Lənkəranda qar, 25 fevral 2021-ci il

Sabah səhər qar tədricən kəsiləcək

11
Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 5-10, yüksək dağlıq ərazilərdə 12-15, gündüz 0-5 dərəcə şaxta olacaq

BAKI, 12 mart — Sputnik. Martın 13-də Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sabah şimal-qərb küləyi əsəcək, arabir güclənəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 0 dərəcə, gündüz 3-5 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək, nisbi rütubət 65-75 faiz təşkil edəcək.

Martın 13-də Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 5-10, yüksək dağlıq ərazilərdə 12-15, gündüz 0-5 dərəcə şaxta olacaq. Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.

Tibbi-meteoroloji proqnoza əsasən, martın 13-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

11

qədər şikayət etsək də, heç bir mənası yoxdur - Avtobusdan sorğu

8
(Yenilənib 13:53 15.04.2021)
Paytaxt sakinləri “Baku Bus”dan narazı olduqlarını dilə gətiriblər. Bu barədə daha ətraflı - Sputnik Azərbaycan-ın videosunda.

Paytaxt sakinləri Sputnik Azərbaycan-a verdikləri açıqlamalarında bildiriblər ki, pandemiya dövründə avtobuslarda sıxlıq müşahidə olunur.

İnsanların saatlarla avtobus gözləməsi, getdikləri məkana gecikmələrinə səbəb olur. Sakinlər bildiriblər ki, avtobuslar normal sürətlə gedə biləcəkləri yolu iki və üç saata qət edirlər. Dəfələlə ictimai nəqliyyatlardan aidiyyatı qurumlara şikayət olunsa da, şikayətə baxan olmayıb.

Sakinlər avtobuslar arasında intervalların qısa olmasını tələb edirlər

8
 Bıçaq əlində kişi, arxiv şəkil

Azərbaycanda yenə qadın əri tərəfindən qətlə yetirilib

10
(Yenilənib 13:42 15.04.2021)
Faktla bağlı Ucar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb

BAKI, 15 aprel — Sputnik. Aprelin 14-də saat 15 radələrində Ucar rayonu, Qarabörk kəndi ərazisində rayon sakini 1985-ci il təvəllüdlü Kərimova Validə Məzahir qızının bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə Ucar rayon prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılan ilkin araşdırmalarla zərərçəkənin əri Məmmədov Qasım Fazil oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Validə Kərimovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ucar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Qasım Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

10
Şirniyyat

Konfet vaflinin qiyməti qalxacaq

0
(Yenilənib 15:59 15.04.2021)
Son altı ay ərzində şirniyyat məmulatlarının əsas tərkib hissəsini təşkil edən xammal 25-120% bahalaşıb ki, bu da qiymət artımını qaçılmaz edir.

BAKI, 15 aprel — Sputnik. Rusiya qənnadçıları yaxın vaxtlarda konfet və vaflinin qiymətinin qalxacağı barədə əhalini xəbərdar edib. Sputnik Azərbaycan bu barədə Rusiya mediasına istinadla məlumat yayıb.

Məlumatda bildirilir ki, xammalın bahalaşması istehsalçıları bu şirniyyatların dəyərini əhəmiyyətli dərəcədə artırmağa vadar edir. Belə ki, son altı ay ərzində konfet və vaflilərin əsas tərkib hissənin təşkil edən xammal 25-120% bahalaşıb. Məsələn, un, kərə yağı, yumurta və cemin qiyməti 50, şəkərin qiyməti isə 120 faizə qədər artıb. Nəticədə, şirniyyat məhsullarının istehsal dəyəri orta hesabla 10 faiz çoxalıb.

Xəbərdə bildirilir ki, bahalaşmaya yeyinti sənayesi üçün külli miqdarda xammal ehtiyatı alan və dünyada bu məhsulların defisitinə səbəb olan Çin də təsir göstərib. Bundan başqa, Çin bəzi məhsulların ixrac qiymətini də artırıb.

Xatırladaq ki, bir qədər bundan əvvəl Rusiya hökuməti inflyasiya ilə əlaqədar şəkər tozu-qənd və günəbaxan yağı istehsalçılarına 9 milyard rubl həcmində subsidiya ayırmışdı. Bu addım şəkərin topdansatış qiymətinin 36, pərakəndə qiymətinin isə 46 rubldan yuxarı qalxmamasına imkan verirdi. Subsidiya sayəsində bir litr günəbaxan yağının qiymətini isə 95-110 rubl səviyyəsində saxlamaq mümkün olmuşdu.

Qeyd edək ki, Azərbaycana qənnadı məhsulları ixrac edən ölkələr arasında Rusiya əsas yerlərdən birini tutduğundan, ölkəmizdə də qiymət artımı qaçılmazdır.

 

0