Sürücü

Bakıda xəndəyə düşən maşının sürücüsü hadisə yerindəcə ölüb

21
(Yenilənib 18:42 13.03.2021)
Qəsəbə sakini Ə.Qurbanov idarə etdiyi "VAZ-2107" markalı avtomobil xəndə düşərək aşıb. Sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

BAKI, 13 mart — Sputnik. Bakıda maşının xəndəyə aşması ölümlə nəticələnib.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, hadisə martın 12-də saat 15.00 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində baş verib.

Qəsəbə sakini Ə.Qurbanov idarə etdiyi "VAZ-2107" markalı avtomobil xəndə düşərək aşıb. Sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

21

Yasamal rayonunda avtomobilə atəş açılıb

663
İdarəetməni itirən sürücü nəqliyyat vasitəsini dərədən aşağı aşırıb. Hadisə yerinə Yasamal Rayon Polis İdarəsi və 29-cu Polis Şöbəsinin əməkdaşları cəlb edilib.

BAKI, 12 aprel - Sputnik. Bakının Yasamal rayonunda silahlı insident baş verib.

APA xəbər verir ki, hadisə Yeni Yaşamal yaşayış massivində qeydə alınıb.

Əsəd Əhmədov küçəsində 99-VH-886 dövlət nişanlı "Chevrolet" markalı avtomobilə atəş açılıb. İdarəetməni itirən sürücü nəqliyyat vasitəsini dərədən aşağı aşırıb. Hadisə yerinə Yasamal Rayon Polis İdarəsi və 29-cu Polis Şöbəsinin əməkdaşları cəlb edilib.

663
Нож в руке мужчины, фото из архива

Qazax sakini həmkəndlisi tərəfindən bıçaqlandı

18
(Yenilənib 00:00 12.04.2021)
37 yaşlı kişini mübahisə zəminində həmkəndlisi bıçaqlayıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

BAKI, 11 aprel - Sputnik. Qazaxda bıçaqlanma hadisəsi baş verib.

APA bildirir ki, hadisə rayonun Şıxlı kəndində qeydə alınıb.

Kənd sakini, 1984-cü il təvəllüdlü Məmmədov Zaur Seyfəddin oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstə dərhal əməliyyat olunub, vəziyyətin kafi olduğu bildirilib.

Məlumata əsasən, 37 yaşlı kişini mübahisə zəminində həmkəndlisi bıçaqlayıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

18
Nobel prospekti

Nobel prospektinin adı dəyişdirildi

0
(Yenilənib 16:02 12.04.2021)
Nobel prospektinin adı dəyişdirilərək "8 Noyabr" adlandırılması bu gün həmin prospektdə Hərbi Qənimətlər Parkının açılması ilə əlaqədardır.

BAKI, 12 aprel — Sputnik. Bakının Nobel prospektinin adı dəyişdirilərək "8 Noyabr" prospekti adlandırılıb. Sputnik Azərbaycan xəbər verir ki, sözügedən qərar bu gün həmin prospektdə Hərbi Qənimətlər Parkının açılması ilə əlaqədar verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib. Dövlət başçısına parkda nümayiş etdirilən hərbi texnikalar barədə məlumat verilib.

Parkla tanışlıqdan sonra Prezident İlham Əliyev təltif olunan hərbi qulluqçularla görüşüb.

Gələcəkdə "8 Noyabr" prospektində Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyinin yaradılması da planlaşdırılır.

0