Tovuzda qeyri-adi məişət münaqişəsi: Oğluna qəzəblənən ata görün etdi

39
(Yenilənib 15:27 13.03.2021)
Rayonun Yuxarı Öysüzlü kəndinin sakini Razim Səmədov ailə münaqişəsi zəminində həm özünün, həm də oğlunun mülkünə zərər verib.

BAKI, 13 mart — Sputnik. Tovuzda kişi özünün və oğlunun evini yandırıb. Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, rayonun Yuxarı Öysüzlü kəndində Razim Səmədov ailə münaqişəsi zəminində əvvəlcə öz evinə, daha sonra oğlu Elçin Səmədovun evinə od vurub.

Bundan sonra isə həyətdəki yardımçı tikililəri də yandırıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Hissəsinin  Tovuz Rayon Şöbəsinin əməkdaşları cəlb olunub. Alovun qarşısı alınıb, yaxınlıqdakı tikililərə ziyan dəyməyib.

Faktla bağlı araşdırma başlanıb. 

39
Kəndir, arxiv şəkli

Tovuzda 20 yaşlı tələbə intihar edib

273
(Yenilənib 10:06 20.04.2021)
İntihar edən Tovuz rayon Aşağı Öysüzlü kənd sakini, 2001-ci il təvəllüdlü Paşa Mehdiyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi olub.

BAKI, 19 aprel - Sputnik. Tovuz rayonunda 20 yaşlı gənc intihar edib. Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, intihar edən Tovuz rayon Aşağı Öysüzlü kənd sakini, 2001-ci il təvəllüdlü Paşa Mehdiyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi olub.

P.Mehdiyev özünü asaraq intihar edib. Hadisənin səbəbi hələlik məlum deyil.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

273

Boyük Şorda dəhşətli qəza: Ana azyaşlı oğlu öldü, yaralılar var

16
Ana və iki övladı yolu keçərkən onları avtomobil vurub, ana və azyaşlı oğlu ölüb, digər qız uşağı isə xəsarət alıb.

BAKI, 19 aprel - Sputnik. Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, hadisə Sabunçu dairəsi yaxınlığında qeydə alınıb.

Ana və iki övladı yolu keçərkən onları avtomobil vurub, ana və azyaşlı oğlu ölüb, digər qız uşağı isə xəsarət alıb. Hadisə nəticəsində Böyük Şor qəsəbəsindən hava limanına doğru şosedə tıxac yaranıb.

Hadisəni törədən "Ravon" markalı avtomobilin sürücüsü Tağıyev Taleh Əhliman oğlu Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

16
Bakıda avtobus, arxiv şəkli

Sabahdan iki marşrut xəttinin hərəkətində dəyişiklik ediləcək

0
(Yenilənib 10:40 20.04.2021)
51 və 57 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri X.Məmmədov küçəsi - Rahib Məmmədov küçəsi – Aşıq Ələsgər küçəsi – Ukrayna dairəsi  - Məhəmməd Hadi küçəsi ilə müvəqqəti təşkil ediləcək.

BAKI, 20 aprel — Sputnik. Sabahdan Xudu Məmmədov küçəsinin Çingizxan Kərimov küçəsi ilə kəsişməsindən Məhəmməd Hadi küçəsinin kəsişməsinə qədər olan hissəsində aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq. Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar 51 və 57 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri X.Məmmədov küçəsi - Rahib Məmmədov küçəsi – Aşıq Ələsgər küçəsi – Ukrayna dairəsi  - Məhəmməd Hadi küçəsi ilə müvəqqəti təşkil ediləcək.

0