Qayıqçılar intiharın qarşısını aldılar

8
(Yenilənib 15:31 22.03.2021)
Qayıqçılar - Qardaşəli İmanov və Fərid Əkbərov - batmaq üzrə olan şəxsi sahilə çıxararaq həkim briqadasına təhvil veriblər

BAKI, 22 mart - Sputnik. Mingəçevirdə intihara cəhd olub. Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, yaşlı kişi özünü Kür çayı üzərindəki körpüdən atıb.

Yaxınlıqdakı qayıqçılar - Qardaşəli İmanov Fərid Əkbərov - batmaq üzrə olan şəxsi sahilə çıxararaq həkim briqadasına təhvil veriblər. 

Xəstəxanaya yerləşdirilən kişinin kimliyi məlum olub. O, 1954-cü il təvəllüdlü şəhər sakini Bayramov Qəzənfər Əlləz oğludur. Q.Bayramov xəstəxanada həkim nəzarəti altındadır.

 

 

8
Teqlər:
xilas, kişi, qayıq, Kür, Mingəçevir, intihara cəhd
Yanğın şlanqı, arxiv şəkli

Bakının mərkəzində çaxnaşma: dördmərtəbəli binada yanğın oldu

16
(Yenilənib 00:19 21.04.2021)
Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunublar.

BAKI, 21 aprel - Sputnik. Bakının mərkəzində yanğın olub.

Sputnik Azərbaycan bildirir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi 4 ünvanında yerləşən dördmərtəbəli binada yanğın olması barədə məlumat daxil olub.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunublar. Yanğın söndürülüb.

 

16
Teqlər:
yanğın, Bakı
Məclis, arxiv şəkli

Evdə "oturmaq" olmaz

8
(Yenilənib 18:55 20.04.2021)
Polis əməkdaşları gəlib, ev sahibi Kərəm Yusubovla profilaktik söhbətlər aparıblar və onun barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.

BAKI, 20 aprel — Sputnik. İsmayıllıda polis əməkdaşları tərəfindən karantin qaydalarının pozulmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər zamanı rayonun Mican kəndi ərazisindəki evlərin birində məclis təşkil olunduğu müəyyən edilib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Məlumata görə, polis əməkdaşları həmin ünvana gəlib, ev sahibi Kərəm Yusubovla profilaktik söhbətlər aparıblar və onun barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.

 

8
Teqlər:
polis, məclis, karantin
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Qərənfil

"Şərəf" ordenli yazarımız vəfat edib

0
(Yenilənib 12:13 21.04.2021)
O, on bir yaşından bədii yaradıcılıqla məşğul olub, şeirləri dövri mətbuatda tez-tez çap olunub. Onun pyesləri Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında, həmçinin Bakı, İrəvan, Naxçıvan, Qazax dövlət dram teatrlarında uğurla tamaşaya qoyulub.

BAKI, 21 aprel — Sputnik. Şair-dramaturq, Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ramiq Muxtar vəfat edib.

Sputnik Azərbaycan xəbər verir ki, dramaturq 78 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, R.Muxtar 1942-ci il sentyabrın 5-də Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub. 1968-1971-ci illərdə "Şərq qapısı" qəzeti redaksiyasında ədəbi işçi, 1971-1978-ci illərdə isə Şahbuz rayonundakı uşaq musiqi məktəbinin direktoru vəzifəsində çalışıb. Ədib 1978-1982-ci illərdə Naxçıvan Nazirlər Soveti Yanında Bədən Tərbiyəsi və İdman Komitəsinin sədri, 1988-ci ildən Bakıda Nəsimi rayonundakı Şahmat məktəbinin müdiri vəzifələrini icra edib. 1984-1986-cı illərdə Naxçıvan şəhər Dövlət Filarmoniyasının direktoru vəzifəsində işləyib. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İxtisaslaşdırma və İxtisasartırma İnstitutunun direktoru vəzifəsində işləyib.

O, on bir yaşından bədii yaradıcılıqla məşğul olub, şeirləri dövri mətbuatda tez-tez çap olunub. Ədib həm şair, həm də dramaturq kimi tanınıb. "Əgər sevirsənsə", "Şəhərli kürəkən", "Üfüqlər qızaranda", "Əlvida, köhnə dünya", "Müdirin aqibəti", "Doğma səmanın ulduzları" və digər pyesləri Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında, həmçinin Bakı, İrəvan, Naxçıvan, Qazax dövlət dram teatrlarında uğurla tamaşaya qoyulub. Dramaturqun hekayələri "Ədəbiyyat və incəsənət", "Sovet Naxçıvanı" qəzetlərində vaxtaşırı çap olunub. Şairin sözlərinə 120-dən artıq mahnı bəstələnib. O, 1984-cü ildən bəstəkar Nəriman Məmmədovla birlikdə solist-xor orkestri üçün "Çiçəklənən Naxçıvan" suitasının mətnini yazıb. Eyni zamanda 90-dan artıq mahnı mətninin müəllifidir.

Azərbaycan xalqlarının dostluğuna həsr edilmiş son pyesinə görə Gürcüstanın ali mükafatına - "Şərəf" ordeninə layiq görülüb.

0