Əli qandallanmış kişi polis bölməsində, arxiv şəkli

Vəzifəli şəxsin qanunsuz əməlləri ifşa olunub

54
(Yenilənib 14:22 19.04.2021)
İş üzrə toplanan kifayət qədər sübutlar əsasında Akif Dəmirova 17 aprel 2021-ci il tarixdə CM-in 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə ittiham elan edilib və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

BAKI, 19 aprel — Sputnik. İsmayıllı rayonu Keyvəndi bələdiyyəsinin sədri Dəmirov Akif Balaməmməd oğlunun qanunsuz əməlləri ilə əlaqədar həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Baş Prokurorluqdan Sputnik Azərbaycan-a verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri ilə Akif Dəmirov qeyd olunan vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək meşə ərazisində torpağın faydalı üst münbit qatının qanunsuz olaraq daşınmasına köməklik göstərilməsi ilə əlaqədar ona müraciət etmiş şəxsdən aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda pul vəsaitini alarkən cinayət başında yaxalanıb.

İş üzrə toplanan kifayət qədər sübutlar əsasında Akif Dəmirova 17 aprel 2021-ci il tarixdə CM-in 178.2.3 (dələduzluq şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4 (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilib və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

54
Taliban hərəkatının üzvü, arxiv şəkli

"Taliban"a qoşulan azərbaycanlılar həbs edildilər - VİDEO

19
(Yenilənib 16:12 07.05.2021)
Onlar əvvəlcə İrana, oradan isə qeyri-leqal yollarla Pakistana keçib və həmin ölkənin Şimali Vəziristan və Uruqzay vilayətlərində "Taliban" hərəkatına tabe olan "Səlahəddin" camaatının tərkibində qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak ediblər.

BAKI, 7 may — Sputnik. Azərbaycan Respublikasının vətəndaşlarının ölkə hüdudlarından kənarda, digər dövlətlərin ərazisindəki qanunsuz silahlı birləşmələrin tərkibində iştirak etmələri ilə əlaqədar toplanmış materiallar əsasında əməliyyat-istintaq tədbirləri aparılıb.

Sputnik Azərbaycan-a DTX-dan daxil olan məlumatda bildirilir ki, araşdırmalar nəticəsində, Azərbaycan Respublikasının vətəndaşları – 1977-ci il təvəllüdlü Məmmədov Yəhya Şərməddin oğlunun, 1985-ci il təvəllüdlü Cəbiyev Elnur Güloğlan oğlunun və qeyrilərinin ölkə hüdudlarından kənarda aparılan münaqişələrdə qanunsuz silahlı birləşmələrin tərkibində iştiraklarına dair əsaslı şübhələr müəyyən edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Yəhya Məmmədov və Elnur Cəbiyevin müvafiq olaraq 2010-cu ilin noyabr və dekabr aylarında ölkəni tərk edərək əvvəlcə İran İslam Respublikasına, oradan isə qeyri-leqal yollarla Pakistan İslam Respublikasına keçdikləri və həmin ölkənin Şimali Vəziristan və Uruqzay vilayətlərində "Taliban" hərəkatına tabe olan "Səlahəddin" camaatının tərkibində qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak etdikləri məlum olmuşdur.

Qeyd olunan faktlarla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə Yəhya Məmmədov və Elnur Cəbiyev saxlanılaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasından kənarda qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunmuş və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Hər iki şəxs törətdikləri cinayət əməllərini etiraf edərək səmimi peşmanlıq hissi keçirdiklərini bildirmişlər.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

* Taliban - 1994-cü ildə yaranan və 1996–2004-cü illər arası Əfqanıstanın bütün ərazisini idarə etmiş hərəkatdır. 2003-сü ildə BMT TŞ tərəfindən terror təşkilatı kimi tanınıb. 

