BAKI, 11 mart — Sputnik. Astara Rayon Prokurorluğu rayon ərazisində baş verən qətl hadisəsi ilə bağlı açıqlama yayıb. Rayon prokurorluğundan daxil olan açıqlamada deyilir:
"Martın 10-da saat 19 radələrində Astara rayonu, Şəmətük kəndində kənd sakini, 1991-ci il təvəllüdlü Ağayev Musa Arzu oğlunun bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılan ilkin araşdırmalarla zərərçəkmişin əmisi oğlu Ağayev Famil Qəyim oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Musa Ağayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Astara Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Famil Ağayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir".
BAKI, 19 aprel - Sputnik. Tovuz rayonunda 20 yaşlı gənc intihar edib. Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, intihar edən Tovuz rayon Aşağı Öysüzlü kənd sakini, 2001-ci il təvəllüdlü Paşa Mehdiyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi olub.
P.Mehdiyev özünü asaraq intihar edib. Hadisənin səbəbi hələlik məlum deyil.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
BAKI, 19 aprel - Sputnik. Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, hadisə Sabunçu dairəsi yaxınlığında qeydə alınıb.
Ana və iki övladı yolu keçərkən onları avtomobil vurub, ana və azyaşlı oğlu ölüb, digər qız uşağı isə xəsarət alıb. Hadisə nəticəsində Böyük Şor qəsəbəsindən hava limanına doğru şosedə tıxac yaranıb.
Hadisəni törədən "Ravon" markalı avtomobilin sürücüsü Tağıyev Taleh Əhliman oğlu Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
BAKI, 19 aprel — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 208818-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.
Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 298 nəfər artıb.
Ermənistanda son gündə daha 17 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 3895-ə, sağalanların sayı isə 189017-yə çatıb. Hazırda bu ölkədə 14924 nəfər xəstəxanada müalicə alır.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 141,4 milyonu keçib, 3 milyondan çox adam isə virus səbəbi ilə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.