Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda avtomobil piyadaları vurub

© AP Photo / Michael ProbstОсколки стекла, архивное фото
Осколки стекла, архивное фото - Sputnik Azərbaycan, 1920, 24.03.2021
Abunə olmaq
Yusif Hacıyevə başın təpə nahiyəsinin, Pərvin Məmmədova isə diz nahiyəsinin əziyi diaqnozları qoyulub.

BAKI, 24 mart - Sputnik. Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Biləcəri qəsəbəsində 1994-cü il təvəllüdlü Məmmədov Pərvin Əzim oğlu və 1999-cu il təvəllüdlü Hacıyev Yusif Sərdar oğlu yolu keçmək istəyərkən avtomobil onları vurub.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Y.Hacıyevə başın təpə nahiyəsinin, P.Məmmədova isə diz nahiyəsinin əziyi diaqnozları qoyulub.

Xəbər lenti
0