Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda gəmidə yanğın olub - YENİLƏNİB

© Sputnik / Semen Apasov / Mediabanka keçidСудно "Yeruslan" горит у берегов Владивостока в акватории Амурского залива
Судно Yeruslan горит у берегов Владивостока в акватории Амурского залива - Sputnik Azərbaycan, 1920, 10.04.2021
Abunə olmaq
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunublar.

BAKI, 10 aprel — Sputnik. Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsində yanalma körpüsündə doğranmaqda olan gəmidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə FHN-in saytı məlumat yayıb.

--------

10:35

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsində yanalma körpüsündə doğranmaqda olan gəmidə yanğın olması barədə məlumat daxil olub.

Sputnik Azərbaycan-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Xəbər lenti
0