Lənkəranda yük avtomobili yeniyetməni vurub qaçıb

19
(Yenilənib 21:18 28.03.2021)
Piyadanı vuraraq köməksiz vəziyyətdə qalmasına səbəb olan avtomobilin “Qazel” markalı yük maşını olduğu deyilir.

BAKI, 28 mart - Sputnik. Lənkəran şəhərində bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına əsasən, hadisə Göyşaban dairəsi ərazisində qeydə alınıb.

Belə ki, Göyşaban kənd sakini, 2008-ci il təvəllüdlü Dadaşov Məhəmmədəli Anar oğlunu avtomobil vuraraq hadisə yerindən uzaqlaşıb.

Piyadanı vuraraq köməksiz vəziyyətdə qalmasına səbəb olan avtomobilin “Qazel” markalı yük maşını olduğu deyilir.

Yaralı travmatik şok diaqnozu ilə Lənkəran rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hadisəni törədən sürücünün tapılması istiqamətində zəruri tədbirlər görülür.

19

Yasamal rayonunda avtomobilə atəş açılıb

663
İdarəetməni itirən sürücü nəqliyyat vasitəsini dərədən aşağı aşırıb. Hadisə yerinə Yasamal Rayon Polis İdarəsi və 29-cu Polis Şöbəsinin əməkdaşları cəlb edilib.

BAKI, 12 aprel - Sputnik. Bakının Yasamal rayonunda silahlı insident baş verib.

APA xəbər verir ki, hadisə Yeni Yaşamal yaşayış massivində qeydə alınıb.

Əsəd Əhmədov küçəsində 99-VH-886 dövlət nişanlı "Chevrolet" markalı avtomobilə atəş açılıb. İdarəetməni itirən sürücü nəqliyyat vasitəsini dərədən aşağı aşırıb. Hadisə yerinə Yasamal Rayon Polis İdarəsi və 29-cu Polis Şöbəsinin əməkdaşları cəlb edilib.

663
Нож в руке мужчины, фото из архива

Qazax sakini həmkəndlisi tərəfindən bıçaqlandı

18
(Yenilənib 00:00 12.04.2021)
37 yaşlı kişini mübahisə zəminində həmkəndlisi bıçaqlayıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

BAKI, 11 aprel - Sputnik. Qazaxda bıçaqlanma hadisəsi baş verib.

APA bildirir ki, hadisə rayonun Şıxlı kəndində qeydə alınıb.

Kənd sakini, 1984-cü il təvəllüdlü Məmmədov Zaur Seyfəddin oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstə dərhal əməliyyat olunub, vəziyyətin kafi olduğu bildirilib.

Məlumata əsasən, 37 yaşlı kişini mübahisə zəminində həmkəndlisi bıçaqlayıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

18
Daxili İşlər Nazirliyinin binası

DİN rəsmisi 16 yaşlı qızla bağlı yayılan məlumatlara aydınlıq gətirdi

0
"Polisin vətəndaşın evinə kamera quraşdırılması ilə bağlı iddiallar cəfəngiyyatdır" - Elşad Hacıyev

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 12 aprel — Sputnik. "Neftçala rayon Mürsəqulu kəndində 16 yaşlı, əqli zəifliyi olan qızla bağlı sosial şəbəkələrdə yayılan iddialardan məlumatlıyıq". 

Sputnik Azərbaycan xəbər verir ki, Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Kütləvi İnformasiya və İctimaiyətlə Əlaqələr Şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev mətbuatın sorğusuna cavabında bildirib ki, bu barədə ötən həftənin əvvəlində Neftçala Rayon Polis Şöbəsinə daxil olan məlumat üzrə dərhal araşdırmalar başlayıb, ekspertiza təyin edilib.

Ekspertizanın nəticəsindən asılı olaraq, qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülüməsi təmin ediləcək. Həmin şəxslə bağlı rayon hüquq-mühafizə orqanları və icra hakimiyyəti tərəfindən bütün zəruri tədbirlər davam etdirilir.

Polisin vətəndaşın evinə kamera quraşdırılması ilə bağlı iddiallar isə cəfəngiyyatdır, həqiqəti əks etdirmir. Hər bir vətəndaşın həyat və sağlamlığı, hüquqları bizim üçün önəmlidir. Bu müzakirə olunmayan gerçəklikdir.

0