Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Xaçmazda yol qəzası baş verib: Yaralılar xəstəxanaya çatdırılıb

© AP Photo / Ringo H.W. ChiuАвария, фото из архива
Авария, фото из архива - Sputnik Azərbaycan, 1920, 25.03.2021
Abunə olmaq
"Vaz 21099" markalı nəqliyyat vasitəsi ilə "Mitsubishi" markalı avtomaşın toqquşub. Qəza nəticəsində 3 nəfər ağır yaralanıb.

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 25 mart — Sputnik. Xaçmazda iki maşın toqquşub, xəsarət alanlar var.

Hadisə Gəndob-Yalama yolunun Xaçmazın Sabiroba kəndi ərazisindən keçən hissəsində baş verib.

Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, "Vaz 21099" markalı nəqliyyat vasitəsi ilə "Mitsubishi" markalı avtomaşın toqquşub. Qəza nəticəsində 3 nəfər ağır yaralanıb və təcili Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Yaralananlar 31 yaşlı Xaçmaz şəhər sakini Hacıyev Ruslan Aslan oğlu, Bakı şəhər sakini, 21 yaşlı Cəfərova Əfsanə İlkin qızı və 23 yaşlı Yunusov Elnur Tacəddin oğludur.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti
0