Bakıda sərnişin avtobusdan yıxılaraq ağır xəsarət alıb

10
Yusif Dadaşov 65 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusundan düşmək istəyən zaman nəqliyyat vasitəsi hərəkətə keçib.

 

BAKI, 28 aprel — Sputnik. Bakının Yasamal rayonunda bədbəxt hadisə zamanı bir nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə metronun "Nizami" stansiyasının qarşısındakı dayanacaqda baş verib.

1999-cu il təvəllüdlü Yusif Dadaşov 65 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusundan düşmək istəyən zaman nəqliyyat vasitəsi hərəkətə keçib. Bu zaman o yıxılıb. Y.Dadaşov sol ayağının sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

10
Hamilə qadın, arxiv şəkli

Ana olmaq ümidilə Bakıya gəlib əkizlərini itirdi

21
Babanın sözlərinə görə, körpələr səhər saatlarında ana bətnində sağ olublar. Həkimlər tərəfindən qeysəriyyə əməliyyatı gecikdirdiyindən körpələr ana bətnində boğularaq ölüblər.

BAKI, 5 may - Sputnik. Bakıda doğuş zamanı əkizlər boğularaq ölüb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə “Report”a körpələrin babası, Salyan rayonunun Ərəbqardaşbəyli kənd sakini İmanov Əlisahib Balaş oğlu məlumat verib.

Ə.Balaşoğlunun sözlərinə görə, o, gəlini, 2000-ci il təvəllüdlü Nəcəfova Pərvanə Məhəmməd qızını doğuş vaxtına az müddət qaldığından Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasına aparıb. Bir neçə gün həkim nəzarətində qalan P.Nəcəfova bu gün səhər saat 09 radələrində qeysəriyyə əməliyyatına hazırlanıb. Lakin qeysəriyyə əməliyyatı saat 14:30 radələrində aparılıb. Cinsi oğlan olan əkizlər ana bətnində boğularaq ölüblər.

Ə.İmanovun sözlərinə görə, körpələr səhər saatlarında ana bətnində sağ olublar. Həkimlər tərəfindən qeysəriyyə əməliyyatı gecikdirdiyindən körpələr ana bətnində boğularaq ölüblər. O, körpələrin ölümündə həkimləri günahlandırıb.

Faktla bağlı araşdırma aparılır.

21
Teqlər:
ölüm, əkiz, doğuş, hamilə

Şabranda ağır qəza - yaralıları daşımağa başlayıblar

64
(Yenilənib 01:17 06.05.2021)
DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin əməkdaşları və yol polisləri hadisə yerindədirlər. Yaralıların Quba və Şabran xəstəxanalarına çatdırılmasına başlanılıb.

Leyla Abdullayeva,  Sputnik Azərbaycan 

BAKI, 5 may - Sputnik. Şabranda ağır yol qəzası baş verib. Hadisə gecə  saatlarında olub. Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, yol nəqliyyat hadisəsi Bakı-Quba yolunun Şabranın Gəndab kəndindən keçən hissəsində qeydə alınıb.

Yerli sakinlərin sözlərinə görə, yüksək sürətlə gələn, Emin Sədrəddin oğlu İsmayılovun idarə etdiyi BMW markalı avtomobil "Pajero"ya çırpılıb. "Pajero"nun sürücüsü həlak olub, beş nəfərin xəsarət aldığı bildirilir. DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin əməkdaşları və yol polisləri hadisə yerindədirlər. Yaralıların Quba və Şabran xəstəxanalarına çatdırılmasına başlanılıb.

64
Teqlər:
yaralılar, Şabran, qəza
Erməni əsgərlərin dəbilqələri, arxiv şəkli

Ermənistanda 44 günlük müharibə ilə bağlı çoxlu cinayət işi açılıb

0
(Yenilənib 16:23 06.05.2021)
Ermənistan Baş Prokurorluğunun məhkəmə qərarlarının icrasına nəzarət üzrə nümayəndəsi Edqar Arsenyanın sözlərinə görə, Şuşa və Hadrut yaxınlığındakı döyüşlərlə bağlı istintaqa cəlb olunanlar var.

BAKI, 6 may — Sputnik. Ermənistanda 44 günlük Qarabağ müharibəsi ilə əlaqədar 1580 cinayət işi qaldırılıb. Sputnik Ermənistan bu ölkənin Baş Prokurorluğuna istinadla xəbər verir ki, artıq 628 nəfər təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Onların arasında adları hələ açıqlanmayan yüksək rütbəli zabitlər də var.

İri miqyaslı cinayət işlərinin istintaqı bir neçə əsas istiqamətdə aparılır: hərbi xidmətə çağırış və səfərbərlik zamanı yol verilən pozuntular, müharibədən əvvəl və müharibə zamanı silah alınmasında mümkün korrupsiya sxemləri, silahlı qüvvələrin və ayrı-ayrı bölmələrin rəhbərliyindəki cinayət pozuntuları, taktiki və strateji əməliyyatların həyata keçirilməsi, komandanlığın əmrlərinə tabe olmamaq və s.

Bundan əlavə, Milli Təhlükəsizlik Xidməti Azərbaycanın Şuşa və Hadrutu işğaldan azad etməsi ilə bağlı mediada və sosial şəbəkələrdə yer alan məlumatları da araşdırıb.

Prokurorluğun məhkəmə qərarlarının icrasına nəzarət üzrə nümayəndəsi Edqar Arsenyanın sözlərinə görə, məsələ Şuşa və Hadrut yaxınlığındakı döyüşlərlə bağlıdır.

O bildirib ki, qaldırılan cinayət işlərindən biri də dövlətə xəyanətlə əlaqədardır. Bundan başqa, hərbi qulluqçuların valideynlərindən pul tələb etmə faktı üzrə 5 cinayət işi də qaldırılıb.

 

0