Kür çayı, arxiv şəkli

Kürdə batan bacı-qardaşdan birinin meyiti tapılıb - YENİLƏNİB

40
2000-ci il təvəllüdlü Hüseynli Məryəm Şahin qızının və 2016-cı il təvəllüdlü Hüseynli Hüseyn Şahin oğlunun batması barədə məlumat daxil olub.

BAKI, 10 aprel — Sputnik. Kür çayında batan şəxslərdən birinin meyiti tapılıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə APA xəbər yayıb. Aparılan axtarış işləri nəticəsində 2000-ci il təvəllüdlü Hüseynli Məryəm Şahin qızının meyiti bu gün günorta saatlarında Kür çayında tapılıb.

Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

-------

13:10

Kür çayında batmış 2 nəfərin axtarışları dalğıc-axtarış qrupu tərəfindən davam etdirilir.

Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd edək ki, ötən gün FHN-in "112" qaynar telefon xəttinə, Kür çayının Sabirabad rayonu, Cəngan kəndi ərazisindən keçən hissəsində 2000-ci il təvəllüdlü Hüseynli Məryəm Şahin qızının və 2016-cı il təvəllüdlü Hüseynli Hüseyn Şahin oğlunun batması barədə məlumat daxil olub. FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

40
Qız, arxiv şəkli

Göyçayda 18 yaşlı qızın dayısı tərəfindən öldürüldüyü məlum olub

20
(Yenilənib 16:34 09.05.2021)
Qızın anası, 1980-ci il təvəllüdlü Gülnarə Məmmədovanın övladının meyitini görərək komaya düşdüyü və bu səbəbdən xəstəxananın reanimasiya şöbəsinə yerləşdirildiyi bildirilir.

Rəşad Kərəmoğlu, Sputnik Azərbaycan

BAKI, 9 may — Sputnik. Göyçayda dayı 18 yaşlı bacısı qızını öldürüb.

İlkin məlumata görə, Göyçay rayon Bığır kənd sakini, 2003-cü il təvəllüdlü Məmmədova Fatimə Murtuz qızı gecə saatlarında 32 yaşlı dayısı Bədəlov Vüqar Məhəmməd oğlu tərəfindən öldürülüb. Hadisədən sonra qızın dayısı Vüqar Bədəlov bacısı qızının dəm qazından zəhərləndiyini barədə təcili tibbi yardıma məlumat verib. Məhkəmə tibbi ekspertiza və istintaq araşdırması zamanı qızın boğularaq öldürüldüyü məlum olub. Məhz bu səbəbdən Bığır kənd sakini Vüqar Bədəlov hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.

Hadisədən sonra qızın anası, 1980-ci il təvəllüdlü Gülnarə Məmmədova komaya düşüb və hazırda Göyçay rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsində müalicə alır.

Faktla bağlı araşdırma aparılır.

20

Sabah Bakıda güclü külək əsəcək, yağış yağacaq

6
Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

BAKI, 9 may - Sputnik. Bakıda və Abşeron yarımadasında mayın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.

Havanın temperaturu gecə 11-13 dərəcə isti, gündüz 13-15 dərəcə isti olacaq. Bakıda gecə 11-13 dərəcə isti, gündüz 13-15 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 , gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə güclü olacaq.

Havanın temperaturu gecə 9-13 dərəcə isti, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 3-7 dərəcə isti, gündüz 7-12 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

6

Moskvada Qələbə gününə həsr edilmiş hərbi parad - FOTOLENT

0
  • Ruisya Müdafiə Naziri Sergey Şoyqu Moskvada Böyük Vətən Müharibəsində Qələbənin 76-cı ildönümünə həsr olunmuş paradda.
  • Rusiya Prezidenti Vladimir Putin Moskvada Böyük Vətən Müharibəsində Qələbənin 76-cı ildönümünə həsr olunmuş paradda çıxışı zamanı.
  • Moskvada Böyük Vətən Müharibəsində Qələbənin 76-cı ildönümünə həsr olunmuş paraddan sonra hərbi qulluqçu ilə qız.
Rusiya paytxtında keçirilmiş Qələbə gününə həsr edilmiş hərbi paraddan möhtəşəm görüntüləri təqdim edirik.

Bu gün Böyük Vətən müharibəsindəki qələbənin 76-cı ildönümünü qeyd edilir. Ənənəyə uyğun olaraq Moskvada Qızıl meydanda Qələbə paradı keçirilib.

Şəxsi heyətin və zirehli texnikanın sayına görə bu parad ötənilki yubiley tədbirindən kiçik olub. Ötən il meydandan 14 min  hərbçi keçmişdisə, bu il onların sayı 12,5 min olub. Keçən il tədbirdə 200-dən artıq hərbi maşın iştirak etmişdi, bu il onların sayı 190 olub.

