Yanğın şlanqı, arxiv şəkli

Bakının mərkəzində çaxnaşma: dördmərtəbəli binada yanğın oldu

23
(Yenilənib 00:19 21.04.2021)
Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunublar.

BAKI, 21 aprel - Sputnik. Bakının mərkəzində yanğın olub.

Sputnik Azərbaycan bildirir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi 4 ünvanında yerləşən dördmərtəbəli binada yanğın olması barədə məlumat daxil olub.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunublar. Yanğın söndürülüb.

 

23
Teqlər:
yanğın, Bakı
Hamilə qadın, arxiv şəkli

Ana olmaq ümidilə Bakıya gəlib əkizlərini itirdi

21
Babanın sözlərinə görə, körpələr səhər saatlarında ana bətnində sağ olublar. Həkimlər tərəfindən qeysəriyyə əməliyyatı gecikdirdiyindən körpələr ana bətnində boğularaq ölüblər.

BAKI, 5 may - Sputnik. Bakıda doğuş zamanı əkizlər boğularaq ölüb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə “Report”a körpələrin babası, Salyan rayonunun Ərəbqardaşbəyli kənd sakini İmanov Əlisahib Balaş oğlu məlumat verib.

Ə.Balaşoğlunun sözlərinə görə, o, gəlini, 2000-ci il təvəllüdlü Nəcəfova Pərvanə Məhəmməd qızını doğuş vaxtına az müddət qaldığından Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasına aparıb. Bir neçə gün həkim nəzarətində qalan P.Nəcəfova bu gün səhər saat 09 radələrində qeysəriyyə əməliyyatına hazırlanıb. Lakin qeysəriyyə əməliyyatı saat 14:30 radələrində aparılıb. Cinsi oğlan olan əkizlər ana bətnində boğularaq ölüblər.

Ə.İmanovun sözlərinə görə, körpələr səhər saatlarında ana bətnində sağ olublar. Həkimlər tərəfindən qeysəriyyə əməliyyatı gecikdirdiyindən körpələr ana bətnində boğularaq ölüblər. O, körpələrin ölümündə həkimləri günahlandırıb.

Faktla bağlı araşdırma aparılır.

21
Teqlər:
ölüm, əkiz, doğuş, hamilə

Şabranda ağır qəza - yaralıları daşımağa başlayıblar

63
(Yenilənib 01:17 06.05.2021)
DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin əməkdaşları və yol polisləri hadisə yerindədirlər. Yaralıların Quba və Şabran xəstəxanalarına çatdırılmasına başlanılıb.

Leyla Abdullayeva,  Sputnik Azərbaycan 

BAKI, 5 may - Sputnik. Şabranda ağır yol qəzası baş verib. Hadisə gecə  saatlarında olub. Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, yol nəqliyyat hadisəsi Bakı-Quba yolunun Şabranın Gəndab kəndindən keçən hissəsində qeydə alınıb.

Yerli sakinlərin sözlərinə görə, yüksək sürətlə gələn, Emin Sədrəddin oğlu İsmayılovun idarə etdiyi BMW markalı avtomobil "Pajero"ya çırpılıb. "Pajero"nun sürücüsü həlak olub, beş nəfərin xəsarət aldığı bildirilir. DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin əməkdaşları və yol polisləri hadisə yerindədirlər. Yaralıların Quba və Şabran xəstəxanalarına çatdırılmasına başlanılıb.

63
Teqlər:
yaralılar, Şabran, qəza

Azərbaycanda sutkalıq yoluxma sayı aşağı düşdü

22
Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 717, bu günə qədər isə ümumilikdə 3 300 581 test icra olunub

 

BAKI, 6 may — Sputnik. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 844 yeni yoluxma faktı qeydə alınıb, 2 057 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 18 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 324 685 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 301 006 nəfər müalicə olunaraq sağalıb, 4 635 nəfər vəfat edib. 19 044 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 717, bu günə qədər isə ümumilikdə 3 300 581 test icra olunub.

22