19
Teqlər:
video, həbs, azərbaycanlılar, Pakistan, İran, "Taliban" hərəkatı
Təcili yardım avtomobili, arxiv şəkli

İcra başçısının ailəsindən bağ evindəki ölümlə bağlı açıqlama - YENİ TƏFƏRRÜAT

50
(Yenilənib 15:18 07.05.2021)
Faktla bağlı Baş Prokurorluğun Mətbuat xidmətinə sorğu ilə müraciət edilib. Xidmət rəhbəri Günay Səlimzadə bildirib ki, intiharla bağlı Xəzər Rayon Prokurorluğunda hazırda araşdırma aparılır və hələlik fakta görə cinayət işi başlanılmayıb.

BAKI, 7 may — Sputnik. Yevlax rayon icra başçısı Anar Tağıyevin ailəsi ona məxsus evdə asılmış meyitin tapılması haqda yayılan informasiyalara münasibət bildirib. Sputnik Azərbaycan-ın xəbərinə görə, ailədən verilən məlumatda bildirilib ki, həmin evin Anar Tağıyevə heç bir aidiyyəti yoxdur: “Həmin ev Sovet dövründə tikilmiş kiçik bir bağ evidir. Ümumi sahəsi də 12 sotdur. Burada heç bir imarətdən söhbət gedə bilməz. Bu ev Anar Tağıyevə yox, onun atasına aiddir".
Bildirilib ki, intihar etmiş gözətçi Ruslan Səmədov uzun illərdir o evdə yaşayaraq qaravolçuluq edib: "Onun ailəsi ilə məişət zəminində problemləri olub və bu səbəbdən də intihar edib".
Ailə hesab edir ki, bunu A.Tağıyevin imarətində ölüm halı kimi təqdim etmək doğru deyil: "Mərhum R.Səmədovun vəfatından istifadə edib məsələni siyasiləşdirmək düzgün yanaşma sayılmır”.
Qeyd edək ki, daha öncə yayılmış xəbərdə intiharın icra başçısının Mərdəkan qəsəbəsində, Köhnə Qoşa Qala restoranının arxasında yerləşən imarətində qeydə alındığı deyilirdi.

--------

13:45

Bakının Mərdəkan qəsəbəsində, Köhnə Qoşa Qala restoranın arxasında yerləşən dəbdəbəli imarətlərdən birində asılmış vəziyyətdə kişi meyiti aşkar olunub.

Sputnik Azərbaycan "Yeni Müsavat"a istinadən xəbərinə görə, mayın 5-dən 6-na keçən gecə bu haqda Xəzər Rayon Prokurorluğuna məlumat daxil olub. Dərhal hadisə yerinə istintaq-əməliyyat qrupu göndərilib.

Araşdırmalar zamanı məlum olub ki, meyiti asılmış vəziyyətdə aşkar olunan şəxs imarətin gözətçisi, 1988-ci il təvəllüdlü Ruslan İnqilab oğlu Səmədovdur. İmarət sahibi isə Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyevdir. Daxil olan məlumata görə, icra başçısı hüquq-mühafizə orqanlarına gözətçininin müəmmalı ölümü ilə bağlı ehtimallarının olmadığını deyib.

Müəmmalı ölümlə bağlı Baş Prokurorluğun Mətbuat xidmətinə sorğu ilə müraciət edilib. Xidmət rəhbəri Günay Səlimzadə bildirib ki, intiharla bağlı Xəzər Rayon Prokurorluğunda hazırda araşdırma aparılır və hələlik fakta görə cinayət işi başlanılmayıb.

Qeyd edək ki, Anar Aqil oğlu Tağıyev 2019-cu ilin oktyabrında Yevlaxın icra başçısı təyin olunub. O, sözügedən təyinata qədər Nəsimi rayon icra başçısının müavini vəzifəsində çalışıb.

50

Moskvada keçiriləcək Qələbə paradının məşq prosesindən kadrlar

0
Qələbə Günü Moskvanın baş meydanında çoxsaylı qonaqların qarşısında yürüşdən əvvəl parad heyəti və texnika dəfələrlə məşq prosesinə cəlb olunur.

