Rəşad Kərəmoğlu, Sputnik Azərbaycan
BAKI, 23 mart — Sputnik. Kürdəmirdə yol qəzası zamanı bir nəfər ölüb, dörd nəfər yaralanıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, hadisə günorta saatlarında Bakı-Qazax avtomobil yolunun Kürdəmirdən keçən ərazisində baş verib. İlkin məlumata görə, Ağsu rayon sakini, 28 yaşlı Səbuhi Cəfərov "VAZ 2106" markalı avtomaşınla yolda hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq su kanalına aşıb.
Avtomobildə olan sərnişinlərdən biri - Ağsu rayon sakini, 56 yaşlı İrayə Cəfərova hadisə yerində ölüb. Digər sərnişinlər - Ağsu rayon sakinləri, 34 yaşlı Mehriban Cəfərova, Sona Qasımova və azyaşlılar - Pünhan Mənsur oğlu və Zəhra Qasımova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı YPX tərəfindən araşdırma aparılır.
BAKI, 14 aprel - Sputnik. Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, hadisə Koroğlu Rəhimov küçəsində qeydə alınıb.
“Bakubus” MMC-yə məxsus 13 nömrəli marşut avtobusu dayanacaqda duran zaman yüksək sürətlə hərəkətdə olan “Hyundai” markalı avtomobil ona çırpılıb. Qəza nəticəsində minik avtomobilinin sürücüsü ağır bədən xəsarəti alıb.
Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb ediliblər.
Rəşad Kərəmoğlu, Sputnik Azərbaycan
BAKI, 14 aprel — Sputnik. Ucarda 33 yaşlı qadını bıçaqla öldürüblər.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu gün günorta saatlarında Ucar Mərkəzi Rayon Xəstəxanasına bıçaq xəsarətləri ilə rayon sakinləri - 1985-ci il təvəllüdlü Kərimova Validə Məzahir qızı və 1988-ci il təvəllüdlü Məmmədov Qasım Fazil oğlu gətiriliblər.
Həkimlərin müdaxiləsinə baxmayaraq, Validə Kərimova xəstəxanada ölüb. Hadisənin hələlik hansı şəraitdə baş verməsi dəqiq məlum deyil.
Faktla bağlı Ucar rayon Prokurorluğunda araşdırma aparılır.
BAKI, 15 aprel - Sputnik. ABŞ Prezidenti Cozef Bayden rusiyalı həmkarı Vladimir Putinə "yaxın həftələrdə" görüşməyi təklif edib.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib. Bir qədər öncə isə Ağ Ev görüşün yaxın bir neçə ay ərzində baş tuta biləcəyini bildirmişdi.
RUSSIA: Jen Psaki jokes with a reporter about a possible meeting between President Biden and Vladimir Putin pic.twitter.com/6HpEEiaPCA
— Forbes (@Forbes) April 13, 2021
"Biz Rusiya ilə stabil və təxmin edilən münasibətləri üstün tuturuq. Bu, öz növbəsində kommunikasiya xətlərinin açıq olmasını tələb edir ki, biz baxışlarımız, siyasət, Rusiyanın hərəkətlərinə qarşı etirazımız barədə aydın danışa bilək. Bu, yanlışlardan qaçmaq üçün vacibdir. Bunu da siz dünən gördünüz: Bayden prezident Putinə zəng vuraraq yaxın həftələrdə görüşməyi təklif etdi", - Blinken Brüsseldə təşkil olunmuş mətbuat konfransında deyib.