CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan sərhədində insident - yaralı var

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidCəbrail rayonunda
Cəbrail rayonunda - Sputnik Azərbaycan, 1920, 04.04.2021
Abunə olmaq
Yaralı sərhəd pozucusuna dərhal ilkin tibbi yardım göstərilib və Füzuli rayonu Diaqnostika Mərkəzinə təxliyəsi təşkil olunub.

BAKI, 4 aprel - Sputnik. Azərbaycan sərhədində insident baş verib.

Bu gün saat 06:15 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının “Horadiz” sərhəd dəstə­si­nin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığındakı sərhəd zasta­va­sı­nın xidməti ərazisində sərhəd naryadı tərəfindən 2 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamə­tində döv­lət sərhədini pozması müşahidə olunub.

Sputnik Azərbaycan bildirir ki, DSX-nın yaydığı məlumata görə, sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb və xid­məti əra­zi tam qapadıl­ıb. Sərhəd naryadının “dayan” əmrini icra etməyərək geriyə qaçan sərhəd pozucularına qarşı “Azərbaycan Respublikasının dövlət sərhəd haqqında” Azərbay­can Respublikası Qanunun tələblərinə tam uyğun olaraq silah tətbiq edilib. Sərhəd pozucularından biri yaralanıb, digəri isə hadisə yerindən qaçaraq müqabil əraziyə keç­ib.

Yaralı sərhəd pozucusuna dərhal ilkin tibbi yardım göstərilib və Füzuli rayonu Diaqnostika Mərkəzinə təxliyəsi təşkil olunub.

Hadisə yerində 2 bağlamada ümumi çəkisi 5,3 kq narkotikə bənzər maddələr aşkar olunub. Hadisə ilə əlaqədar cinayət işi başlanılıb, zəruri əməliyyat-is­tintaq hə­rə­kət­ləri həyata keçirilir. 

Xəbər lenti
0