Paytaxtda iki aktiv koronavirus xəstəsi ictimai yerdə saxlanılıb

10
Bakı şəhər sakinləri 26 yaşlı E.Talıbova və 57 yaşlı E.Quluzadəyə ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, onların yaşayış yerlərini tərk etdiyi müəyyənləşdirilib.

BAKI, 26 mart - Sputnik. Karantin rejimi tələblərinin təmin edilməsi, koronavirus infeksiyanın ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması məqsədilə daxili işlər orqanlarının əməkdaşları paytaxt ərazisində, eləcə də bölgələrdə nəzarət–profilaktik tədbirləri davam etdirirlər.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, paytaxt ərazisində iki nəfər aktiv koronavirus xəstəsi Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən ictimai yerlərdə aşkar edilərək saxlanılıblar.

Bakı şəhər sakinləri 26 yaşlı E.Talıbova və 57 yaşlı E.Quluzadəyə ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, onların yaşayış yerlərini tərk etdiyi müəyyənləşdirilib.

Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıblar. Həmin şəxslər tibbi prosedurlar gözlənilməklə yaşadıqları evlərə qaytarılıblar. Bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

10

Bakıda minik maşını avtobusa çırpılıb, yaralı var

7
(Yenilənib 23:24 14.04.2021)
Nərimanov rayonunda dayanacaqda saxlamış "Bakubus" MMC-yə məxsus avtobusa yüksək sürətlə hərəkət edən minik maşını çırpılıb.

BAKI, 14 aprel - Sputnik. Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, hadisə Koroğlu Rəhimov küçəsində qeydə alınıb.

“Bakubus” MMC-yə məxsus 13 nömrəli marşut avtobusu dayanacaqda duran zaman yüksək sürətlə hərəkətdə olan “Hyundai” markalı avtomobil ona çırpılıb. Qəza nəticəsində minik avtomobilinin sürücüsü ağır bədən xəsarəti alıb.

Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb ediliblər.

 

7
Teqlər:
"BakuBus" MMC, yaralı, avtobus, qəza
Bıçaq, arxiv şəkli

Ucarda iki nəfər bıçaqlanıb, qadın ölüb

15
(Yenilənib 21:20 14.04.2021)
Həkimlərin müdaxiləsinə baxmayaraq, Validə Kərimova xəstəxanada ölüb. Faktla bağlı Ucar rayon Prokurorluğunda  araşdırma aparılır.

Rəşad Kərəmoğlu, Sputnik Azərbaycan

BAKI, 14 aprel — Sputnik. Ucarda 33 yaşlı qadını bıçaqla öldürüblər.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu gün günorta saatlarında Ucar Mərkəzi Rayon Xəstəxanasına  bıçaq xəsarətləri ilə rayon sakinləri - 1985-ci il təvəllüdlü Kərimova Validə Məzahir qızı və 1988-ci il təvəllüdlü Məmmədov Qasım Fazil oğlu gətiriliblər.

Həkimlərin müdaxiləsinə baxmayaraq, Validə Kərimova xəstəxanada ölüb. Hadisənin hələlik hansı şəraitdə baş verməsi dəqiq məlum deyil.

Faktla bağlı Ucar rayon Prokurorluğunda  araşdırma aparılır.

15
Teqlər:
bıçaqlama, Ucar, qətl
ABŞ prezidneti Co Bayden, arxiv şəkli

Baydenlə Putinin görüşü yaxın həftələrdə baş tuta bilər

0
"Biz Rusiya ilə stabil və təxmin edilən münasibətləri üstün tuturuq. Bu, öz növbəsində kommunikasiya xətlərinin açıq olmasını tələb edir ki, biz baxışlarımız, siyasət, Rusiyanın hərəkətlərinə qarşı etirazımız barədə aydın danışa bilək" - Blinken.

BAKI, 15 aprel - Sputnik. ABŞ Prezidenti Cozef Bayden rusiyalı həmkarı Vladimir Putinə "yaxın həftələrdə" görüşməyi təklif edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib. Bir qədər öncə isə Ağ Ev görüşün yaxın bir neçə ay ərzində baş tuta biləcəyini bildirmişdi.

​"Biz Rusiya ilə stabil və təxmin edilən münasibətləri üstün tuturuq. Bu, öz növbəsində kommunikasiya xətlərinin açıq olmasını tələb edir ki, biz baxışlarımız, siyasət, Rusiyanın hərəkətlərinə qarşı etirazımız barədə aydın danışa bilək. Bu, yanlışlardan qaçmaq üçün vacibdir. Bunu da siz dünən gördünüz: Bayden prezident Putinə zəng vuraraq yaxın həftələrdə görüşməyi təklif etdi", - Blinken Brüsseldə təşkil olunmuş mətbuat konfransında deyib.

0
Teqlər:
görüş, Cozef Bayden, Vladimir Putin