CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Saxta dollar satan saxlanılıb

© REUTERS / Dado RuvicДоллар США, фото из архива
Доллар США, фото из архива - Sputnik Azərbaycan, 1920, 01.05.2021
Abunə olmaq
Şəxsin üzərində axtarış zamanı ondan otuz ədəd 100 dollarlıq saxta əskinas aşkar edilərək götürülüb. 

BAKI, 1 may — Sputnik. Naxçıvan Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini E.Məmmədov 100 dollarlıq saxta əskinası satarkən saxlanılıb. Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, şəxsin üzərində axtarış zamanı ondan 30 ədəd 100 dollarlıq saxta əskinas aşkar edilərək götürülüb. 

Faktla əlaqədar cinayət işi başlanıb.

Xəbər lenti
0