Moskvanın üzərindən 76 təyyarə və helikopter uçub.

 

0
  • © Sputnik / Evgeny Odinokov

    Moskvada Böyük Vətən Müharibəsində Qələbənin 76-cı ildönümünə həsr olunmuş parad.

  • Ruisya Müdafiə Naziri Sergey Şoyqu Moskvada Böyük Vətən Müharibəsində Qələbənin 76-cı ildönümünə həsr olunmuş paradda.
    © Sputnik / Evgeny Biyatov

    Ruisya Müdafiə Naziri Sergey Şoyqu Moskvada Böyük Vətən Müharibəsində Qələbənin 76-cı ildönümünə həsr olunmuş paradda.

  • © Sputnik / Ramil Sitdikov

    Böyük Vətən Müharibəsinin veteranları Moskvada paradın keçirildiyi Qızıl meydanda.

  • © Sputnik / Evgeny Biyatov

    Moskvada Böyük Vətən Müharibəsində Qələbənin 76-cı ildönümünə həsr olunmuş parad.

  • © Sputnik / Alexey Filippov

    Su-25BM təyyarələri Moskvada Böyük Vətən Müharibəsində Qələbənin 76-cı ildönümünə həsr olunmuş paradda.

  • © Sputnik / Sergey Pyatakov

    Hərbi qulluqçular Moskvada Maksim Qorki adına parkda Böyük Vətən Müharibəsində Qələbənin 76-cı ildönümünün qeyd edirlər.

  • © Sputnik / Ramil Sitdikov

    Moskvada Böyük Vətən Müharibəsində Qələbənin 76-cı ildönümünə həsr olunmuş parad.

  • © Sputnik / Pavel Bednyakov

    Mi-8 çoxhədəfli helikopterlər Moskvada Böyük Vətən Müharibəsində Qələbənin 76-cı ildönümünə həsr olunmuş paradda.

  • © Sputnik / Ramil Sitdikov

    Moskvada Böyük Vətən Müharibəsində Qələbənin 76-cı ildönümünə həsr olunmuş paradı binokl ilə izləyən uşaq.

  • Rusiya Prezidenti Vladimir Putin Moskvada Böyük Vətən Müharibəsində Qələbənin 76-cı ildönümünə həsr olunmuş paradda çıxışı zamanı.
    © Sputnik / Dmitry Astakhov

    Rusiya Prezidenti Vladimir Putin Moskvada Böyük Vətən Müharibəsində Qələbənin 76-cı ildönümünə həsr olunmuş paradda çıxışı zamanı.

  • © Sputnik / Ramil Sitdikov

    Moskvada Böyük Vətən Müharibəsində Qələbənin 76-cı ildönümünə həsr olunmuş parad.

  • © Sputnik / Sergey Guneev

    Moskvada Böyük Vətən Müharibəsində Qələbənin 76-cı ildönümünə həsr olunmuş parad.

  • © Sputnik / Evgeny Biyatov

    Moskvada Böyük Vətən Müharibəsində Qələbənin 76-cı ildönümünə həsr olunmuş paradda T-34-85 tankları.

  • © Sputnik / Sergey Pyatakov

    Böyük Vətən Müharibəsi veteranı Rıtova Rimma Vasilyevna Moskvada Böyük Vətən Müharibəsində Qələbənin 76-cı ildönümünü qeyd edir.

  • © Sputnik / Michael Metzel

    Rusiya Prezidenti Vladimir Putin və Tacikistan Prezidenti Emoməli Rəhmon Alkesandr bağında Naməlum Əsgərin məzarına gül qoyurlar.

  • © Sputnik / Alexander Wilf

    Moskvada Böyük Vətən Müharibəsində Qələbənin 76-cı ildönümünə həsr olunmuş paradda İl-78 yanacaq doldurma təyyarəsi və Tu-95MS strateji bombarmançı "Moskva Siti" biznes mərkəzinin üzərindən uçurular.

  • Moskvada Böyük Vətən Müharibəsində Qələbənin 76-cı ildönümünə həsr olunmuş paraddan sonra hərbi qulluqçu ilə qız.
    © Sputnik / Ramil Sitdikov

    Moskvada Böyük Vətən Müharibəsində Qələbənin 76-cı ildönümünə həsr olunmuş paraddan sonra hərbi qulluqçu ilə qız.

  • © Sputnik / Evgeny Odinokov

    Moskvada Böyük Vətən Müharibəsində Qələbənin 76-cı ildönümünə həsr olunmuş paradda hərbi qulluqçu.