9 May - Qələbə Günü münasibətilə Rusiya paytaxtındakı Qızıl Meydanda növbəti təntənəli parad keçiriləcək. Hər il paradda Rusiya Federasiyasının müxtəlif qoşun növlərinin minlərlə hərbçisi iştirak edir və çoxlu sayda hərbi texnika nümayiş etdirilir. Rusiya Federasiyası Prezidentinin izlədiyi parada digər ölkələrdən də yüksək səviyyəli qonaqlar qatılırlar. Qələbə paradına, həmçinin faşizmə qarşı mübarizədə iştirak etmiş müxtəlif ölkələrin silahlı qüvvələrinin nümayəndələri də vaxtaşırı olaraq dəvət edilirlər. Belə ki, keçən il pandemiya səbəbindən mayda deyil, iyunda baş tutan paradda Azərbaycan ordusunun 75 hərbçidən ibarət heyəti də iştirak edib.

Faşizm üzərində qələbə münasibətilə düzənlənən parada həmişə ciddi səylə və uzun müddət hazırlıq görülür ki, tədbir lazımı səviyyədə keçsin.

Qızıl Meydanda keçiriləcək bu möhtəşəm tədbirdə iştirak edəcək parad heyətinin və texnikanın məşq prosesi –Sputnik Azərbaycan-ın fotolentində.

0
  • © Sputnik / Evgeny Odinokov

    Moskvada Böyük Vətən Müharibəsində Qələbinin 76 illiyinə həsr olunmuş hərbi parada hazırlıq.

  • © Sputnik / Evgeny Odinokov

    Moskvada Böyük Vətən Müharibəsində Qələbinin 76 illiyinə həsr olunmuş hərbi parada hazırlıq.

  • © Sputnik / Evgeny Biyatov

    Moskvada Böyük Vətən Müharibəsində Qələbinin 76 illiyinə həsr olunmuş hərbi parada hazırlıq.

  • © Sputnik / Ramil Sitdikov

    Moskvada Böyük Vətən Müharibəsində Qələbinin 76 illiyinə həsr olunmuş hərbi parada hazırlıq.

  • © AP Photo / Alexander Zemlianichenko

    Moskvada Böyük Vətən Müharibəsində Qələbinin 76 illiyinə həsr olunmuş hərbi parada hazırlıq.

  • © Sputnik / Evgeny Odinokov

    Moskvada Böyük Vətən Müharibəsində Qələbinin 76 illiyinə həsr olunmuş hərbi parada hazırlıq.

  • © Sputnik / Ramil Sitdikov

    Moskvada Böyük Vətən Müharibəsində Qələbinin 76 illiyinə həsr olunmuş hərbi parada hazırlıq.

  • © Sputnik / Pavel Bednyakov

    Moskvada Böyük Vətən Müharibəsində Qələbinin 76 illiyinə həsr olunmuş hərbi parada hazırlıq.

  • © Sputnik / Ramil Sitdikov

    Moskvada Böyük Vətən Müharibəsində Qələbinin 76 illiyinə həsr olunmuş hərbi parada hazırlıq.

  • © REUTERS / Maxim Shemetov

    Moskvada Böyük Vətən Müharibəsində Qələbinin 76 illiyinə həsr olunmuş hərbi parada hazırlıq.

  • © Sputnik / Vladimir Astapkovich

    Moskvada Böyük Vətən Müharibəsində Qələbinin 76 illiyinə həsr olunmuş hərbi parada hazırlıq.

  • © Sputnik / Kirill Kallinikov

  • © AFP 2021 / Alexander Nemenov

    Moskvada Böyük Vətən Müharibəsində Qələbinin 76 illiyinə həsr olunmuş hərbi parada hazırlıq.

  • © Sputnik / Alexander Vilf

    Moskvada Böyük Vətən Müharibəsində Qələbinin 76 illiyinə həsr olunmuş hərbi parada hazırlıq.

  • © AFP 2021 / Kirill Kudryavtsev