BAKI, 21 mart - Sputnik. Ağstafada zəhərlənmə faktı qeydə alınıb.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə rayonun Aşağı Kəsəmən kəndində baş verib. 1967-ci il təvəllüdlü Məmmədova İradə Paşa qızı, 1988-ci il təvəllüdlü Məmmədov Rəşad İbrahim oğlu, 1984-cü il təvəllüdlü Məhərrəmova İlhamə Məhər qızı və 1989-cu il təvəllüdlü Məmmədov Emil İbrahim oğlu yaşadıqları evdə dəm qazından zəhərləniblər. Onlar xəstəxanaya yerləşdiriliblər, vəziyyətlərinin ağır olduğu bidirilir.
Evdə olan azyaşlı - 2010-cu il təvəllüdlü Məmmədov İbrahim Rəşad oğlunda isə yüngül zəhərlənmənin əlamətləri olub.
BAKI, 12 aprel - Sputnik. Bakının Yasamal rayonunda silahlı insident baş verib.
APA xəbər verir ki, hadisə Yeni Yaşamal yaşayış massivində qeydə alınıb.
Əsəd Əhmədov küçəsində 99-VH-886 dövlət nişanlı "Chevrolet" markalı avtomobilə atəş açılıb. İdarəetməni itirən sürücü nəqliyyat vasitəsini dərədən aşağı aşırıb. Hadisə yerinə Yasamal Rayon Polis İdarəsi və 29-cu Polis Şöbəsinin əməkdaşları cəlb edilib.
BAKI, 11 aprel - Sputnik. Qazaxda bıçaqlanma hadisəsi baş verib.
APA bildirir ki, hadisə rayonun Şıxlı kəndində qeydə alınıb.
Kənd sakini, 1984-cü il təvəllüdlü Məmmədov Zaur Seyfəddin oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstə dərhal əməliyyat olunub, vəziyyətin kafi olduğu bildirilib.
Məlumata əsasən, 37 yaşlı kişini mübahisə zəminində həmkəndlisi bıçaqlayıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
BAKI, 12 aprel — Sputnik. "Bu gün insanın kosmosa ilk uçuşundan 60 il ötür".
Sputnik Azərbaycan xəbər verir ki, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev bildirib.
"Çox sevinirəm ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan dünya kosmik sənayesinin üzvünə çevrilib. Peyklərimiz dünya kosmik ailəsində layiqli yerimizi təmin edib", - Rəşad Nəbiyev qeyd edib.