Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İtlərin hücumu nəticəsində Göyçayda 10-cu sinif şagirdi ölüb

© Sputnik / Murad OrujovTəcili yardım avtomobili
Təcili yardım avtomobili  - Sputnik Azərbaycan, 1920, 27.03.2021
Abunə olmaq
Həkimlərin səyinə baxmayaraq, gənc oğlanın həyatını xilas etmək mümkün olmayıb. Xəstəxanadan evə gətirilən A. Ömərov ötən gecə yaşadığı evdə dünyasını dəyişib.

Rəşad Kərəmoğlu, Sputnik Azərbaycan

BAKI, 27 mart — Sputnik. Göyçayda faciəvi hadisə baş verib.

İlkin məlumata görə, Göyçay rayon Qarabaqqal kənd sakini, 15 yaşlı Arif Asif Oğlu Ömərov Novruz bayramında gecə radələrində kənddəki evlərin birinə papaq atmaga gedərkən küçədə itlərin hücumuna məruz qalıb. İtlərdən qorxub halı pisləşən yeniyetməni ailə üzvləri Göyçay rayon Mərkəzi Xəstəxanasına aparıblar.

© Sputnik / Rashad KeremogluArif Ömərov
İtlərin hücumu nəticəsində Göyçayda 10-cu sinif şagirdi ölüb - Sputnik Azərbaycan, 1920, 27.03.2021
Arif Ömərov

Həkimlərin səyinə baxmayaraq, gənc oğlanın həyatını xilas etmək mümkün olmayıb. Xəstəxanadan evə gətirilən A. Ömərov ötən gecə yaşadığı evdə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0