CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mingəçevirdə yataqxanada yanğın olub, tüstüdən zəhərlənənlər var

© Sputnik / Murad OrujovFHN yanğınsöndürən
FHN yanğınsöndürən - Sputnik Azərbaycan, 1920, 25.03.2021
Abunə olmaq
Yataqxananın 4-cü mərtəbəsində ümumi sahəsi 15 m² olan otağın yanar konstruksiyaları 10 m² sahədə yanıb.

BAKI, 25 mart - Sputnik. Mingəçevir şəhərində beşmərtəbəli yataqxana binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, yataqxananın 4-cü mərtəbəsində ümumi sahəsi 15 m² olan otağın yanar konstruksiyaları 10 m² sahədə yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib, onlara hadisə yerində ilkin yardım göstərilib.

Otağın qalan hissəsi və digər otaqlar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti
0