Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Zənglərə cavab verməyən məktəb direktoru evində ölü tapıldı

© AFP 2023 / GUILLEM SARTORIOМорг, фото из архива
Морг, фото из архива - Sputnik Azərbaycan, 1920, 15.03.2021
Abunə olmaq
Məktəb direktoru öz evində tənha yaşadığından onun dünyasını dəyişməsindən heç kimin xəbəri olmayıb.

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 15 mart — Sputnik. Hadisə Xaçmaz rayonunun Alıcqışlaq kəndində baş verib. Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, Alıcqışlaq ümumi orta məktəbinin direktoru 45 yaşlı Ülkər Vəliyəddin qızı Hacıyeva dəm qazından zəhərlənib və dünyasını dəyişib.

Məktəb direktoru evində tək yaşadığından onun dünyasını dəyişməsindən heç kimin xəbəri olmayıb.

Bu barədə məlumat bu gün səhər saat 08.41-də FHN-nin Şimal Regional Mərkəzinə Xaçmaz rayon polis şöbəsindən məlumat daxil olub.

Məlumatda Xaçmaz şəhərinin Heydər Əliyev prospekti, 14 ünvanında yaşayan bir nəfər qadının telefon zənglərinə və qapının döyülməsinə cavab vermədiyi bildirilib. Dərhal hadisə yerinə gedən xilasedicilər fərdi evin qapısını təhlükəsizlik qaydalarına əməl etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə açaraq içəri daxil olublar. Evin hamamında Ü.Hacıyevanın meyiti tapılıb.

Rayon prokurorluğu faktın araşdırılmasına başlayıb.

Xəbər lenti
0