Şəkidə yol-nəqliyyat hadisəsi

Yük maşını minik avtomobili ilə toqquşdu, xəsarət alanlar var - FOTO

7
(Yenilənib 12:53 08.04.2021)
Gülnar İzzət qızı Ramazanova aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

İbrahim Həşimov, Sputnik Azərbaycan

BAKI, 8 aprel — Sputnik. Şəkidə yük maşını minik avtomobili ilə toqquşub, iki nəfər xəsarət alıb. Sputnik Azərbaycan-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında Salman Mümtaz küçəsi ilə Məzahir Abbasov küçəsinin kəişməsində verib. Taryel Həbubullayevin idarəetdiyi “Zil 132” markalı, 32 BB 008 dövlət nömrə nişanlı yük maşını “VAZ 2106” markalı 34 BE 933 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub.

© Sputnik / Ibrahim Hashimov
Şəkidə yol-nəqliyyat hadisəsi

Qəza zamanı minik avtomobilinin sürücüsü yüngül xəsarət alsa da, avtomobildə olan sərnişin Gülnar İzzət qızı Ramazanova aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

7

Samuxda reyddə 15 nəfər sürücü inzibati məsuliyyətə cəlb edildi

211
(Yenilənib 08:33 18.04.2021)
Reydlərin keçirilməsində məqsəd avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısını almaqdır.

BAKI, 18 aprel - Sputnik. Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində nəqliyyatın sıx olduğu yerlərdə “Təmiz hava” aylığı ilə əlaqədar reyd keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, reydlərin keçirilməsində məqsəd avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısını almaqdır.

Rayonun müxtəlif ərazilərində təşkil olunan reyd zamanı yol polisi əməkdaşları sürücülərin bir daha diqqətinə çatdırıblar ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər. Reyd zamanı 15 nəfər sürücü inzibati məsuliyyətə cəlb edilib.

211
Qandal, arxiv şəkli

Keçmiş komitə sədri Nazim İbrahimovun qardaşı həbs olundu

9
Hazırda Sahib İbrahimovun digər qanunsuz hərəkətləri barədə daxil olmuş çoxsaylı müraciətlər əsasında intensiv istintaq hərəkətləri aparılır.

BAKI, 17 aprel - Sputnik. Bakı şəhəri Xətai rayon məhkəməsinin "STS" şirkəti, "Sahil-D Kompani" MMC-nin təsisçisi, dələduzluq faktlarına görə əvvəllər məhkum edilmiş İbrahimov Sahib Hüseyn oğlunun yenidən oxşar xarakterli cinayət əməlləri törətməsinə dair xüsusi qərardadı əsasında 2021-ci ilin yanvar ayından başlayaraq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən məlumat verilib.

Eyni zamanda, həmin özəl təşkilatların vəzifəli şəxsləri barəsində kommersiya bankından daxil olmuş materiallar da qeyd edilən cinayət işinə əlavə edilməklə iş üzrə zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.

Cinayət işi üzrə aparılmış istintaq-əməliyyat tədbirləri ilə "STS" şirkəti və "Sahil-D Kompani" MMC-nin təsisçisi Sahib İbrahimovun qeyd edilən təşkilatların digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olaraq verdiyi tapşırıqlar əsasında əvvəlcədən vəd edilmiş əmlakı alıcıya vermək niyyəti olmadan tikintisi aparılan binalarda qeyri-yaşayış sahələrinin satılması görüntüsünü yaratmaq məqsədi ilə yalan vəd verərək saxta sənədlərin tərtib edilməsi yolu ilə ayrı-ayrı vaxtlarda vətəndaşdan ümumilikdə 1 milyon 735 min manat məbləğində pul vəsaitini alaraq şəxsi ehtiyaclarına sərf etməsinə, rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Bundan başqa, Sahib İbrahimovun xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə fərdi sahibkar kimi tikinti işlərinin aparılması üçün xərclərin ödənilməsi adı ilə kommersiya bankından 300 min manat məbləğində pul vəsaitini ələ keçirib şəxsi ehtiyaclarına sərf edərək təkrarən dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında, 17 aprel 2021-ci il tarixdə Sahib İbrahimova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilmiş, sonuncu istintaq orqanının çağırışlarına gəlmədiyindən və müxtəlif üsullarla ibtidai istintaqın normal gedişinə mane olduğundan məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda Sahib İbrahimovun digər qanunsuz hərəkətləri barədə daxil olmuş çoxsaylı müraciətlər əsasında intensiv istintaq hərəkətləri aparılır.

İstintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, Sahib İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun qardaşıdır. Sahib İbrahimov bir müddət ATV şirkətinin prezidenti olub. 

9
Yaşlı qadın, arxiv şəkli

Azərbaycanda pensiya yaşı aşağı salınmalıdır - ekspert "islahat"ı əsassız hesab edir

5
"Pensiya yaşı artırmağa məcbur qalan ölkələrin demoqrafik dalğaları zəif olduğu üçün onlar məcburən yaşın artırılması yolu ilə müəyyən dərəcədə işçi, əmək bazarı problemini həll etməyə çalışırlar. Azərbaycanda isə buna ehtiyac yox idi", - Natiq Cəfərli.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 18 aprel — Sputnik. Azərbaycanda 65 yaşa çatmadan ölənlərin sayı yüksəkdir. Dövlət Statistika Komitəsinin son olaraq açıqladığı hesabata görə, ümumilikdə hər iki cinsə görə ölənlərin ümumi sayı 55 min 916 nəfərdir. Statistikaya nəzər yetirdikdə 61-65 yaşadək insanlar arasında ölüm hallarının daha çox olduğunu görə bilərik. Ən çox ölüm halı isə 60-64 yaş aralığında qeydə alınır.

İlk olaraq yaşlar üzrə ölüm statistikasına nəzər yetirək:

1 yaşı tamam olmayanlar -1557

1-4 yaş - 278

5-9 yaş - 254

10-14 yaş - 234

15-19 yaş - 340

20-24 yaş - 449

25-29 yaş - 601

30-34 yaş - 744

35-39 yaş - 918

40-44 yaş - 1246

45-49 yaş - 1916

50-54 yaş - 3025

55-59 yaş - 5135

60-64 yaş - 6214

Bu isə deməkdir ki, bir il ərzində 65 yaşdan daha tez dünyasını dəyişənlərin sayı 22 min 911 nəfərdir. Son açıqlanan statistikaya görə, 33 min nəfər 64 yaşdan sonra dünyasını dəyişir. Bu hesabatlardan belə qənaətə gəlmək olar ki, əhalinin 40 faizi 64 yaşdan daha tez dünyasını dəyişir.

Belə olan halda pensiya yaşının azaldılması necə, məqbuldurmu? Sputnik Azərbaycan olaraq bu məsələyə aydınlıq gətirməyə çalışdıq.

İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bu haqda deyib:

"Pensiya yaşının artırılması ilə bağlı qərar verilərkən də mövqeyimiz ondan ibarət idi ki, Azərbaycanda əmək bazarı və demoqrafiyanı nəzərə alaraq pensiya yaşının artırılmasına ehtiyac yox idi. Bu addımı atmağa məcbur qalan ölkələrin demoqrafik dalğaları zəif olduğu üçün onlar məcburən yaşın artırılması yolu ilə müəyyən dərəcədə işçi, əmək bazarı problemini həll etməyə çalışırlar. Azərbaycanda isə buna ehtiyac yox idi".

Ekspert qeyd edib ki, indi də gec deyil. Pensiya yaşı ilə bağlı öncəki təcrübəyə qayıtmaq olar, yəni qadınlar 60, kişilərdə isə 63 yaş pensiya yaşı kimi götürülə bilər.

Cəfərlinin fikrincə, icbari tibbi sığortanın tətbiqinə başlanılıb ki, bu da xəstəliklərin zamanında üzə çıxmasına imkan verəcək.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvi İlham Məmmədov isə Sputnik Azərbaycan-a açıqlamasında fərqli rakursdan çıxış edib. O bildirib ki, yayılan COVID-19 virusu xüsusən 60-65 yaş qrupunu əhatə etdi: "Ümumən Azərbaycanda pensiya yaşı 6 ay müddətinə artırılmaqla həyata keçirilir. Artıq pensiya islahatlarının aparılması baş verib".

"Hazırda Azərbaycanda pensiya yaşına baxılması real görünmür. Çünki orta yaş həddinin artırılması və əhalinin sağlamlığının qorunması üçün lazımı addımlar atılıb. Bu səbəbdən düşünmürəm ki, bu məsələ gündəmdə olsun", - deyə millət vəkili əlavə edib.

O bildirir ki, COVID-19 gün ərzində orta hesabla 30 can alır ki, bu zaman da ölənlərin neçəsinin 65 yaşdan yuxarı olması da bir tədqiqat obyekti olmalıdır.

5