Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Tovuzda maşın aşıb, bir ailənin beş üzvü xəsarət alıb

© AFP 2023 / JOEL SAGETАвтомобильная авария, фото из архива
Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920, 26.03.2021
Abunə olmaq
Hadisə nəticəsində maşında olan 5 nəfər - 21 yaşlı Aytac Məmmədov, 70 yaşlı Şöhlə Hüseynova, 20 yaşlı Qorxmaz Məmmədov, 48 yaşlı Lalə Məmmədova və 52 yaşlı Qahirə Qəmbərova xəsarət alıb.

BAKI, 26 mart - Sputnik. Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına əsasən, hadisə Bakı-Qazax magistral yolunun rayonun Aşağı Quşçu kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Hyundai İx 35" markalı minik maşını yoldan çıxaraq aşıb.

Hadisə nəticəsində maşında olan 5 nəfər - 21 yaşlı Aytac Məmmədov, 70 yaşlı Şöhlə Hüseynova, 20 yaşlı Qorxmaz Məmmədov, 48 yaşlı Lalə Məmmədova və 52 yaşlı Qahirə Qəmbərova xəsarət alıb. Xəsarət alanların hamısı bir ailənin üzvüdür.

Onlar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Xəbər lenti
0