CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hamilə olduğu deyilən qadın qaynanası tərəfindən döyülür

© AFP 2023 / LOIC VENANCEБеременная женщина, фото из архива
Беременная женщина, фото из архива - Sputnik Azərbaycan, 1920, 28.04.2021
Abunə olmaq
"Qadın özü imkansız ailənin övladı olub. Addımını bayıra atanda da onun başına oyun açırlar. Qadının isə hamilə olduğu deyilir" - Kəmalə Ağazadə

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 28 aprel — Sputnik. "Gənc qadının qaynanası tərəfindən döyülməsi ilə bağlı video mənə sosial şəbəkələrdən göndərilib. Həmin videonun qonşu tərəfindən çəkildiyi bildirilir. Qızın isə anasız-atasız olduğu deyilir". Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib.

K.Ağazadə deyir ki, ona videonu ötürən şəxslər hadisənin Lənkəranın Yuxarı Nüvədi kəndində baş verdiyini bildirir.

Ona verilən məlumata görə, gənc qadın davamlı olaraq qaynanası tərəfindən zorakılığa məruz qalır: "Qadın özü imkansız ailənin övladı olub. Addımını bayıra atanda da onun başına oyun açırlar. Qadının isə hamilə olduğu deyilir".

"Videoda qadının qaynanası Səhər adlı şəxsin adını çəkir. Həmin kadrlarda çox təhqiredici sözlər var", - deyə K.Ağazadə əlavə edib.

 

Xəbər lenti
0