Təcili tibbi yardım avtomobili, arxiv şəkli

Ağsuda polis azyaşlını öldürüb

50
Hadisəni törədən Kərimov Cavid Nəriman oğlu  BDYP-nin 3-cü tağımında polis serjantı vəzifəsində işləyir.

Rəşad Kərəmoğlu, Sputnik Azərbaycan

BAKI, 14 aprel — Sputnik. Ağsuda piyadanın ölümü ilə nəticələnən  yol qəzası qeydə alınıb. Sputnik Azərbaycan-ın məlumatına görə, şəhərin  H.Əliyev prospekti istiqamətində hərəkətdə olan Ağsu rayon sakini Cavid Kərimov idarə etdiyi DYP-yə məxsus avtomobillə yolu keçmək istəyən rayon sakini, 10 yaşlı Məhərrəmli Nəzrin Səbuhi qızını vurub.

Hadisədən sonra yaralı  rayon Mərkəzi xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, hadisəni törədən Kərimov Cavid Nəriman oğlu  BDYP-nin 3-cü tağımında polis serjantı vəzifəsində işləyir.

 

50
Teqlər:
ölüm, azyaşlı, polis, qəza, Ağsu
 Azərbaycan Respublikasının Baş Prokurorluğu

Prokurorluq intihar hadisəsinə aydınlıq gətirdi

9
(Yenilənib 15:54 17.05.2021)
Araşdırma üzrə məhkəmə tibb ekpertizası təyin olunub, digər zəruri prosesual hərəkətlər həyata keçirilib. Hazırda Binəqədi Rayon Prokurorluğunda araşdırma davam etdirilir

BAKI, 17 may — Sputnik. Binəqədi rayon sakini Mahir Sultanov intihar edib. Bu barədə Sputnik Azərbaycan-ın sorğusuna Baş Prokurorluğun Mətbuat xidmətindən cavab verilib. Bildirilib ki, "mayın 17-də saat 07 radələrində paytaxtın Binəqədi rayon sakini Mahir Sultanovun yaşadığı mənzildə turnikə bərkidilmiş kəndirlə özünü asaraq öldürməsi barədə Binəqədi Rayon Prokurorluğuna məlumat daxil olub". Prokurorluq əməkdaşları tərəfindən məhkəmə tibbi ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Araşdırma üzrə məhkəmə tibb ekpertizası təyin olunub, digər zəruri prosesual hərəkətlər həyata keçirilib. Hazırda Binəqədi Rayon Prokurorluğunda araşdırma davam etdirilir.

9
Göygöl Milli Parkında

Sabahdan hava dəyişir - XƏBƏRDARLIQ

13
(Yenilənib 14:18 17.05.2021)
Azərbaycanın şimal və qərb rayonlarında mayın 18-i gündüz əsasən şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir

BAKI, 17 may — Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, cənub küləyi əsəcək, gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-20, gündüz 23-28, Bakıda gecə 17-19, gündüz 25-27 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 754 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 30-34, dağlarda gecə 11-16, gündüz 18-23 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 18-də gündüz Abşeron yarımadasında mülayim xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

13
Bakubus avtobusu, arxiv şəkli

Paytaxt marşrutlarının 50 faizi yenilənib

0
Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli deyib ki, hazırda avtobus parklarının yenilənməsi ilə bağlı işlər davam etdirilir.

BAKI, 17 may — Sputnik. Bakıda sərnişindaşımada fəaliyyət göstərən marşrut xətlərindəki avtobusların 50 faizi yenilənib. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

O bildirib ki, hazırda avtobus parklarının yenilənməsi ilə bağlı işlər davam etdirilir: "Yenilənən avtobusların 74 faizi daha ekoloji təmiz olan sıxılmış qazla işləyir".

Qeyd edək ki, mayın 17-dən 20-dək daha 7 müntəzəm marşrut xətti üzrə avtobuslar nağdsız ödəniş sisteminə inteqrasiya edilir. Belə ki, 17.05.2021-ci il tarixində 29 və 81, 18.05.2021-ci il tarixində 71 və 83, 19.05.2021-ci il tarixində 53 və 66, 20.05.2021-ci il tarixində 31 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobuslarda gediş haqqı "BakıKart" vasitəsilə ödəniləcək. Bununla da "BakıKart" sisteminə inteqrasiya edilən marşrutların sayı 60-a çatacaq.

M8 ekspress marşrut xətti (Maştağa qəsəbəsi - "Gənclik" metro stansiyası)isə bu gün adi rejimə keçirib. Marşrutda gediş haqqı tarifi 0.40 AZN-dən 0.35 AZN-ə dəyişdirilib.

Eləcə də oxuyun:

Bakı-Xırdalan-Sumqayıt qatarında sıxlığın səbəbi açıqlandı

* Səlahiyyətsiz sürücülər və qanunçul BNA - Sonda əzab çəkən yenə sərnişin olur

0
Teqlər:
yenilənmə, marşrut, Bakı, lüks avtobus, avtobus