bəsləməsini" istədiyini deyib.

Qeyd edək ki, aprel ayında Malvestutonun 100 yaşı tamam olub. Veteran doğulduğu Sulmona şəhərindəki ahıl insanlara qulluq müəssisəsində yaşayır. Malvestuto İtaliya Müqavimətinin hərbi bölməsi olan məşhur Mayella briqadasının sağ qalan son zabitidir.

0